Suxoy Su-30

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Su-30
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30
Tipi Çoxməqsədli qırıcı
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı KnAAPO, İrkut korporasiyası
Baş konstruktor Suxoy
İlk uçuş 31 dekabr 1989
İstismara verilmə tarixi 1996-cı il
Status İstismarı davam edir
İstismarçılar Rusiya Rusiya
Çin ÇXR
İstehsal ili 1992 - davam edir
Buraxılış sayı 540+[1]
Vahidinin qiyməti Su-30MK2: 37.5 milyon ABŞ $ (2012)[2]
Baza modeli Su-27
Variantları Su-30MKI
Su-30MKK
Su-30MKM
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Su-30
Su-30-un "qulaq qanadları"

Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur.

S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər.

Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar.

Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, VenesuelaVyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir. KnAAPO Su-35 proyektinin ilkin mərhələsində iştirak etdiyi üçün hər iki təyyarə orijinal Su-35 təyyarəsinin iki yerli versiyalarıdır. Çin ona satılan versiyanın köhnə, lakin daha yüngül radarlarla təchiz olunmasını sifariş verdi. Nəticədə öncələr radarın ağır olmasına görə önə qoyulmuş "qulaq qanadlar" dizayndan çıxarıldı. Bu da öz növbəsində yükgötürmə qabiliyyətinin artmasına gətirib çıxardı.

Çin versiyası daha çox hava-hava missiyaları üçün nəzərdə tutulsa da, yerüstü hədəflərə də hücum edə bilməsi onu Amerikan F-15E-ə bənzədir.

İrkut Kompaniyası isə vaxtilə Sovet Hava Hücumundan Müdafiə qoşunlarına xidmət edirdi. "Flanker" proqramının ilkin mərhələlərində Su-27 təyyarəsinin təlim versiyasının — Su-27UB-nin dizaynı İrkut korporasiyasına həvalə edilmişdi. Bundan əlavə olaraq İrkut Hindistana onun üçün ayrıca dizayn olunmuş Su-30MKI versiyasını da təklif etdi. Yerüstü hədəfləri vurmaq bacarığından əlavə təyyarəyə hava-hava döyüşlərində də üstünlük əldə etməsi üçün "qulaq qanadları"ı və mühərrikin çıxışının idarə edilməsi (Thrust vectoring) funksiyaları da əlavə edildi.

Orijinal Su-27 "Flanker"in uçuş məsafəsi yaxşı olsa da, Hava Hücumundan Müdafiə qüvvələrinə daha uzaq məsafəli, həm hava-hava, həm də hava-yer təyyarələri lazım idi. Buna görə də Su-27-nin daha təkmil versiyası kimi Su-27PU proqramına start verildi. Su-27PU isə sonradan Su-30 nomenklaturası ilə adlandırıldı.

Əməliyyat tarixi

[redaktə | mənbəni redaktə et]

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir neçə Su-30SM Suriyada hökumət qüvvələrinə dəstək vermək və terrorçu qruplaşmalara hava zərbələrinin endirilməsi məqsədilə istifadə edilmişdir. Bu qırıcılar 2015-ci ilin sentyabr ayında Suriyanın Latakiya şəhəri yaxınlığında yerləşən Basel əl-Əsəd beynəlxalq hava limanına gətirilmişdir. 2015-ci ilin dekabr ayının sonlarında Suriyaya məxsus Xmeymim hərbi hava bazasında 16 ədəd Su-30SM döyüş təyyarəsi yerləşdirilmişdir. Su-30SM qırıcıları Rusiyanın hücum və strateji bombardmançı təyyarələrini müşayiət etmək məqsədilə buraya gətirilir. Sonradan əməliyyatlar zamanı yerdəki hədəflərə zərbə vurulmasında da istifadə edilmişdir. 21 mart 2017-ci il tarixində Həma şəhərində həyata keçirilən yeni hücum əməliyyatı ərzində Rusiya HHQ-nin Su-30SM döyüş təyyarələri idarə olunmayan hava-yer tipli raketlərlə üsyançıların mövqelərinə zərbə endirmişdir.

Potensial alıcılar

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin fevralında Rusiya ilə Belarus arasında açıqlanmayan sayda Su-30 qırıcılarının alqı-satqısı ilə bağlı ilkin razılıq əldə edilmişdir.[3]

2016-cı ilin fevralında İran müdafiə naziri Rusiya ilə açıqlanmayan sayda Su-30 qırıcılarının satın alınması ilə bağlı danışıqların getdiyini açıqlamışdır.[4]

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
Su-30 istifadəçiləri
  • Əlcəzair Əlcəzair: 52 ədəd Su-30MKA silahlanmaya daxil olunub[5], əlavə 14 ədəd Su-30MKA sifariş verilib.[6]
  • Anqola Anqola: 2013-cü ildə Rusiya ilə imzalanmış 1 milyard ABŞ dolları dəyərindəki müqaviləyə əsasən 18 ədəd Su-30K təhvil verilməlidir.[7]
  • Çin ÇXR: 2012-ci il məlumatına əsasən Çin HHQ-nin silahlanmasına 76 ədəd Su-30MKK və 24 ədəd Su-30MK2 daxildir.[8]
  • Belarus Belarus: 12 ədəd Su-30SM sifariş olunub.[9]
  • Ermənistan Ermənistan: Ermənistan Rusiya ilə 2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2020-ci ildə dörd Su-30 SM döyüş təyyarəsi alacaq. Satınalma Rusiya tərəfindən verilən kredit hesabına həyata keçirilir, Ermənistan üçün hər bir təyyarənin qiyməti Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan məbləğ qədər olacaq.[10]
  • Hindistan Hindistan: 2017-ci ilin oktyabr ayına olan məlumatına əsasən Hindistan HHQ-nin silahlanmasına 240 ədəd Su-30MKI döyüş təyyarəsi daxildir.[11]
  • İndoneziya İndoneziya: 11 ədəd Su-30MK.[12]
  • Qazaxıstan Qazaxıstan: 2017-ci ilin dekabr ayına olan məlumata əsasən Qazaxıstan HHQ-nin silahlanmasında 8 ədəd Su-30SM qırıcısı yer alır. Əlavə 16 ədəd Su-30SM döyüş təyyarəsinin növbəti illərdə silahlanmaya qəbul olunacağı gözlənilir.[13]
  • Malayziya Malayziya: 18 ədəd Su-30MKM.[14]
  • Rusiya Rusiya: 88 ədəd Su-30SM.[15]
  • Uqanda Uqanda: 6 ədəd Su-30MK2.[16]
  • Venesuela Venesuela: 23 ədəd Su-30MKV.[17]
  • Vyetnam Vyetnam: 2013-cü ilə olan məlumata əsasən 4 ədəd Su-30MK və 20 ədəd Su-30MK2V silahlanmaya daxildir. 21 avqust 2013-cü ildə imzalanmış 450 milyon ABŞ dolları həcmində olan müqaviləyə görə əlavə 12 ədəd Su-30MK2 döyüş təyyarəsi 2014–2015-ci illərdə Vyetnama təhvil verilməli idi.[18]

Taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2
  • Uzunluğu: 21.935 m
  • Qanad uzunluğu: 14.7 m
  • Hündürlük: 6.36 m
  • Qanad sahəsi: 62 m²
  • Boş çəki: 17.700 kq
  • Yüklü çəki: 24.900 kq
  • Maksimal qalxma çəkisi: 34.500 kq
  • Güc təminatçısı: Lyukla AL-31FL- normal rejimdə 74.5 kN, forsajla isə 122.58 kN itələmə gücü ilə.
  • Daxili yanacağın çəkisi: 9.400 kq

Uçuş keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimal sürət: Mach 2.0 (2120 km/s)
  • Maksimal uçuş məsafəsi: 3000 kilometr
  • Uçuş tavanı: 17.300 metr
  • Yüksəkliyə qalxma sürəti: 230 m/s
  • Qanad yüklənməsi: 468.3 kq/m² (daxili yanacaq çəni tam dolu olduqda)
  • Çəkmə gücünün çəkiyə nisbəti: 56% yanacaqla 1.00; tam yanacaqla 0.86.

Hadisə və qəzalar

[redaktə | mənbəni redaktə et]
  • 12 iyun 1999: Paris aviaşousu, Fransa. Rusiyaya məxsus Su-30MK qəzaya uğrayır, hər iki pilot katapult edərək sağ qalır.
  • 30 aprel 2009: Hindistan HHQ-nə aid Su-30MKI Caysalmer şəhəri yaxınlığında qəzaya uğrayır, pilot həlak olur.
  • 30 noyabr 2009: Hindistan HHQ-nə aid Su-30MKI Caysalmer şəhəri yaxınlığında qəzaya uğrayır, pilotlar sağ qalır.
  • 13 dekabr 2011: Hindistan HHQ-nə aid Su-30MKI Pune yaxınlığında qəzaya uğrayır. Hər iki pilot katapult edərək sağ qalır.
  • 14 oktyabr 2014: Hindistan HHQ-nə aid Su-30MKI yerli vaxtla saat 05:30 radələrində Pune yaxınlığında qəzaya uğrayır. Hər iki pilot sağ qalır.
  • 19 may 2015: Hindistan HHQ-nə məxsus Su-30MKI Tezpur hərbi hava bazasından 36 km aralıda qəzaya uğrayır. Hər iki pilot sağ qalır.
  • 17 sentyabr 2015: Venezuela HHQ-nə məxsus Su-30MK2 ölkənin cənubunda yerləşən Elorza şəhəri yaxınlığında qəzaya uğrayır. Hər iki pilot həlak olur.
  • 14 iyun 2016: Vyetnam HHQ-nə məxsus Su-30MK2 Hon Mat adası yaxınlığında qəzaya uğrayır. Bir pilot həlak olur. İtkin düşmüş digər pilotun axtarışları zamanı hadisə yerinə cəlb edilmiş C-212 "Aviocar" tipli təyyarə doqquz nəfər ekipaj üzvü ilə birlikdə Bax Lonq Vi adası yaxınlığında qəzaya uğrayır.
  • 23 may 2017: Hindistan HHQ-nə məxsus Tezpur hərbi hava bazasından qalxan Su-30MKI gündəlik təlimlər zamanı yerli vaxtla saat 10:30 radələrində Çin sərhədi yaxınlığında, bazadan 60 km məsafədə radardan itmişdir.
  • 23 oktyabr 2022: Rusiyanın Novo-Lenino rayonunda Su-30 qırıcısı yaşayış binası üzərinə düşüb. Hər iki pilot dünyasını dəyişib[19]
  1. "Arxivlənmiş surət". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  2. "Arxivlənmiş surət". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  3. Jennings, Gareth. "Russia and Belarus agree Su-30 deal". Jane's Defence Weekly. Surrey, UK: Jane's Information Group. 53 (14). 10 fevral 2016. ISSN 0265-3818.
  4. "Russia to sign contract this year to sell Su-30SM fighter jets to Iran". Reuters. 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  5. "IHS Jane's 360: Algerian Su-30MK order stokes Russian industry rivalry". Jane's. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  6. "TASS: Military & Defense - Russia, Algeria sign contract for 14 Su-30MKA aircraft". TASS. 2015-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  7. Binnie, Jeremy. "Angola receives first Su-30K fighters". IHS Jane's 360. 20 sentyabr 2017. 22 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  8. "Sukhoi Su-30 story in colours. Sukhoi Su-30 fighter worldwide camouflage and painting schemes". mars.slupsk.pl. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  9. "Arxivlənmiş surət". 2017-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-28.
  10. Sultanova, P. "Ermənistan Rusiyadan 4 Su-30SM döyüş təyyarəsi alacaq". 1News.az. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
  11. "IAF Plans to Upgrade Su-30MKI Fighters With Advanced Radar, Missiles". india.com. 24 oktyabr 2017. 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  12. ""Indonesia's Air Force Adds More Flankers"". 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-28.
  13. "Qazaxıstan Rusiyadan Su-30SM döyüş təyyarəsinin növbəti partiyasını alıb". Azeri Defence. 28 dekabr 2017. 2017-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  14. Reed Business Information Limited. "AirSpace". flightglobal.com. 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  15. "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-28.
  16. "Uganda receives final Su-30s from Russia". DefenceWeb. 7 iyun 2012. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
  17. The Military Balance 2017, p.475
  18. "Russia to Deliver 12 Su-30 Fighter Jets to Vietnam – Source". 2013-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-28.
  19. "Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşdü". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.