Elçin Həşimov
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Elçin Həşimov | |
---|---|
Elçin Ləzgi oğlu Həşimov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | Muğam |
Musiqi aləti | Tar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020).
Həyat və Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir.
1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda "Silkway" festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir. Səmərqənd beynəlxalq "Şorq Taronoleri" Musiqi Festivalında ikinci yeri qazanmışdır.
2005-ci ildə ilk dəfə keçirilən Televiziya Muğam Müsabiqəsində gənc xanəndələrin aşkar olunmasında xüsusi əmək göstərmişdir.
Xalq Artisti xanəndə Mənsum İbrahimov və kamança ifaçısı əməkdar artist Elnur Əhmədov ilə yaratdıqları Qarabağ muğam qrupu ilə Azərbaycan milli musiqisini dünyanın bir çox ölkələrində tərənnüm etmişdirlər: ABŞ, Türkiyə, İngiltərə, Rusiya, Ukrayna, Belçika, Latviya, Belarusiya, İran, Vyetnam, Misir, Lyuksemburq, Norveç, Çin, Özbəkistan, İtaliya, Braziliya, Efiopiya, Küveyt, İspaniya, Hollandiya, Almaniya, Gürcüstan, Macarıstan, Danimarka, Fransa, İsveçrə və s.
2012-ci ildə Danimarkanın Kopenhagen şəhərində Womex musiqi Festivalında iştirak etmişdilər.
“Qarabağ” Triosu, bir neçə dövrdə milli musiqi və şərq melodiyalarından ibarət üç kompakt disk və xaricdəki konsert proqramları da daxil olmaqla üç DVD disk təqdim etmişdir.
Bununla yanaşı, dünya səviyyəsində möhtəşəm layihələri var. Bunlardan biri professor Siyavuş Kəriminin Cənubi Amerikadan olan musiqiçilərlə birlikdə “Salam Hola” adlı bir layihəsidir.
Digər layihə simfonik muğamdır. İzmirdə, Londonda, Minskdə, Kiyevdə simfonik orkestrlə birlikdə bu üçlüyün ifasında muğam dinlənildi. Drijor Xalq Artisti Professor Yalçın Adıgözəlov ilə birlikdə ifa etmişdilər.
2009-cu ildə Bakıda müğənni Təyyar Bayramovla birlikdə Gran-Pri mükafatını qazanan beynəlxalq bir muğam ifaçısının müsabiqəsi keçirildi.
Heydər Əliyev Fondunun Mükafatçısıdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc xanəndələrin disk toplumunun Dəstgahlar və Ritmik muğamlar formasında hazırlanmasında iştirak etmişdir.
7 əsas muğamı solo variantında ifa etmişdir və qızıl fonda daxil edilmişdir.
2007-ci il 15 may Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının xalq artisti Fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Güllələnmiş heykəllər (film, 2002)
- Məhəllə 2 Moskvada (film, 2004)
- Məşədi İbad 94 (film, 2005)
- Biz qayıdacağıq (film, 2007)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikasının əməkdar artistlərinin siyahısı
- Azərbaycan Respublikasının xalq artistlərinin siyahısı