Den Braun
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Den Braun | |
---|---|
ing. Dan Brown | |
Doğum tarixi | 22 iyun 1964[1][2][…] (60 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, müəllim, jurnalist, musiqiçi, nasir, tədqiqatçı |
Fəaliyyət illəri | 1998-ci ildən |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | triller, detektiv, fantastika |
Tanınmış əsərləri | |
danbrown.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[1][2][…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc kimi bestsellerlərin müəllifidir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib.
Den Braun Fillips-Ekseter akademiyasının nəzdində olan orta məktəbi bitirdikdən sonra, elə həmin akademiyadan da məzun olur. Akademiyanın diplomunu aldıqdan sonra təhsilini Massaçusetsin Amxerst kollecində davam etdirən Den, sonuncu kursunu İspaniyanın Seviliya Universitetində oxuyur və 1986-cı ildə linqvistika üzrə bakalavr dərəcəsi alır.
Təhsilindən sonrakı ilk illərdə musiqi karyerası quran Den Braun ifa etdiyi mahnıların söz və musiqisini ozü yazırdı.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Amherst Kolleci və Fillips-Ekseter Akademiyasının məzunu olduqdan sonra bir müddət elə bu təhsil mərkəzlərində ingilis dili müəllimi kimi çalışıb. Şifrə açma və gizli hökumət orqanlarına olan marağı 1996-cı ildə ilk romanı Rəqəmsal Qalanın (Digital Fortress) meydana gəlməsinə səbəb oldu. Romanın yayımlanmasından dərhal sonra Den Braun bir anda elektron kitab reytinqlərində birinci yerə qalxdı.
Yazıçının ikinci romanı olan "Xəyanət nöqtəsi" (Deception Point) də siyasət, əxlaq, təhlükəsizlik və gizli texnoloji mövzularını əhatə edir.
Mükafatlar almış riyaziyyat üzrə professor ilə ilahiyyat musiqiçisinin oğlu Den Braun elm və din kimi bəzən bir-birinə qarşı duran fəlsəfələrin hakim olduğu bir mühitdə böyüyüb. Bu, bir-birini tamamlayan fikirlərdən aldığı təsirlə məşhur romanı "Mələklər və İblislər"i (Angels & Demons) yazıb. Bu əsər bir İsveçrə fizika laboratoriyası ilə Vatikan arasında baş verən, elm ve din mövzularının hakim olduğu romandır.
Den Braun babasının mason olduğunu bir çox proqramda açıqlamışdır. Evlərində qəribə önlüklər və ağ əlcəklər tapdığını söyləmişdir. "İtirilmiş simvol" (The Lost Symbol) adlı romanını da buna görə yazdığı ehtimal olunur. Kitabın mövzusu da masonluqdur. Bundan əlavə, 2003-cü ildə bitirdiyi və bütün dünyada satış rekordları qıran Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) kitabının da müəllifidir. Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) və Mələklər və iblislər (ing. Angels & Demons) kitablarının filmi də çəkilmişdir.
Sənət tarixçisi və rəssam olan həyat yoldaşı da araşdırmalarına kömək edir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Rəqəmsal qala (ing. Digital Fortress) (1998)
- Mələklər və iblislər (ing. Angels & Demons) (2000)
- Yalan nöqtəsi (ing. Deception Point) (2001)
- Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) (2003)
- İtirilmiş simvol (ing. The Lost Symbol) (2009)
- Cəhənnəm (ing. İnferno) (2013)
- Başlanğıc (ing. Origin (2017)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Dan Brown // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Dan Brown // Encyclopædia Britannica (ing.).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |