Yunanıstan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yunanıstan
Ελληνική Δημοκρατία (yunan)
Ellinikí Dimokratía
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

Ελευθερία ή θάνατος

Elefthería í Thánatos

"Ya Azadlıq, ya ölüm"
Rəsmi dilləri
Paytaxt Afina
İdarəetmə forması Unitar parlamentli respublika
Prezident Katerina Sakellaropulu
Baş nazir Kiriakos Mitsotakis
 • Su sahəsi (%) 2,3 %[2]
 • Əhali
  • 10.566.531 nəf. (2022)[3]
 • Ümumi 214.873.879.834 $[4], 219.065.872.466 $[4]
Demonim Yunan
Valyuta avro[5]
İnternet domeni .gr
ISO kodu GR
BOK kodu GRE
Telefon kodu +30
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yunanıstan, rəsmi adı ilə Ellin RespublikasıCənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali MakedoniyaBolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dəniziAralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca SalonikiPatras şəhərləri gəlir.

Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrınOlimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dəniziQara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular. Makedoniyalı II Filip e.ə. IV əsrdə müasir Yunanıstanın çox hissəsini birləşdirdi. Oğlu Makedoniyalı İskəndər Şərqi Aralıq dənizindən şimal-qərbi Hindistana qədər qədim dünyanın böyük hissəsini fəth etdi. Ellin dövründə yunan mədəniyyəti və təsiri qızıl dövrünü yaşayırdı. E.ə. II əsrdə Roma Yunanıstanı ilhaq edərək Roma imperiyasının və onun davamı olan Bizans imperiyasının ayrılmaz hissəsi olmuşdu. E. I əsrində yaranan Yunan Ortodoks Kilsəsi müasir yunan kimliyinin formalaşmasına təsir etmiş və yunan adət-ənənələrini daha geniş Ortodoks dünyasına yaymışdır. 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra yunan yarımadasının bəzi bölgələrində latın mülkləri quruldu, lakin bölgənin böyük hissəsi XV əsrin ortalarında Osmanlı hakimiyyəti tərəfindən ələ keçirildi.

1821-ci ildə başlayan müstəqillik uğrunda müharibədən sonra Yunanıstanda 1830-cu ildə müasir milli dövlət yarandı. İlk əsr ərzində, xüsusilə də XX əsrin əvvəllərində Balkan müharibələrində və 1922-ci ildə məğlubiyyətlə nəticələnən Kiçik Asiya səfərinə qədər Yunanıstan krallığı ərazisini genişləndirməyə çalışırdı. 1924-cü ildə qurulan respublika daxili konfliktlər və Türkiyədən gələn miqrantların yenidən məskunlaşdırılması məsələləri ilə mübarizə aparırdı. 1936-cı ildə kral diktaturası hərbi işğal, vətəndaş müharibəsi və hərbi diktaturanın yaşandığı avtoritar idarə dövrünü başlanğıcını qoydu. Demokratiya 1974–75-ci illərdə yenidən bərpa edilmiş və mövcud parlamentar respublikaya yol açmışdır.

Yunanıstan demokratik ölkədir. 1950–1970-ci illərdə rekord iqtisadi inkişaf yaşamış Balkanların 2-ci ən böyük iqtisadiyyatına sahib yüksək gəlirli inkişaf etmiş ölkədir, eləcə də başlıca regional investordur. BMT-nin qurucu üzvü olan Yunanıstan Avropa İttifaqına qatılmış 10-cu üzv dövlətdir və 2001-ci ildən bəri Avrozonanın bir hissəsidir. Həmçinin Avropa Şurası, NATO, İƏİT, ÜTTATƏT kimi bir çox beynəlxalq təşkilatın da üzvüdür. Yunanıstan bənzərsiz mədəni mirasa, böyük turizm sənayesinə və qabaqcıl dənizçilik sektoruna sahibdir. 19 UNESCO Ümumdünya İrsi obeykti ölkənin zəngin tarixi mirasının göstəricisidir. Yunanıstan 2022-ci ildə dünyada ən çox ziyarət olunan 9-cu ölkə olmuşdur.

border=none Əsas məqalə: Yunanıstan etimologiyası

Ölkənin müasir yunan dilindəki yerli adı "Ελλάδα"dır (Elláda). Qədim yunan dilində mühafizəkar rəsmi müasir yunan dilində qarşılığı "Ἑλλάς"dır (Hellas). "ελληνικός" (ellinikos) bəzən Ellenik kimi də tərcümə edilir və Yunanıstan dövlətinin rəsmi adı olan "Ellen Respublikası"nda ("Ελληνική Δημοκρατία") da olduğu kimi yunan dövlət orqanlarının rəsmi adlarında əsasən bu formadan istifadə edilir.

border=none Əsas məqalə: Yunanıstan tarixi

İbtidai və erkən dövr

[redaktə | mənbəni redaktə et]
Mikenada Atreus xəzinəsinin (e.ə. XIII əsr) girişi.

Yunanıstanın cənubundakı Manidə yerləşən Apidima mağarasından 210.000 il əvvələ aid Afrikadan sonrakı ən qədim anatomik müasir insan qalıqlarının tapıldığı irəli sürülmüşdür. Lakin bu fikirə etiraz edən yazıçılar qalıqların arxaik insanlara aid olduğunu irəli sürmüşdür. Daş dövrünün üç mərhələsinə (Paleolit, Mezolit və Neolit) aid qalıqlar da Yunanıstanda, məsələn Franxti mağarasında tapılmışdır. Yunanıstanda e.ə. VII minilliyə aid neolit insan məskənləri Avropadakı ən qədim insan məskənləridir.

Yunanıstanda Avropada ilk inkişaf etmiş sivilizasiyalar mövcud olmuşdur və Qərb sivilizasiyasının beşiyi hesab edilir. E.ə. 3200-cü illərdə Egey dənizinin adalarındakı Kiklad sivizasiyası, Kiritdəki Minoya sivilizasiyası və ardınca Mikeniya sivizasiyası mövcud olmuşdur. Bu mədəniyyətlər yazıya sahib idi. Minoyalılar Linear A kimi tanınan deşifrə edilməmiş yazıdan, mikeniyalılar isə Linear B-də yunan dilinin ən qədim formasından istifadə edirdilər. Mikeniya mədəniyyəti e.ə. 1200-cü illərdə dağılmışdır. Linear B yazıları Mikeniyada "Böyük kral" başçılığında vahid dövlətin mövcud olduğunu göstərir.

Qədim Yunanıstan

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qədim Yunanıstan
Arxaik dövrdə (e.ə. 750–550-ci illər) yunan əraziləri və koloniyaları.

Mikeniya sivilizasiyasının dağılması Qaranlıq əsrlər kimi tanınan və yazılı mənbələrin olmadığı dövrün başlanğıcını qoymuşdur. Qaranlıq əsrlər ilk Olimpiya oyunlarının baş tutduğu e.ə. 776-cı ildə sona çatmışdır. Qərb ədəbiyyatının başlıca əsərləri olan "İlliada""Odisseya"nı Homerin e.ə. VII və ya VIII əsrlərdə yazdığına inanılır. Qaranlıq əsrlərin sona çatması ilə yunan yarımadasında Qara dəniz sahillərinə, Cənubi İtaliyaya və Kiçik Asiyaya yayılan müxtəlif krallıqlar və şəhər dövlətləri yaranmışdır. Bu dövlətlər və koloniyaları memarlıq, teatr, elm, riyaziyyat və fəlsəfədə klassik Yunanıstanın mədəni partlayış səviyyəsinə çatmışdır. Klisfen e.ə. 508-ci ildə Afinada dünyadakı ilk demkratik idarəetmə sistemini qurmuşdur.

Klassik Yunanıstanın simvolu olan Afina Akropolundaki Parfenon.

E.ə. 500-cü ildə Əhəmənilər imperiyası Kiçik Asiya və Makedoniyadakı yunan şəhər dövlətlərini idarə edirdi. Kiçik Asiyadakı bəzi yunan şəhər dövlətlərinin farslara qarşı çevriliş cəhdləri uğursuz oldu. Farslar e.ə. 492-ci ildə Yunanıstandakı dövlətləri işğal etdi, lakin e.ə. 490-cı ildə Marafon döyüşündə məğlub olduqdan sonra geri çəkilməyə məcbur oldular. Bunun ardınca yunan şəhər dövlətləri e.ə. 481-ci ildə Spartanın başçılığı ilə Ellen birliyini qurdular ki, bu da Troya müharibəsindəki əfsanəvi birlikdən bəri yunan dövlətlərinin tarixi mənbələrdə yazılı olan ilk birliyi idi. Bunu e.ə. 480-ci ildə farsların ikinci işğalı başladı. E.ə. 480–479-cu ildə Salamin, Plateya və Mikale döyüşlərində qazanılan yunan qalibiyyətlərinin ardınca farslar ikinci dəfə geri çəkilməyə məcbur oldular. Beləcə farslar bütün Avropa ərazilərini tərk etmiş oldular. Afina və Sparta başçılığındakı Yunan-İran müharibələrində qazanılan yunan zəfərləri dünya tarixində mühüm yer tutur. Ardınca gələn 50 illik sülh dövrü yunan mədəniyyətinin Qızıl dövrü adlandırılır.

Yunanıstanda siyasi birliyin olmaması yunan dövlətlərinin arasında tez-tez münaqişələrə səbəb olmuşdur. Yunan dövlətləri arasında ən böyük döyüş Spartanın qazandığı və Afina imperiyasının qədim Yunanıstandakı lider gücünü sonlandıran Pelopennes müharibəsidir (e.ə. 431–404-cü illər). Həm Afina, həm də Sparta Tebes, ən sonda isə Makedoniya tərəfindən məğlub edildi. Makedoniya qalibiyyəti ilə yunan şəhər dövlətlərinin çoxu II Filipin rəhbərliyi altında Korinf ittifaqında (Ellen ittifaqı və ya Yunan ittifaqı kimi də tanınır) birləşdi. Buna baxmayaraq, yunan dünyası parçalanmış halda qaldı və Roma hakimiyyətinə qədər vahid dövlətdə birləşməyəcəkdi.

Filip e.ə. 336-cı ildə öldürüldükdən sonra oğlu və Makedoniya kralı İskəndər İran imperiyasına qarşı səfərə başladı və onu süquta uğratdı. Döyüşlərdə məğlub olmadan e.ə. 323-cü ildə ölümünə qədər Hind sahillərinə qədər fəth etdi. Bu müddət ərzində tarixdəki ən böyük imperiyalardan birini yaratdı. İskəndərin imperiyası ölümündən sonra parçalanaraq Ellinizm dövrünü başlatdı. İskəndərin yerinə keçən generallar və xələfləri onun fəth etdiyi ərazilərdə Misirdə Ptolemeylər, Suriya, Mesopotamiya və İranda Selevkilər, Mərkəzi Asiyada Yunan-Baktriya padşahlığı və Hind-yunan krallığı kimi böyük şəxsi krallıqlar qurdular. Bir çox yunanlı İsgəndəriyyə, Antioxiya, Selevkiya və Asiya və Afrikadakı bir çox digər yeni ellin şəhərə köçdü. Yunan elmi, texnologiyası və riyaziyyatı əsasən Ellinizm dövründə zirvəyə çatmışdır. İskəndərin ölümündən sonra yaşanan qarışıqlıq dövrünün ardınca İskəndərin generallarından birinin nəslindən gələn Antiqonidlər sülaləsi e.ə. 276-cı ildə Makedoniya və yunan şəhər dövlətlərinin çoxunu birləşdirdi.

Roma dövrü (e.ə. 146 – e. IV əsr)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Roma Yunanıstanı
Antikitera mexanizmi (e.ə. 100-cü il) bilinən ilk mexaniki analoq kompüter hesab olunur (Milli Arxeologiya Muzeyi, Afina).

Təxminən e.ə. 200-cü ildən başlayaraq Roma Respublikası yunanların işlərinə getdikcə daha çox qarışmağa başladı və Makedoniya ilə bir sıra müharibələrə başladı. Makedoniyanın e.ə. 168-ci ildə Pidna döyüşündə məğlub olması Yunanıstandakı Antiqonidlərin süqutuna səbəb oldu. E.ə. 146-cı ildə Makedoniya əyalət kimi Romaya ilhaq edildi və Yunanıstanın geri qalan hissəsi Roma protektoratına çevrildi.

Yunanıstan tam Roma hakimiyyətinə keçməsi e.ə. 27-ci ildə Roma imperatoru Avqustun Yunanıstanın geri qalan hissəsini ilhaq etməsi və buranı Axeya əyaləti kimi qurması ilə başa çatdı. Hərbi üstünlüklərinə baxmayaraq romalılar yunan mədəniyyətinin uğurlarına heyran qaldılar və bu uğurlar onlara çox təsir etdi. Beləliklə Horanın məşhur sözü yarandı: Graecia capta ferum victorem cepit ("Yunanıstan ələ keçirilsə də, vəşhi fəthini əsir aldı"). Homerin dastanları Vergilinin "Eneida" əsərinə ilham mənbəyi oldu və Lusi Anney Seneka kimi yazıçılar yunan tərzlərindən istifadə edərək yazdılar. Publi Korneli Spion Afrikan kimi romalı qəhrəmanlar fəlsəfə oxumağa meyilli idi və yunan mədəniyyəti və elmini lazimi nümunə kimi görürdülər. Roma imperatoru Neron e. 66-cı ilində Yunanıstanı ziyarət etmiş və yunan olmayanların iştirak etməsini qadağan edən qaydalara baxmayaraq Qədim Olimpiya oyunlarında iştirak etmişdir. Adrianın da yunanlara xüsusi marağı vardı.

Afinada 161-ci ildə tikilmiş Herod Attika Odeonu.

Ellin mədəniyyətinin təsirinə məruz qalmış Şərqin yunan dilində danışan cəmiyyətləri II–III əsrlərdə erkən xristianlığın yayılmasına təsir etmişdir. Xristianlığın ilk liderləri və yazıçıları (ələlxüs da Həvari Pavel) Yunanıstandan olmasalar da, əsasən yunan dilində danışırdılar. Əhdi-cədid yunan dilində yazılmışdı və bəzi hissələri ("Koriniflilərə birinci məktub", "Salonikililərə birinci məktub", "Filippililərə məktub", "Vəhy Kitabı") Yunanıstandakı kilsələrin erkən xristianlıqdakı əhəmiyyətinin sübutudur. Beləliklə Yunanıstanın böyük hissəsi paqanizmə inandı və qədim yunan dini ayinləri e. IV əsrinin sonlarında, 391–392-ci illərdə Roma imperatoru I Feodosi tərəfindən qadağan edildikdə hələ də olurdu. Qeydə alınmış sonuncu Olimpiya oyunları 393-cü ildə baş tutdu. Növbəti əsrdə bir çox məbəd dağıdıldı və yaxud zərər gördü. Afinada və quraq yerlərdə paqanizmin e. VI əsri, hətta daha sonrasına qədər davam etdiyi bilinir. İmperator Yustinianın 529-cu ildə Afina Neoplatonik Akademiyasını bağlatması bir çoxları tərəfindən qədim dövrün sonu kimi qəbul edilsə də, akademiyanın bundan bir müddət sonra da fəaliyyət göstərdiyinə dair sübutlar mövcuddur. Cənub-şərqi Peloponnes kimi bəzi uzaq yerlər e. X əsrinə qədər paqan qalmışdır.

Orta əsrlər dövrü (IV–XV əsrlər)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: Bizans YunanıstanıFrankokratiya
Ayasofya günbəzi, Saloniki (VIII əsr).

Qərbi Roma imperiyasının V əsrdə süqutunun ardınca Şərqi Roma imperiyası ənənəvi olaraq Bizans imperiyası kimi tanındı (lakin həmin dövrdə sadəcə "Romalıların krallığı" adlandırılmışdır). İmperiya 1453-cü ildə süqut etmişdir. Paytaxtı Konstantinopol olan imperiyanın dili və mədəniyyəti yunan, dini isə qatı Şərqi Ortodoks xristianlığı idi.

4-cü əsrdən etibarən imperiyanın Balkan əraziləri, o cümlədən Yunanıstan barbar basqınlarından əziyyət çəkirdi. IV–V əsrlərdə qotlar və hunların köçləri və basqınları, eləcə də VII əsrdə slavyanların Yunanıstanı işğal etməsi yunan yarımadasındakı imperiya gücünün dramatik çöküşünə səbəb oldu. Slavyanların işğalından sonra imperiya hökuməti sadəcə adalar və quru ərazilər, xüsusilə də Afina, Korinf və Saloniki kimi sıx məskunlaşılmış qala divarları ilə əhatələnmiş şəhərlər üzərində rəsmi hakimiyyətə malik idi. Həmçinin bəzi dağlıq ərazilər öz güclərinə üsyanlar etmiş və imperiya hakimiyyətini tanımağa dəvət etmişdir. Bu ərazilər xaric, digər yerlərdə slavyanların məskunlaşdığı təxmin edilir. "Sinekdem" səlnaməsinə görə, VI əsrin əvvəllərində Yunanıstanda təxminən 80 şəhər var idi və IV–VII əsrlər təkcə Yunanıstanda deyil, bütün Şərqi Aralıq dənizində yüksək rifah dövrü hesab edilir.

1025-ci ildə II Vasilinin ölümündən sonra Bizans (Şərqi Roma) imperiyası.

Müasir Yunanıstanın demək olar ki, hamısı VIII əsrə qədər pentarxiya sisteminə əsasən Roma Müqəddəs taxtının tabeliyində idi. Bizans imperatoru III Leo VIII əsrdə Konstantinopol patriarxının sərhədlərini qərbə və şimala köçürmüşdür.

Bizans imperiyası VIII əsrin sonlarında Bizans-ərəb müharibələrində itirilmiş torpaqları geri almağa başlamış və yunan yarımadasının çox hissəsi IX əsrdə mərhələli şəkildə yenidən imperiyanın tabeliyinə keçmişdir. Bu proses Siciliya və Kiçik Asiyadan yunan yarımadasına böyük yunan axını ilə asanlaşdırılmış, həmçinin bir çox slavyan əsir götürülərək Kiçik Asiyada yenidən məskunlaşdırılmış və qalan az saylı slvayanlar isə assimlasiya edilmişdir. Bu müddət ərzində Yunan Ortodoks Kilsəsi yunan düşüncələrinin daha geniş Ortodoks dünyasına yayılmasına da təsir etmişdir.

Rodos qalası, ilkin olaraq VII əsrin sonlarında Bizans qalası kimi tikilmiş və 1309-cu ildən başlayaraq Malta ordeni tərəfindən inzibati mərkəz kimi istifadə edilmişdir.

Dördüncü Səlib yürüşü və "latınların" 1204-cü ildə Konstantinopolu ələ keçirməsinin ardınca Yunanıstan Epir çarlığı (Bizansın xələfi olan bir dövlət) və fransız hakimiyyəti (Frankokratiya kimi tanınır) arasında parçalandı. Bəzi adalar isə Venesiya hakimiyyəti altına keçdi. 1261-ci ildə Bizans imperiyasının paytaxtı Konstantinopolda yenidən quruldu və imperiyanın yunan yarımadasının çox hissəsi geri qaytarıldı. Lakin Axeya knyazlığı və şimaldakı düşmən Epir çarlığı XIV əsrə qədər böyük regional güc kimi qaldı. Adaların çoxu isə Ceneviz və VCenesiya hakimiyyəti altında qalmağa davam etdi. Paleoloqlar sülaləsinin (1261–1453) dövründə yunan vətənpərvərliyinin yeni dövrü başlamış və qədim yunan bərpa edilmişdi.

Buna görə də dövrün qabaqcıl şəxsiyyətləri imperiya titulunun "Ellenlərin imperatoru" olaraq dəyişdirilməsini təklif etmiş və XIV əsrin sonlarında imperator çox vaxt "Ellenlərin imperatoru" kimi adlandırılmışdır. Oxşar şəkildə o dövrə aid bir çox beynəlxalq müqavilədə Bizans imperatoru "Imperator Graecorum" adlandırılmışdır.

XIV əsrdə yunan yarımadasının böyük hissəsini əvvəlcə serblər, sonra isə Osmanlılar ələ keçirmişdir. 15-ci əsrin əvvəllərində Osmanlı irəliləyişi o demək idi ki, Yunanıstandakı Bizans ərazisi əsasən onun o vaxtkı ən böyük şəhəri Saloniki və Peloponnes (Moreya despotluğu) ilə məhdudlaşır. 1453-cü ildə Konstantinopolun Osmanlıların əlinə keçməsindən sonra Moreya Bizans imperiyasının Osmanlılara qarşı dayanan son qalıqlarından biri idi. Lakin o da 1460-cı ildə Osmanlıların əlinə keçdi. Türklərin fəthi ilə, o vaxta qədər klassik yunan biliyini qoruyub saxlamaqda böyük məsuliyyət daşıyan bir çox bizans yunan alimi Qərbə qaçaraq böyük bir ədəbiyyat toplusunu özləri ilə götürdülər və bununla da İntibah dövrünə əhəmiyyətli töhfə verdilər.

Venesiya mülkləri və Osmanlı hakimiyyəti (XV əsr – 1821)

[redaktə | mənbəni redaktə et]
Ətraflı bax: FanariotKonstantinopol Pravoslav Kilsəsi
Anqelokastro Bizans qalası 1537-ci ildəki ilk böyük Kerkira mühasirəsi, 1571-ci il mühasirəsi və 1716-cı ildə ikinci böyük Kerkira mühasirəsində Osmanlıları geri çəkilməyə və Kerkiranı fəth etmə planından əl çəkməyə səbəb olmuşdur.[7]

Yunanıstan və Egery adalarının çoxu XV əsrin sonunda Osmanlı hakimiyyətində, KiprKrit isə Venesiya hakimiyyətində idi və 1571–1670-ci illərə qədər Osmanlı nəzarətinə keçmədi. Yunan dilindən istifadə edilən dünyadakı ən uzun müddət Osmanlı hakimiyyətindən qaça bilən tək ərazi 1797-ci ildə Birinci Fransa Respublikası tərəfindən tutulana qədər Venesiyanın nəzarətində qalan, daha sonra 1809-cu ildə Birləşmiş Krallığa keçən və 1864-cü ildə Yunanıstanla birləşən İon adaları olmuşdur.

İon adaları və İstanbuldakı bəzi rumlar rahat yaşayarkən və İstanbul rumları (fanariotlar) Osmanlı hakimiyyətində yüksək vəzifələrə gələrkən Yunanıstandakı əhalinin çoxu Osmanlı fəthinin iqtisadi nəticələri ilə baş-başa idi. Ağır vergilər tətbiq edildi və növbəti illərdə Osmanlı imperiyası kəndlərdə yaşayan yunan əhalisini faktiki olaraq təhkimçiliyə çevirərək irsi mülklər yaratmaq siyasətini həyata keçirdi.

Yunan Ortodoks KilsəsiKonstantinopol Pravoslav Kilsəsi Osmanlı hökumətləri tərəfindən etnik olaraq yunan olub-olmamasından asılı olmayaraq, Osmanlı imperiyasının bütün ortodoks xristian əhalisinin hakim orqanları kimi qəbul edilirdi. Osmanlı dövləti qeyri-müsəlmanları islamı qəbul etməyə məcbur etməsə də, xristianlar Osmanlı imperiyasındakı aşağı statuslarını vurğulamaq üçün bir neçə növ ayrı-seçkiliklə üzləşdilər. Xristianlara qarşı ayrı-seçkilik, xüsusən də yerli Osmanlı hakimiyyətləri tərəfindən sərt rəftarla birləşdikdə, səthi olsa da, islamı qəbul etməyə səbəb oldu. XIX əsrdə bir çox "kripto-xristianlar" köhnə dini sədaqətlərinə qayıtdılar.

Yunanıstanda qalan ən məşhur Osmanlı tikililərindən biri olan Salonikin Bəyaz qalası.

Yunanıstanın bəzi şəhərlərində sultan tərəfindən təyin olunan qubernatorlar var idi, bəziləri isə (Afina kimi) özünü idarə edən bələdiyyələr idi.

1821-ci ildə baş verən Yunan inqilabından əvvəl yunanlar Osmanlılara qarşı bir sıra döyüşlər başlatmışdı. 1571-ci ildə Lepanto döyüşünə yunanların qoşulması, 1600–1601-ci illər Epir kəndli üsyanları (Ortodoks yepiskopu Dionis Skilosofun başçılığı ilə), 1684–1699 Moreya müharibəsi və 1770-ci ildə Rusiyanın qızışdırdığı və Osmanlı imperiyasını rusların maraqları lehinə parçalamağı hədəfləyən Orlov üsyanı buna nümunədir. Bu üsyanların hamısı Osmanlı tərəfindən yatırıldı. Bir çox yunan Osmanlı ordusunda (xüsusilə Osmanlı donanmasında) xidmət göstərmək üçün Osmanlı vətəndaşı olaraq hərbiyə qəbul edilirdi. Ortodoks əhalidən məsul olan Konstantinopol Pravoslav Kilsəsi ümumiyyətlə imperiyaya sadiq qaldı.

XVI–XVII əsrlər yunan tarixində "qaranlıq dövr" kimi qəbul edilir. Osmanlı hakimiyyətinin dağılması ehtimalı və sadəcə İon adaları türklərin hakimiyyətində deyildi. Osmanlılar Kerkiranı 1537-ci il, 1571-ci il və 1716-cı illərdə üç dəfə mühasirəyə almış və bunların hamısı da Osmanlıların geri çəkilməsi ilə bitmişdir. Lakin XVIII əsrdə gəmiçilik və ticarətdəki bacarıqlarına görə varlı və dağınıq yunan tacir sinifi yarandı. Bu tacirlər Aralıq dənizi, Balkan yarımadası və Qərbi Avropada ittifaqlar quraraq Osmanlı imperiyasındakı ticarətə hakim oldular. Osmanlı fəthi Yunanıstanı ReformasiyaMaarifçilik kimi mühüm Avropa intellektual hərəkətlərindən uzaq saxlasa da, bu düşüncələr Fransız inqilabının idealları və romantik milliyətçilik ilə birlikdə ticarət diasporunun vasitəsi ilə yunan dünyasına təsir etməyə başladı. XVIII əsrin sonlarında müstəqil yunan dövləti təsəvvür edən ilk inqilabçı Riqas Fereos milli himn və Yunanıstanın ilk detallı xəritəsi də daxil olmaqla yunan müstəqilliyinə dair bir sıra sənədi Vyanada nəşr etdi. 1798-ci ildə Osmanlı agentləri Fereosu öldürdü.

Müasir milli dövlət

[redaktə | mənbəni redaktə et]

Yunan İstiqlaliyyət müharibəsi (1821–1832)

[redaktə | mənbəni redaktə et]
Teodoros Vrizakis tərəfindən çəkilmiş Mesolonqionun III mühasirəsini təsvir edən "The sortie of Messolonghi".
1827-ci ildə Navarin döyüşü Yunanıstanın müstəqilliyini təmin etdi.

XVIII əsrin sonlarında Müasir Yunanıstan maarifçiliyi dövründə sekulyar təhsilin artışı diasporun qərbləşmiş yunan dilində danışan elitaları içərisində mövcduluğunu qədim Yunanıstana əsaslandıran, digər xalqlardan fərqli və siyasi azadlıq hüququna sahib yunan milləti düşüncəsinin yaranmasına yol açdı. Bu intellektual situasiyada qurulan təşkilatlardan biri 1814-cü ildə Odessadakı tacirlərin qurduğu gizli təşkilat Filiki Eteriya idi. Şərqi Roma imperiyasının dirçəlməsinə can atan və Çar Rusiyasının dəstəyinə sahib olduqları təəssüratını yaradan ortodoks məsihçi kahin ənənəsini mənimsəyərək 1815-ci ildən başlayaraq Osmanlı ticarətində baş verən böhranda yunan ortodoks dünyasının ənənəvi mərtəbələrini liberal milliyətçi görüşlərinə qatmağı bacardılar. Filiki Eteriya Peloponnes yarımadası, Tuna çarlıqları və İstanbulda inqilab başlatmağı planladı. Bu üsyanların birincisi 6 mart 1821-ci ildə Tuna çarlıqlarında Aleksandr Ypsilantın rəhbərliyi ilə başladı. Lakin qısa müddət sonra Osmanlılar üsyanı yatırdı. Şimaldakı hadisələr Peloponnesdəki yunanları hərəkətə gətirdi və 17 mart 1821-ci ildə maniotlar Osmanlılara müharibə elan etdi.

Martın ayının axırlarında Peloponnes Osmanlılara qarşı açıq-aydın üsyan edirdi və 1821-ci ilin oktyabr ayında Feodor Kolokotronun komandanlığında olan yunanlar Tripolisi ələ keçirmişdi. Peloponnes üsyanının ardınca Krit, Makedoniya və Mərkəzi Yunanıstanda üsyanlar başladı və bu üsyanlar qısa müddətdə yatırıldı. Həmin vaxt ərzində yunan donanması Osmanlı donanması üzərində uğur qazanırdı və Osmanlı kömək qüvvələrinin dəniz yolu ilə gəlməyinə mane olurdu. 1822–1824-cü illərdə türklər və misirlilər XiosPsara da daxil olmaqla adaları dağıdaraq xalqı kütləvi şəkildə öldürdülər. Xios adasında yaşayan 120.000 nəfərlik yunan əhalisinin təxminən dörddə üçü öldürüldü, kölələşdirildi və ya xəstəlikdən öldü. Bu, Qərbi Avropada ictimai rəyi yunan üsyançılarının xeyrinə gücləndirməyə təsir etdi.

Qısa müddət sonra müxtəlif yunan qrupları arasında gərginliklər yaşandı və bu da ard-arda iki vətəndaş müharibəsinə səbəb oldu. Bu vaxt ərzində Osmanlı sultanı II Mahmud ərazi qarşılığında oğlu İbrahim paşanı üsyanı yatırmaq üçün ordu ilə Yunanıstana göndərməyi qəbul edən misirli Mehmet Əli ilə görüşdü. İbrahim 1825-ci ilin fevralında Peloponnesə gəldi və gələn kimi də uğur qazandı. Belə ki, 1825-ci ilin sonunda Peloponnesin çox hissəsi Misirin nəzarətində idi. 1825-ci ilin aprelindən bəri türklərin mühasirəyə aldığı Missolonq şəhəri 1826-cı ilin aprelində tutuldu. İbrahim Manidə məğlub olsa da, Peloponnesdəki üsyanın çoxunu yatırmış və Afinanı geri qazanmışdı.

Uzun illər davam edən danışıqlardan sonra üç böyük güc olan Fransa, Rusiya imperiyası və Böyük Britaniya münaqişəyə müdaxilə etməyə qərar verdi. Hər ölkə Yunanıstana donanma göndərdi. Birləşmiş Osmanlı-Misir donanmalarının yunan adası Hidraya hücum edəcəyindən xəbər tutan müttəfiq donanması Osmanlı-Misir donanmasını Navarində saxladı. Bir həftə davam edən münaqişə Osmanlı-Misir donanmasının dağılması ilə nəticələnən Navarin döyüşü (20 oktyabr 1827-ci il) ilə başa çatdı. Misir ordusunun Peloponnesdən çıxmasına nəzarət etmək üçün fransız kəşfiyyat gücü göndərildi. Yunanlar 1828-ci ildə Mərkəzi Yunanıstanın tutulan hissəsinə irəlilədilər. Uzun illər davam edən danışıqların nəticəsində yeni qurulan yunan dövləti nəhayət 1830-cu ildə London protokolu ilə tanındı.

Yunanıstan krallığı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yunanıstan krallığı
1839-cu ildə Peter fon Hess tərəfindən çəkilmiş "The Entry of King Otto in Athens" əsəri.

1827-ci ildə Üçüncü Milli Məclis kerkilalı İoannis Kapodistriası Birinci Yunanıstan Respublikasının ilk qubernator seçdi. Kapodistrias bir sıra dövlət, iqtisadiyyat və hərbi status qurdu. Qısa müddət sonra yerli maraqlarla arasında mübahisələr yarandı. Kapodistriasın 1831-ci ildə öldürülməsinin və bir il sonrakı London konfransının ardınca böyük güclər Britaniya, Fransa və Rusiya Bavariya şahzadəsi Otto fon Vittelsbaxı hökmdar təyin etdi. Ottonun hökmdarlığı despotik idi və müstəqilliyinin ilk 11 ilində Yunanıstanı Baş nazir Yozef Lüdviq fon Armansperq, daha sonra həm kral, həm də Baş nazir olan Ottonun özü tərəfindən idarə edilən Bavariya oliqarxiyası idarə etdi. Bu dövrdə Yunanıstan onu qoruyan üç böyük güc Fransa, Rusiya və Böyük Britaniyadan əlavə Bavariyanın da təsiri altında qaldı. 1843-cü ildə baş verən üsyan nəticəsində Otto konstitusiya və nümayəndəli məclis qəbul etməyə məcbur oldu.

Ottonun hökmdarlığı mütləq olsa da, ilk illərdə yunan idarəetməsinin və təhsilinin əsasını təşkil edən qurumların yaradılmasında təsiri olmuşdur. Təhsil sistemi, dənizçilik və poçt əlaqəsi, mülki idarə və ən vacibi hüquq qanunu kimi sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Tarixi revizionizm ölkənin qədim yunan irsinin təbliği lehinə de-bizanslaşdırma və de-osmanlılaşdırma formasını aldı. Milli paytaxt 1829-cu ildən bəri paytaxt olan Nafpliodan o dövrdə daha kiçik qəsəbə olan Afinaya köçürüldü. Dini inqilab keçirildi və Ottonun katolik qalmağına baxmayaraq, Yunanıstan kilsəsi Yunanıstanın milli kilsəsi kimi quruldu. Müjdə günü olan 25 mart yunan kimliyi ilə ortodoksluq arasındakı əlaqəni gücləndirmək üçün Yunanıstan İstiqlaliyyət müharibəsinin ildönümü seçildi.

Otto 23 oktyabr 1862-ci il inqilabında devrildi. Bir çox səbəblər onun devrilməsinə və sürgün edilməsinə səbəb oldu, o cümlədən Bavariya hökuməti, ağır vergilər və Kriti Osmanlı imperiyasından ilhaq etmək üçün uğursuz cəhd. Üsyanın katolizatoru Ottonun Konstantin Kanarisi baş nazir vəzifəsindən uzaqlaşdırması oldu. Bir il sonra Ottonun yerinə Danimarka şahzadəsi Vilhelm (Vilyam) gəldi və I Georq adını alaraq Britaniyadan tac taxma hədiyyəsi kimi İon adalarını gətirdi. 1864-cü ildə qəbul edilən yeni konstitusiya ilə Yunanıstanın idarəetmə forması konstitusiyalı monarxiyadan daha demokratik olan taclı respublikaya dəyişdirildi. 1875-ci ildə hökumətin formalaşması üçün tələb kimi parlament çoxluğu konsepsiyası Xarilaos Trikupis tərəfindən təqdim edilərək monarxiyanın üstünlük verdiyi azlıqların hökumətlərini təyin etmək səlahiyyətini məhdudlaşdırdı.

1832-ci ildən 1947-ci ilə qədər Yunanıstan krallığının ərazi dəyişikliyi.

Korrupsiya Trikupisin Korinf kanalı kimi infrastruktur layihələrini maliyyələşdirmək üçün artan xərcləri ilə birlikdə zəif Yunanıstan iqtisadiyyatını həddindən artıq yüklədi və 1893-cü ildə dövlətin müflisliyini elan etməyə məcbur etdi. Yunanıstan ölkənin borculalarının geri ödəniş etmələri üçün Beynəlxalq Maliyyə Komissiyası qurmağı qəbul etdi.

Lakin bütün yunan milləti Osmanlı tabeliyində olan yunan ərazilərinin müstəqilliyini təmin etmək üçün birləşmişdi. Ələlxüsus da Kritdə 1866–1869-ci illərdə davam edən üsyan milliyətçiliyi artırmışdı. Rusiya və Osmanlı arasında 1877-ci ildə müharibə başladıqda yunan xalqı Rusiyanın tərəfində oldu. Lakin Yunanıstan çox kasıb idi və ingilislərin müdaxilə etməyindən çəkindiyi üçün rəsmi olaraq müharibəyə qoşulmadı. Buna baxmayaraq, 1881-ci ildə FessaliyaEpirin kiçik bir hissəsi Berlin müqaviləsinə əsasən Yunanıstana verildi. Amma Yunanıstanın Kriti geri qaytarmaq ümidləri puç oldu.

Kritdəki yunanlar müntəzəm üsyanlar törətməyə davam etdilər və 1897-ci ildə Teodoros Deligiannisin başçılığı ilə yunan hökuməti xalqın təzyiqinə boyun əyərək Osmanlılara müharibə elan etdi. 1897-ci il Osmanlı-Yunanıstan müharibəsində yaxşı təhsil görməmiş və Yunanıstan ordusunu Osmanlılar məğlub etdi. Lakin Yunanıstan böyük güclərin müdaxiləsi nəticəsində Türkiyə sərhədi boyunca sadəcə kiçik ərazi itirərək, Krit Yunanıstan qrafı Georqun idarəçiliyində muxtar dövlət kimi quruldu. Dövlət xəzinələri boş olduğu üçün fiskal siyasət Beynəlxalq Maliyyə Komissiyasının nəzarəti altına keçdi.

Genişlənmə, fəlakət və yenidənqurma

[redaktə | mənbəni redaktə et]
Zəfər tağında baş tutan I Dünya müharibəsi Zəfər paradında Yunanıstan Ordusunun düzülüşü, Paris, iyul 1919-cu il.

Georgios Teotokisin Baş nazirliyi dövründə bir qrup hərbi zabit 1909-cu ilin avqustunda çevriliş təşkil etdi və qısa müddət sonra Afinaya milli regenerasiya vizyonunu çatdıran kritli siyasətçi Elefterios Venizelosu çağırdı. İki seçim qazanan və 1910-cu ildə Baş nazir olan Venizelos geniş maliyyə, sosial və konstitusiya islahatlarına başladı, ordunu yenidən təşkil etdi, Yunanıstanı Balkan ittifaqının üzvü etdi və Balkan müharibələrində ölkəni idarə etdi. 1913-cü ildə Krit, EpirMakedoniyanı özünə birləşdirən Yunanıstanın ərazisi və əhalisi təxminən iki qat artmışdı. Növbəti illərdə kral I Konstantin ilə xarizmatik Venizelos arasında I Dünya müharibəsi ərəfəsində ölkənin xarici siyasəti üzərində baş verən mübarizə ölkənin siyasi səhnəsinə hakim oldu və ölkə iki zidd qrupa ayrıldı. I Dünya müharibəsinin bəzi hissələrində Yunanıstanda iki hökumət var idi. Belə ki, Afinada Almaniya tərəfdarı kralçı hökumət və Salonikidə Antanta tərəfdarı venizelist hökumət. Bu iki hökumət 1917-ci ildə Yunanıstanın rəsmi olaraq İttifaq dövlətləri tərəfində müharibəyə qoşulması ilə birləşdi.

Böyük ideyanın həyata keçməyə yaxın göründüyü Sevr müqaviləsindən sonra Böyük Yunanıstan xəritəsi.

Yunanıstan I Dünya müharibəsindən sonra həmin dövrdə çoxlu yerli yunan əhalisi olan Kiçik Asiyaya doğru genişlənməyə cəhd etmiş, lakin 1919–1922-ci illər Türkiyə-Yunanıstan müharibəsində məğlub olaraq Kiçik Asiya yunanları kütləvi şəkildə qaçmağına töhfə vermişdir. Yunan soyqırımında baş verən bu hadisələr müxtəlif mənbələrə görə, Osmanlı və türk səlahiyyətlilərinin bir neçə min Kiçik Asiya yunanından əlavə, oxşar sayda aysor və daha çox sayda erməninin də ölümünə töhfə verdiyi dövrlə üst-üstə düşür. Nəticədə Kiçik Asiyadan yunanların köçü davamlı oldu və Yunanıstanla Türkiyə arasında rəsmi əhali mübadiləsi ilə genişləndirildi. Mübadilə müharibəni bitirən Lozanna müqaviləsinin şərtlərindən biri idi.

Növbəti dövr qeyri-sabitliklə yadda qaldı, çünki Türkiyədən olan 1,5 milyondan çox mülksüz yunan qaçqını Yunan cəmiyyətinə inteqrasiya olunmalı idi. Kapadokiya yunanları, pont yunanları və Yunan Ortodoksluğunun qeyri-yunan davamçıları da mübadiləyə məruz qaldılar. Qaçqınların bəziləri dil bilmirdi. Qaçqınların sayı Yunanıstanın əvvəlki əhalisinin dörddə birindən çox olduğuna görə qaçqınlar müharibədən sonra da əhalinin dramatik artımına səbəb olmuşdur.

Kiçik Asiyada baş verən fəlakətli hadisələrdən sonra monarxiya 1924-cü ildə referendum keçirilərək ləğv edildi və İkinci Yunanıstan Respublikası elan edildi. 1935-ci ildə kralçı generaldan siyasətçiliyə keçən Georgios Kondilis dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirdi və hiləli referendum keçirərək respublikanı ləğv etdi. Daha sonra kral II Georq Yunanıstana qayıtdı və hakimiyyətə yenidən gətirildi.

Diktatura, İkinci Dünya müharibəsi və yenidənqurma

[redaktə | mənbəni redaktə et]

Baş nazir İoannis Metaksas və dövlət başçısı II Georq arasında 1936-cı ildə imzalanmış müqaviləyə əsasən, Metaksas 4 avqust rejimi adı ilə tanınan diktatorluq rejiminin rəhbəri təyin edildi. Beləcə qısa fasilələrlə 1974-cü ilə qədər davam edəcək avtoriat hakimiyyət dövrü başladı.Yunanıstan diktatorluq olsa da, Britaniya ilə yaxşı münasibətlər qurmağa davam etdi və Ox dövlətləri ilə müttəfiq olmadı.

Yunanıstanın Ox dövlətləri tərəfindən işğalı.
  Dodekanes, 1912-ci ildən İtaliya nəzarətində

28 oktyabr 1940-cı ildə Faşist İtaliyası Yunanıstandan təslim olmağını tələb etdi, lakin Yunanıstan hökuməti bunu rədd etdi. Nəticədə baş verən İtaliya-Yunanıstan müharibəsində Yunanıstan İtaliya qüvvələrini Albaniyaya dəf edərək anti-Hitler koalisiyası ilə birgə quruda Ox dövlətlərinə qarşı ilk qələbəsini qazandı. Yunanıstanın italyanlara qarşı apardığı mübarizə və qazandığı qələbə o dövrdə çox tərifləndi. Fransız generalı Şarl de Qoll Yunan müqavimətinin şiddətini tərifləyənlər arasında idi. Rəsmi bildirişdə de Qoll yunanların müqavimətinə heyranlığını bildirmişdir:

" Fransa əsir düşmüş, lakin hələ də ayaqda duran fransızların adından azadlığı uğrunda mübarizə aparan yunan xalqına öz salamlarını çatdırmaq istəyir. 25 mart 1941-ci il tarixi Yunanıstanı qəhrəmanlıq mübarizəsinin və şöhrətinin zirvəsində qeyd edir. Salamin döyüşündən bəri Yunanıstan bu gün mövcud olan əzəmət və şöhrətinə nail olmamışdı.[8] "

Ölkə, xüsusilə Metaksas xətti döyüşündə şiddətli yunan müqavimətinə baxmayaraq Yunanıstan döyüşündə nasist Almaniyası qüvvələri tərəfindən tutulacaqdı.

Afinada əhali Ox dövlətlərindən qurtuluşu qeyd edirlər, oktyabr 1944-cü il.

Afina və Salonikini nasistlər, ölkənin digər ərazilərini isə nasist Almaniyasının müttəfiqləri olan faşist İtaliyası və Bolqarıstan idarə edirdi. İşğal Yunanıstanın mülki əhalisi üçün dəhşətli çətinliklərə səbəb oldu. 1941–1942-ci illərin qışında 100.000-dən çox mülki əhali aclıqdan öldü, on minlərlə əhali nasistlərin və onların kollaborsionistlərinin repressiyaları nəticəsində həyatını itirdi, ölkə iqtisadiyyatı məhv oldu və yunan yəhudilərinin böyük əksəriyyəti (on minlərlə) deportasiya edilərək nasist həbs düşərgələrində öldürüldü. Avropadakı ən təsirli müqavimət hərəkatlarından biri olan yunan müqaviməti nasistlər və onların kollaborsionistlərinə qarşı şiddəltli mübarizə apardı. Alman işğalçıları çox saylı vəhşiliklər, kütləvi edamlar, dinc əhalinin kütləvi öldürülməsi və repressiyalarda qəsəbə və kəndləri dağıtdılar. Razılaşdırılmış anti-partizan kampaniyası zamanı yüzlərlə kənd sistemli şəkildə yandırıldı və təxminən 1 milyon yunan evsiz qaldı. Ümumilikdə almanlar təxmini 21.000, bulqarlar 40.000 və italyanlar 9.000 yunanı edam etdi.

Yunanıstan Müttəfiqlərin Ox dövlətlərinin üzərində qazandığı qələbənin ardınca İtaliyadan Dodekanesi və Bolqarıstandan Qərbi Frakiyanı geri aldı. Ölkə kommunist güclərlə anti-kommunist yunan hökuməti arasında 1949-cu ilə qədər davam edən və kommunistlərin qələbəsi ilə bitən vətəndaş müharibəsi yaşadı. Soyuq müharibənin ilk mübarizələrindən biri hesab edilən bu konflikt növbəti otuz il ərzində daha çox iqtisadi dağıntı, əhalinin kütləvi yerdəyişməsi və ciddi siyasi qütbləşməyə səbəb oldu.

Müharibədən sonrakı on illiklər sosial mübarizələr, eləcə də solçuların siyasi və sosial sahələrdə geniş maginallaşması ilə səciyyələnsə də, Yunanıstan qismən ABŞ-nin Marşal planın dəstəyi ilə sürətli iqtisadi artım və bərpa prosesini yaşadı. 1952-ci ildə Yunanıstan NATO-ya qoşularaq Soyuq müharibənin Qərb blokuna üzvlüyünü gücləndirdi.

Kral II Konstantinin 1965-ci ilin iyulunda Georgios Papandreunun mərkəzçi hökumətini istefaya göndərməsi uzunmüddətli siyasi qarışıqlığa səbəb oldu və bu, Polkovniklər rejimi tərəfindən 21 aprel 1967-ci ildə dövlət çevrilişi ilə nəticələndi. Hərbi xunta dövründə vətəndaş hüquqları dayandırıldı, siyasi repressiyalar gücləndi və insan hüquqlarının pozulması, o cümlədən dövlət tərəfindən icazə verilən işgəncələr geniş vüsət aldı. İqtisadi artım 1972-ci ildəki durğunluqdan əvvəl sürətli şəkildə davam etmişdir. 17 noyabr 1973-cü ildə Afina Politexnik üsyanının vəhşicəsinə yatırılması Papadopulos rejiminin süqutuna səbəb olan hadisələri hərəkətə gətirdi, nəticədə Georgios Papadopulosu devirən və briqada Dimitrios İoannidisi yeni xuntaman kimi təyin edən əks çevriliş oldu. Türkiyə 20 iyul 1974-cü ildə Yunanıstanın dəstəklədiyi Kipr çevrilişinə cavab olaraq Kipr adasını işğal etdi və Yunanıstanda rejimin dağılmasına və metapolitefsi vasitəsilə demokratiyanın bərpasına səbəb olan siyasi böhrana yol açdı.

Üçüncü Yunanıstan Respublikası

[redaktə | mənbəni redaktə et]
Sosialist baş nazir Andreas Papandreu.

Eks baş nazir Konstantinos Karamanlisin 1963-cü ildən bəri sürgündə yaşadığı Parisdən geri dəvət edildi və bu, Metapolitefsi dövrünün başlanğıcını qoydu. 1964-cü ildən bəri ilk çoxpartiyalı seçkilər Politexnik üsyanının birinci ildönümündə keçirildi. Monarxiyanın yenidən qurulmaması üçün keçirilən referendumdan sonra 11 iyun 1975-ci ildə demokratik və respublikaçı konstitusiya elan edilmişdir.

George Papandreunun oğlu Andreas Papandreu Karamanlisin mühafizəkar Yeni Demokratiya partiyasına qarşılıq verərək Panhelenik Sosialist Hərəkatı (PASOK) qurdu. Bu iki siyasi partiya növbəti 40 il ərzində hökumətə hakim oldu. Yunanıstan 1980-ci ildə NATO-ya yenidən qoşuldu. 1 yanvar 1981-ci ildə Avropa Cəmiyyətlərinin (daha sonra Avropa İttifaqının) 10-cu üzvü olan Yunanıstanda davamlı inkişaf dövrü başladı. Sənaye müəssisələri və ağır infrastruktura qoyulan sərmayələr, eləcə də Avropa İttifaqından ayrılan vəsaitlər və turizm, gəmiçilik və sürətlə inkişaf edən xidmət sektorundan əldə olunan gəlirlər ölkənin həyat standartını görülməmiş səviyyələrə qaldırdı.1981-ci ildə Andreas Papandreunun seçilməsi ilə 1980-ci illərdə mühüm islahatlar keçirildi. II Dünya müharibəsindəki milli müqaviməti tanıdı, mədəni evlilik, cehiz qaldırıldı, təhsil sistemi və xarici siyasət doktrinaları dəyişdi. Lakin Papandreunun dövrü korrupsiya, ikirəqəmli inflyasiya, durğunluq və daha sonra ölkə iqtisadiyyatında problemlər yaradan büdcə defisitləri ilə də əlaqələndirilmişdir.

1990-cı illərdə olduğu kimi 2000-ci illərdə də Yunanıstanın Balkan ölkələri üzərindəki təsiri zirvədə idi. Ölkə 2001-ci ildə avro valyutasını qəbul etmiş və 2004 Yay Olimpiya Oyunlarına Afinada ev sahibliyi etmişdir.

Yunanıstan 2010-cu ildən bəri dünya iqtisadi böhranı və bununla əlaqəli Avropa borc böhranı nəticəsində əhəmiyyətli dərəcədə zərər görmüşdür. Avronun qəbulu ilə əlaqədar olaraq, Yunanıstan maliyyə böhranı yaşadıqda, rəqabət qabiliyyətini bərpa etmək üçün artıq valyutasını devalvasiya edə bilməzdi.Həmin dövrdə xüsusilə gənclərin işsizliyi artmışdı. 2012-ci ilin may və iyun aylarında keçirilən iki seçkilərdə əvvəllər iki əsas partiya olan PASOK və Yeni Demokratiyanın nüfuzu azaldığına görə yeni yaranmış partiyalar Yunanıstanın siyasi kontekstində böyük dəyişikliklər etdi. 2015-ci ilin yanvarında Aleksis Tsipras (SYRIZA) baş nazir seçildi, beləliklə Yunanıstanın iki əsas partiyasından olmuyan ilk baş nazir oldu. Hökumətin borc böhranı və ardınca qənaət siyasətləri etirazlara və sosial qarşıdurmalarla nəticələndi. Xilasetmə mexanizmalarının sona çatması və iqtisadi artımın bərpa olması ilə böhran 2018-ci il civarında başa çatdı.

Eyni zamanda 2018-ci ilin iyununda Yunanıstan Baş naziri Aleksis Tsipras və Şimali Makedoniya Baş naziri Zoran Zaev Prespa sazişini imzalayaraq iki ölkənin münasibətlərini gərginləşdirən ad mübahisəsini həll etdilər, eləcə də Şimali Makedoniyanın Aİ və NATO-ya üzv olma yolunu asanlaşdırdılar.

2019-cu ilin iyul ayında mərkəz sağçı Yeni Demokratiya partiyası iqtidar solçu SYRIZA üzərində seçkiləri qazandıqdan sonra Kiriakos Mitsotakis yeni baş nazir oldu. 2020-ci ilin martında Yunanıstan parlamenti qeyri-partizan namizdən Katerina Sakellaropulunu Yunanıstanın ilk qadın Prezidenti seçdi. Yunanıstan iqtisadiyyatı 2020-ci illərdə COVID-dən sonrakı iqtisadi bərpa, güclü investisiyalar və turizm gəlirləri ilə . Yunanıstan 2024-cü ilin fevral ayında eynicinsli evliliyi və eynicinsli cütlüklərin övladlıq götürməsini tanıyan ilk ortodoks xristian ölkəsi oldu.


border=none Əsas məqalə: Yunanıstan coğrafiyası
Yunanıstanın topoqrafik xəritəsi
Navayo körfəzi, Zakinf adası

Cənub və Cənub-Şərqi Avropada yerləşən Yunanıstan Balkan yarımadasının cənub uc nöqtəsindən dənizə qədər uzanan, Peloponnes yarımadasında bitən və strateji cəhətdən Avropa, Asiya və Afrikanın kəsişmə nöqtəsində yerləşən dağlıq əraziyə malikdir. Yüksək girintili sahil xəttinə və çoxsaylı adalara görə Yunanıstan 13.676 km ilə dünyanın 11-ci ən uzun sahil xəttinə sahibdir. Quru sərhədi isə 1.160 km-dir. Ölkə təxminən 34° və 42° şimal enlikləri və 19° və 30° şərq uzunluqları arasında yerləşir, ekstremal nöqtələri aşağıdakılardır:

Yunanıstanın ərazisinin 80 %-i dağlardan və təpələrdən ibarətdir. Buna görə də ölkə Avropanın ən dağlıq ərazilərindən biridir. Yunan tanrılarının mifik məskəni olan Olimp dağı ölkənin ən hündür nöqtəsi olan 2.918 metrlik Mitikas zirvəsində kulminasiya nöqtəsinə çatır. Qərbi Yunanıstanda çox sayda göl və su hövzəsi var. Pind dağ silsiləsi burada yerləşir və Zmolikas dağında (Yunanıstanın ən hündür ikinci dağı) 2.637 metrlik maksimum hündürlüyünə çatır.

Şimal-şərqi Yunanıstanda Şərqi Makedoniya və Frakiyaya yayılan Rodop dağları yerləşir. Bu ərazidə Dadia meşəsi də daxil olmaqla geniş, qalın, qədim meşələr vardır.

Geniş düzənliklər əsasən Fessali, Mərkəzi Makedoniya və Frakiyadadır. Bu ərazilər ölkədə azsaylı əkin sahələrindən olduqları üçün əsas iqtisadi rayonları təşkil edir. Sıx meşələrində nəsli kəsilməkdə olan qonur ayı, adi vaşaq, Avropa cüyürü və çöl keçisi məskunlaşdığı halda, qıvrımlı suitilər və sini çanaqlı tısbağalar kimi nadir dəniz növləri Yunanıstanı əhatə edən dənizlərdə yaşayır.

Lefkasın Nidrion adasından görülən Yunanıstan periferiyası və bir neçə kiçik ada

Yunanıstanda müxtəlif təsnifləndirmələrə əsasən, 1200-6000 aralığında ada yerləşir. Bunlardan 227-sində əhali məskunlaşıb və bu adalar qitələrarası ölkə hesab edilir. Krit ən böyük və ən sıx məskunlaşılan adadır. İkinci sırada Evbeya, ardınca isə LesbosRodos gəlir.

Yunan adaları ənənəvi olaraq aşağıdakı klasterlərlə qruplaşdırılır:

  • Afina yaxınlığındakı Saron körfəzində yerləşən Saron adaları;
  • Egey dənizinin mərkəzi hissəsini tutan böyük, lakin sıx kolleksiya olan Kiklad;
  • Türkiyənin qərb sahillərində Şimali Ege adaları;
  • Krit və Türkiyə arasında cənub-şərqdə yerləşən başqa bir kolleksiya olan Dodekanes;
  • Şimal-şərqi Euboea sahillərində kiçik və sıx qrup olan Sporad adaları;
  • və İon dənizində qərbdə yerləşən İon adaları.
border=none Əsas məqalə: Yunanıstan iqlimi
Yunanıstanın Köppen iqlim təsnifatı

Yunanıstan iqlimi əsasən Aralıq dənizi iqlimidir (Köppen: Csa), hansı ki, mülayim və sərin, rütubətli qış və isti, eləcə də quraq yayı özündə birləşdirir. Bu iqlim Afina, Kiklad adaları, Dodekanes, Krit, Peloponnes, İon adaları və Yunanıstan periferiyasının bəzi yerləri də daxil olmaqla dənizkənarı yerlərin çoxunda müşayiət olunur. Pind dağları ölkənin iqliminə təsir göstərir. Belə ki, dağların qərbindəki ərazilər dağların şərqindəki ərazilərə nisbətdə daha çox rütubətlidir. Nəticədə cənubda bəzi sahilyanı ərazilər isti semiarid iqlim (Köppen: BSh) kateqoriyasına düşür, məsələn Afina rivierası və bəzi Kiklad adaları, eləcə də şimalda soyuq ekvivalent iqlimə malik SalonikiLarisa şəhərləri kimi bəzi ərazilər ( Köppen: BSk).

Şimal-qərbi Yunanıstanın dağlıq əraziləri və Peloponnesin dağlıq ərazilərində qış aylarında güclü qar yağan dağ iqlimi (Köppen: D, E) müşahidə olunur. Şimali Yunanıstan, Mərkəzi Makedoniya, Qərbi MakedoniyaŞərqi Makedoniya və Frakiyada rütubətli subtropik iqlim (Köppen: Cfa) müşahidə olunur. Belə ki, qış ayları soyuq və rütubətli, yay ayları isə isti və orta dərəcədə quraq keçir, eləcə də ara-bir göy gurultulu fırtınalar baş verir. Dağlarda və şimal ərazilərdə hər il qar yağır. Hətta Afina kimi aşağı cənub ərazilərdə belə qısa müddətli qar yağır.

Biomüxtəliflik

[redaktə | mənbəni redaktə et]
Olimp (Keşiş) dağı Yunanıstanın ən hündür dağı və Olimp tanrılarının mifik məskənidir.

Fitocoğrafi cəhətdən Yunanıstan Holarktik floristik vilayətinə aiddir və Aralıq dənizi hövzəsinin Şərqi Aralıq dənizi əyaləti ilə Çirkumboreal regionun İlliriya əyaləti arasında bölüşdürülür. Dünya Ətraf Mühit Mühafizəsi Vəqfi və Avropa Təbiət Agentliyinə görə, Yunanıstan ərazisi 6 ekoregiona bölünə bilər: İlliriya yarpaqlı meşələri, Pindus dağları qarışıq meşələri, Balkan qarışıq meşələri, Rodop dağlarının qarışıq meşələri, Egey və Qərbi Türkiyə sklerofilli və qarışıq meşələri və Krit Aralıq dənizi meşələri. 2018-ci ildə Meşə Landşaftı İndeksində 10 xaldan 6,6 xal alaraq 172 ölkə arasında 70-ci sırada yer almışdır.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Yunanıstan unitar parlamentar respublikadır. Mövcud Konstitusiya V Revizion Parlamenti tərəfindən hazırlanıb qəbul edilmiş və 1967–1974-cü illər hərbi xuntasının ləğvindən sonra 1975-ci ildə qüvvəyə minmişdir. O vaxtdan bəri 1986, 2001, 2008 və 2019-cu illər olmaqla 4 dəfə dəyişdirilmişdir. Ümumilikdə 120 maddədən ibarət olan Konstitusiya hakimiyyəti icraedici, qanunvericiməhkəmə qollarına bölür və vətəndaş azadlıqları, eləcə də sosial hüquqlara geniş spesifik təminatlar (2001-ci ildə daha da gücləndirilmişdir) verir. 1952-ci il Konstitusiyasına edilən düzəlişlə qadınların seçki hüququ təmin edilmişdir.

Afinanın mərkəzində Yunanıstan Parlamentinin (Köhnə Kral sarayı) binası

Nominal dövlət başçısı Parlament tərəfindən beş il müddətinə seçilən Prezidentdir. Konstitusiyaya əsasən, icra hakimiyyətini Prezident və hökumət həyata keçirir. Lakin 1986-cı ildə Konstitusiyaya edilən dəyişikliklə Prezidentin vəzifə və səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Buna görə də siyasi gücün çox hissəsi Yunanıstanın hökumət başçısı olan Baş nazirə verilmişdir. Baş nazir vəzifəsini Parlamentdən etimad səsi alan bilən siyasi partiyanın mövcud lideri tutur. Prezident rəsmi şəkildə baş naziri təyin edir, həmçinin onun tövsiyyəsi əsasında nazirlər kabinetinin digər üzvlərini təyin edir və vəzifədən kənarlaşdırır.

Qanunverici hakimiyyəti 300 üzvdən ibarət seçkili bir palatalı Parlament həyata keçirir. Parlamentin qəbul etdiyi qanunları Prezident elan edir. Parlament seçkiləri dörd ildən bir keçirilir, lakin Prezident müstəsna əhəmiyyət kəsb edən milli məsələ ilə bağlı Nazirlər Kabinetinin təklifi ilə Parlamenti vaxtından əvvəl buraxa bilər. Müxalifət etimadsızlıq səsverməsini qəbul edə bilsə, prezident də parlamenti vaxtından əvvəl buraxmağa borcludur. Seçkilərdə səs vermə hüququ üçün yaş həddi 17-dir.

İƏİT-in 2016-cı il hesabatına görə, yunanlar əksər inkişaf etmiş ölkələrlə müqayisədə orta səviyyədə vətəndaş iştirakını nümayiş etdirir. Sonuncu seçkilərdə seçici fəallığı 64 % təşkil etmişdir ki, bu da İƏİT-in orta göstəricisi olan 69 %-dən aşağıdır.

Siyasi partiyalar

[redaktə | mənbəni redaktə et]

Demokratiya yenidən bərpa olunduqdan indiyə kimi Yunanıstanın partiya sisteminə liberal-mühafizəkar Yeni Demokratiya (ND) və sosial demokrat Panhelenik Sosialist Hərəkatı (PASOK) hakim olmuşdur. Yunanıstan Parlamentində təmsil olunan digər partiyalara Radikal Sol Koalisiya (SYRIZA), Yunanıstan Kommunist Partiyası (KKE), Yunan HəlliMeRA25 daxildir.

PASOK və Yeni Demokratiya 2009-cu ildə borc böhranı başlayana qədər hakimiyyətdə bir-birini əvəz etdi. Böhrandan sonra bu iki böyük partiyanın nüfuzunda geriləmə yaşandı. 2011-ci ilin noyabrında iki böyük partiya daha kiçik Ortodoks Xalq Çağırışı ilə böyük koalisiyaya qoşularaq Avropa Mərkəzi Bankının keçmiş vitse-prezidenti Lukas Papadimosun başçılıq etdiyi milli birlik hökumətinə parlamentdə dəstək verəcəyinə dair söz verdi. Panos Kammenos bu hökumətin əleyhinə səs verdi və o, ND-dən ayrılaraq sağçı populist Müstəqil Yunanlar partiyasını qurdu.

Koalisiya hökuməti 2012-ci ilin mayında parlament seçkilərinin keçirilməsinə səbəb oldu. Yunanıstanın ənənəvi siyasi partiyaları olan PASOKYeni Demokratiyanın gücü sırayla 43 %-dən 13 %-ə və 33 %-dən 18 %-ə düşmüşdür. Solçu SYRIZA isə 4 %-dən 16 %-ə yüksələrək ikinci böyük partiya olmuşdur. Heç bir partiyanın dayanıqlı hökumət qura bilmədiyinə görə 2012-ci ilin iyununda parlament seçkiləri keçirildi. İkinci seçkilərin nəticəsində Yeni Demokratiya (29%), PASOK (12%) və Demokratik Sol (6%) partiyalarından ibarət koalisiya hökuməti quruldu.

SİRİZA o vaxtdan sol mərkəzçilərin əsas partiyası olaraq PASOK-u qabaqladı. Aleksis Tsipras 2015-ci il yanvarın 25-də keçirilən ümumi seçkilərdə SİRİZA-nı qələbəyə aparıb, parlamentdə cəmi iki mandat fərqi ilə tam əksəriyyəti əldə edə bilmədi. Ertəsi gün Tsipras Müstəqil Yunanlar partiyası ilə koalisiya yaratmaq üçün razılığa gəldi və Yunanıstanın baş naziri kimi and içdi. Tsipras vəzifəsindən istefa verdikdən sonra 2015-ci ilin avqustunda növbədənkənar seçkilər təyin etdi və bu, Yunanıstanın ilk qadın baş naziri olan hakim Vasiliki Tanu-Xristofilunun rəhbərlik etdiyi bir aylıq müvəqqəti administrasiyaya səbəb oldu. 2015-ci ilin sentyabrında keçirilən ümumi seçkilərdə Aleksis Tsipras 300 yerdən 145-ni qazanaraq və Müstəqil Yunanlarla yenidən koalisiya quraraq SİRİZA-nı növbəti qələbəyə apardı. Lakin o, 2019-cu ilin iyul ayında keçirilən ümumi seçkilərdə Yeni Demokratiya Partiyasının lideri Kiriakos Mitsotakis tərəfindən məğlub edildi. 7 iyul 2019-cu ildə Kiriakos Mitsotakis Yunanıstanın yeni Baş naziri kimi and içdi. O, Yeni Demokratiya partiyasının böyük qələbəsindən sonra sağ mərkəzçi hökumət qurdu.

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]
Vasitəsilə təmsilçilik:[9]
     səfirlik
     başqa ölkədə səfirlik
     baş konsulluq
     təmsilçilik yoxdur
     Yunanıstan

Yunanıstanın xarici siyasəti Xarici İşlər Nazirliyi və onun rəhbəri Xarici işlər naziri vasitəsilə həyata keçirilir. Rəsmi olaraq Nazirliyin əsas məqsədləri Yunanıstanı digər dövlətlər və beynəlxalq təşkilatlar qarşısında təmsil etmək, Yunanıstan dövlətinin və xaricdəki vətəndaşlarının maraqlarını qorumaq, yunan mədəniyyətini təbliğ etmək, yunan diasporu ilə daha sıx əlaqələr qurmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Yunanıstanın Kipr, İtaliya, Fransa, Ermənistan, Avstraliya, İsrail, Amerika Birləşmiş ŞtatlarıBöyük Britaniya ilə xüsusi əlaqələri olduğu bildirilir. Makedoniya adı uğrunda mübahisə 2018-ci ildə Prespa müqaviləsi ilə həll edildikdən sonra Nazirlik Yunanıstan dövləti üçün xüsusi əhəmiyyət kəsb edən qalan iki məsələni müəyyən etdi. Bunlar Egey dənizində və müvafiq hava məkanında Türkiyənin Yunanıstanın suverenlik hüquqlarına meydan oxumasıŞimali Kiprin türk işğalı ilə bağlı Kipr böhranıdır.

Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində təbii sərvətlərə görə uzun müddətdir davam edən münaqişə var. Türkiyə yunan adaları ətrafında qanuni kontinental şelfeksklüziv iqtisadi zona tanımır.

Bundan əlavə, Avropa, Asiya, Yaxın ŞərqAfrikaya siyasi və coğrafi yaxınlığına görə Yunanıstan Balkan yarımadası, Aralıq dənizi və Yaxın Şərqdə sülh və sabitliyin təşviqinə kömək etmək məqsədilə regional siyasət inkişaf etdirmək üçün mühüm geostrateji əhəmiyyətə malik ölkədir. Bu, ölkəyə qlobal məsələlərdə orta güc statusu vermişdir.

Yunanıstan Avropa Şurası, Avropa İttifaqı, Aralıq dənizi İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, Beynəlxalq Frankofaniya Təşkilatı və qurucu üzvü olduğu Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bir çox beynəlxalq təşkilatın üzvüdür.

Yunanıstan Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarəsi olan F-16 Fighting Falcon aviaşou zamanı
Afinada paradda Yunanıstan Silahlı Qüvvələrinin Leopard 2A6 HEL tankı

Yunanıstan Silahlı Qüvvələrinə Yunanıstan Milli Müdafiə Baş Qərargahı (yun. Γενικό Επιτελείο Εθνικής Άμυνας – ΓΕΕΘΑ) nəzarət edir. Mülki səlahiyyətlər Müdafiə Nazirliyinə aiddir. Yunanıstan Silahlı Qüvvələri üç qoldan ibarətdir:

Bundan əlavə, Yunanıstan dənizdə hüquq-mühafizə, axtarış-xilasetmə və liman əməliyyatları üçün Yunanıstan Sahil Mühafizəsinə malikdir. Müharibə zamanı donanmaya dəstək verə bilsə də, Gəmiçilik Nazirliyinin tabeliyindədir.

Yunanıstan hərbi qulluqçularının ümumi sayı 364 050 nəfərdir ki, onlardan 142 700 nəfəri aktiv, 221 350 nəfəri isə ehtiyatdadır. Yunanıstan silahlı qüvvələrdə xidmət edən vətəndaş sayına görə dünyada 28-ci yerdədir. Məcburi hərbi xidmət 19-45 yaş aralığı üçün bir ildir. Bundan əlavə, strateji cəhətdən həssas ərazilərdə yaşayan 18-60 yaş arası yunan kişilərdən Milli Qvardiyada yarımştat xidmət etmək tələb oluna bilər.

NATO üzvü kimi Yunanıstan hərbçiləri alyansın himayəsi altında təlimlərdə və yerləşdirmələrdə iştirak edir, baxmayaraq ki, onun NATO missiyalarında iştirakı minimaldır. Yunanıstan ordusuna hər il 7 milyard ABŞ dollarından çox vəsait xərcləyir ki, bu da ÜDM-in 2,3 %-ni təşkil edir ki, bu da mütləq göstəricilərə görə dünyada 24-cü, adambaşına görə 7-ci, NATO-da isə ABŞ-dan sonra 2-ci ən yüksək yeri tutur. Üstəlik, Yunanıstan ÜDM-in 2 %-i kimi minimum müdafiə xərcləri hədəfinə çatan və ya onu ötüb keçən beş NATO ölkəsindən biridir.

Hüquq və məhkəmə

[redaktə | mənbəni redaktə et]

Məhkəmə hakimiyyəti icraedici və qanunverici hakimiyyətdən müstəqildir və üç Ali Məhkəmədən ibarətdir: Yunanıstan Ali Mülki və Cinayət Məhkəməsi (yun. Άρειος Πάγος), Audit Məhkəməsi (yun. Συμβούλιο της Επικρατείας) və Dövlət Şurası (yun. Ελεγκτικό Συνέδριο). Məhkəmə sistemi həmçinin mülki və cinayət işlərinə baxan mülki məhkəmələrdən və vətəndaşlarla Yunanıstanın inzibati orqanları arasında mübahisələrə baxan inzibati məhkəmələrdən ibarətdir.

Yunanıstan Polisi (yun. Ελληνική Αστυνομία) Yunanıstanın milli polis gücüdür. Yol hərəkətinə nəzarətdən tutmuş kontrterrorizmə qədər işlərə baxan çox böyük bir qurumdur. Jandarmeriya (yun. Χωροφυλακή) və Şəhər Polisi (yun. Αστυνομία Πόλεων) qüvvələrinin birləşməsi nəticəsində 1984-cü ildə 1481/1-10-1984 saylı Qərarla (Hökumət qəzeti 152 A) qurulmuşdur.

İnzibati quruluş

[redaktə | mənbəni redaktə et]

Kallikratis proqramı islahatı 1 yanvar 2011-ci ildə qüvvəyə mindiyi vaxtdan Yunanıstan cəmi 325 bələdiyyə bölünmüş 13 regiondan ibarətdir. 54 köhnə rayon və rayon səviyyəli idarələr əsasən bölgələrin alt bölmələri kimi saxlanılıb. Yeddi desentralizasiya idarə regional əsasda inzibati məqsədlər üçün birdən üçə qədər bölgəni qruplaşdırır. Həmçinin Mərkəzi Makedoniya regionu ilə həmsərhəd olan bir muxtar ərazi Afon dağı (yun. Ἄθως, "Müqəddəs dağ") var.

Xəritə Region Paytaxt Ərazi (km2) Əhali[10] ÜDM

(mlrd.)[11]

1 Attika Afina 3,808.10 3,814,064 €83.469
2 Mərkəzi Yunanıstan Lamiya 15,549.31 508,254 €7.926
3 Mərkəzi Makedoniya Saloniki 18,810.52 1,795,669 €23.850
4 Krit İraklion 8,259 624,408 €8.654
5 Şərqi Makedoniya və Frakiya Komotini 14,157.76 562,201 €6.709
6 Epir Yanina 9,203.22 319,991 €3.843
7 İon adaları Kerkira 2,306.94 204,532 €3.064
8 Şimali Egey Mitilini 3,835.91 194,943 €2.412
9 Peloponnes Tripoli 15,489.96 539,535 €7.683
10 Cənubi Egey Ermupolis 5,285.99 327,820 €5.888
11 Fessaliya Larisa 14,036.64 688,255 €9.006
12 Qərbi Yunanıstan Patras 11,350.18 648,220 €7.847
13 Qərbi Makedoniya Kozani 9,451 254,595 €3.849
(14) Afon Kare 390 1,746 N/A

Borc böhranları (2010–2018)

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Dəniz sənayesi

[redaktə | mənbəni redaktə et]

Telekommunikasiya

[redaktə | mənbəni redaktə et]

Elm və texnologiya

[redaktə | mənbəni redaktə et]

Təsviri incəsənət

[redaktə | mənbəni redaktə et]

Musiqi və rəqs

[redaktə | mənbəni redaktə et]

Kinomatoqrafiya

[redaktə | mənbəni redaktə et]

Dövlət bayramları və festivallar

[redaktə | mənbəni redaktə et]
  1. https://europa.eu/about-eu/countries/member-countries/greece/index_en.html.
  2. https://web.archive.org/web/20230226162959/https://en.worldstat.info/World/List_of_countries_by_Water_surface_(percentage_of_total_area).
  3. World Bank Open Data. Dünya Bankı.
  4. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  5. https://www.traveldir.org/greece/.
  6. https://chartsbin.com/view/edr.
  7. Nondas Stamatopoulos. Old Corfu: history and culture. N. Stamatopoulos. 1993. 164–165. ISBN 9789608403000. İstifadə tarixi: 6 April 2013. Again, during the first great siege of Corfu by the Turks in 1537, Angelocastro ... and After a siege lasting a year the invaders were finally driven away by the defenders of the fortress who were helped by the inhabitants of the neighbouring villages. In 1571, when they once more invaded Corfu, the Turks again unsuccessfully attacked, Angelocastro, where 4,000 people had taken refuge. During the second great siege of the city by the Turks in 1716, Angelokastro once again served
  8. Sitat səhvi: Yanlış <ref> teqi; Fafalios and Hadjipateras, p. 157 adlı istinad üçün mətn göstərilməyib
  9. Αρχές του Εξωτερικού [Missions Abroad] (yunan). Hellenic Republic Ministry of Foreign Affairs. 21 May 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2011.
  10. "Census 2021 GR" (PDF) (Press-reliz). Hellenic Statistical Authority. 19 July 2022. 9 October 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 September 2022.
  11. "Regional GDP per capita ranged from 29% to 611% of the EU average in 2016". Eurostat. 2016. 2 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]