Yervand Otyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yervand Otyan
q.erm. Երուանդ Օտեան
Doğum tarixi 19 sentyabr 1869(1869-09-19)[1]
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1926(1926-10-03)[2][3][…] (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti dilçi, tərcüməçi, romançı, redaktor, jurnalist, yazıçı
Əsərlərinin dili erməni dili
Janr satira[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869[1], Konstantinopol, Osmanlı imperiyası[1]3 oktyabr 1926[2][3][…], Qahirə, Misir krallığı[d][1]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi.

1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır.

Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı.

İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi. 1903-cü ildə Mumbaya getdikdən sonra Misirə yenidən döndü. Burada fərqli işlərlə məşğul olmağa başladı. İkinci Məşrutiyətin elanına əsasən, İstanbula geri döndü. Yeddi il ərzində "Bizans", "Vaxt", "Azadlıq davası" qəzetlərinə yazılar yazdı. 1910-cu ildə "Giyotin", 1912–1914-cü illər ərzində "Qara Pişik", 1913-cü ildə isə "Qüdrət Halvası" adlı satirik jurnallarını yayımladı. Ən tanınmış əsəri olan "Yoldaş Pançuni"nin birinci hissəsi 1911-ci ildə kitab kimi nəşr etdirildi, ikinci hissəsi isə 1914-cü ildə yayımlandı.

1915-ci ilin may ayında həbs olundu və Suriyaya deportasiya edildi, amma daha sonra yenidən İstanbula qayıtdı və yeni jurnalı olan "Satirik İlliyi"ni yayımladı. 1923-cü ildə Buxarestə köçdü və "Yoldaş Pançuni"nin son hissəsini orada yayımladı. 1924-cü ildə Livana, 1925-ci ildə isə Qahirəyə köçdü. 3 oktyabr 1926-cı ildə xərçəngdən öldü. Qahirədəki Marmina Erməni Məzarlığına dəfn edildi.

  1. 1 2 3 4 5 6 7 Erməni Sovet Ensiklopediyası, XII cild (erm.). C. 12. S. 578–579.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Eruand Ōtean // Faceted Application of Subject Terminology.