Bunu özün et

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir.

Artur Rotşteyn tərəfindən Texasda çəkilən şəkil. Balaca oğlan uçaq modelini hazırlayır.

"Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı.

Fugazi qrupunun konsert biletləri (2001)

Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.

Hazırdakı durumu

[redaktə | mənbəni redaktə et]
ABŞ-də keçirilər "meykerlər" (edənlər) festivalında əldəqayırma nəqliyyat vasitəsi. (2016)

Son zamanlarda "DIY" termininin anlamı bir çox müxtəlif sahələrdə bacarıqlara istinad etmək üçün genişləndi. "DIY", beynəlxalq alternativ rok, pankindi-rok musiqisi; Bağsız media şəbəkələri, pirat radio stansiyaları və fanzin icmaları ilə əlaqələndirilir. Bu kontekstdə, "DIY" incəsənət və sənətkarlıq mənasını verən "Arts and Crafts" hərəkatı daxilində yer alır və bu anlayış çərçivəsində ehtiyacları qarşılamaq üçün başqalarının ehtiyac duyduğu çağdaş istehlak mədəniyyətinə alternativi təmsil edir.

"Bunu özün et" ilə edilən və yarandılan materiallar fərdin və ya icmaların mədəniyyətindən asılı olaraq tamamilə dəyişə bilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]