Vətəndaş və İnkişaf Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vətəndaş və İnkişaf Partiyası
Loqonun şəkli
Sədri Əli Əliyev
Sədr müavinləri Dilguşə Gülümcan
Zaur Qasımov
Zeynal Abdullayev
Quruluş tarixi 28 may 2006
Qeydiyyat tarixi 10 avqust 2008
Dağılma tarixi 25 iyun 2023
Birləşən "Odlu Yurd" Xalq Partiyası[a] (2012)
Bölünmə Yeni Yol Partiyası (2021)
Sələfi Azərbaycan Milli İstiqlal Partiyası
Baş qərargah Bakı
İdeoloji spektr mərkəz sağ
Üzvlüyü Azadlıq Bloku (2006-2010)
Müxalifətin Əməkdaşlıq Mərkəzi (2008)
İnsan Naminə Bloku (2010)
Azadlıq-2015 Seçki Bloku (2015)
"Azadlıq" Müxalifətin Siyasi Əməkdaşlıq Mərkəzi (2015-2016)
Azərbaycan Xalq Hərəkatı (2018)
Üzv sayı
20 min (2020)[mənbə göstərin]

Vətəndaş və İnkişaf Partiyası və ya qısaca VİP — Azərbaycanda 28 may 2006-cı ildə Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş, 10 avqust 2008-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış və 25 iyun 2023-cü ildə fəaliyyətini dayandırmış siyasi partiya.

2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir. 7 fevral 2005 tarixində Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar VIII Qurultayı keçirilmişdir. Qurultayda Əli Əliyev partiya sədri seçilmiş və partiyanın lideri postu yaradılmışdır.

2005-ci il parlament seçkiləri ərəfəsində 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır,[1] lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. AMİP sədri Əli Əliyev buna etiraz etmişdir.[2] Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.

21 yanvar 2006-cı ildə partiya sədri Əli Əliyev Azərbaycan Demokrat Partiyasının qərargahında quruıtay çağırımış, lakin 190 nümayəndənin iştirak etməli olduğu qurultayda 100 nümayəndə iştirak etmişdir. Kvorum olmadığından qurultay növbəti günə təxirə salınmışdır.[3] 22 yanvar 2006-cı ildə həm Əli Əliyev, həm də Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayını keçirmişdir. Əli Əliyev keçirdiyi qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası nümayəndələri iştirak etmiş, Etibar Məmmədov liderlik postundan uzaqlaşdırılmış, özü isə Azərbaycan Milli İstiqlal Partiyasının yenidən sədri seçilmişdir.[4] Etibar Məmmədov keçirdiyi qurultayda isə Əli Əliyevə etimadsızlıq göstərilmiş, Ayaz Rüstəmov partiyanın müvəqqəti sədri seçilmişdir.[5][6] Hər iki tərəf müvafiq qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdir. Ədliyyə Nazirliyi nəticə olaraq Etibar Məmmədovun keçirdiyi qurultayın nəticələrini tanımışdır.

Quruluşu və ləğvi

[redaktə | mənbəni redaktə et]

Əli Əliyev və tərəfdarları 28 may 2006 tarixində Vətəndaş və İnkişaf Partiyasının Quruluş Qurultayını təşkil etmişdir.[7] Bu qurultayda Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının sədri seçilmişdir.

30 iyun 2012-ci ildə Nazim Məmmədov tərəfindən yaradılmış, rəsmi dövlət qeydiyyatı olmayan "Odlu Yurd" Xalq Partiyası Vətəndaş və İnkişaf Partiyasına birləşmişdir.[8]

2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşmək üçün qarşılıqlı təmaslar başlatdı. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi,[9] lakin yekun nəticədə birləşmə baş tutmamışdır.[10]

24 may 2017-ci ildə Vətəndaş və İnkişaf Partiyasının IV Qurultayı keçirilmiş və Əli Əliyev növbəti 4 il müddətinə partiya sədri seçilmişdir.[11]

2020-ci ildə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov partiyadan istefa verərək Yeni Yol Partiyasını qurduğunu və yeni partiyanın Təşkilat Komitəsinin sədri seçildiyini açıqlamışdır.[12]

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 25 iyun 2023-cü ildə Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaymışdır.[13]

# Sədr Başlama tarixi Bitmə tarixi
1
Əli Əliyev
28 may 2006 25 iyun 2023
Ad Tarix Seçilən sədr Namizəd
I (Quruluş) Qurultay 28 may 2006[14] Əli Əliyev Əli Əliyev (Tək namizəd)
II Qurultay
III Qurultay
IV Qurultay 28 may 2017

Vətəndaş və İnkişaf Partiyası 2006-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat PartiyasıAzərbaycan Liberal Partiyası iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən Azadlıq Blokunun həmtəsisçisi olub.[15]

2010-cu il parlament seçkiləri ərəfəsində Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Liberal Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən yaradılmış "İnsan Naminə" seçki blokunun qurucu üzvü olub.[15]

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Majoritar
Səs % Mandat
2010
Əli Əliyev
11 170 0.47
0 / 125
2015 3 374 0.12
0 / 125
2020
0 / 125

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# % ±
2009 Əli Əliyev
0 / 15.591
2014
0 / 15.135
2019
0 / 15.156
  1. Rəsmi dövlət qeydiyyatında olmayan siyasi partiya.
  1. "İqtidaryönlü partiyalar «Reforma» seçki bloku yaradacaq". www.azadliq.org. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  2. "Vidadi Mahmudlu yekun protokolu imzalamasını düzgün addım sayır". www.azadliq.org. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  3. "Əli Əliyevin çağırdığı AMİP-in bugünkü fövqəladə qurultayında yetərsay olmayıb". Trend.Az (az.). 2006-01-21. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  4. AzadlıqRadiosu. "AMİP-də iki qurultay..." Azadlıq Radiosu (az.). 2006-04-24. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  5. ""Dovşan həkimi" AMİP-dən necə qovuldu? -". www.aznews.az. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  6. "BBCAzeri.com". www.bbc.com. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  7. "Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb" (az.). Azadlıq Radiosu. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  8. "İki partiyanın birləşməsi rəsmiləşdi". Qafqazinfo (az.). 2012-06-30. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  9. mia.az. "ADP və VİP sədrləri yenidən görüşdülər". mia.az (az.). 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  10. "ADP və VİP birləşir: "Bununla bağlı komissiya yaradılıb"". publika.az (az.). 2014-04-28. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  11. "Partiyaya sədr seçiblər » Reyting.az". Reyting.az. 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  12. "Müxalifət olmaq bunların alınyazısı deyil ki... - Ramil Hüseynov". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  13. "Vətəndaş və İnkişaf partiyası özünü buraxdı - VİP-in son BƏYANATI". musavat.com. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
  14. "Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  15. 1 2 "Əli Əliyev 47-yə çatdı". Aznews (az.). aznews.az. 19.08.2014 12:03. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-14.