Ahimsa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ahimsa (sanskr. अहिंसा, pali avihiṃsā) — qədim hind davranış və fəaliyyət prinsipi olub, burada ilk tələb zərər verməmək, zorakılıq etməməkdir. Hinduizm, buddizmcaynizmdə[1][2][3] əsas fəzilətdir.

Bu söz sanskritcə hiṃs kökündən gəlir - “döymək”; hiṃsa - “zərər vermək”, “məhv etmək”. A prefiksi onun inkarıdır, yəni “zərər verməmək” [4] .

Ahimsa, onu yaradan insanlara qarşı deyil, pisliyin özünə (nifrət, əzab) qarşı yönəlmiş, dünyada pisliyin, şərin azalmasına səbəb olan davranış kimi müəyyən edilir. Ahimsa əməl, sözdüşüncə ilə bütün canlılara (insanlara, heyvanlara; caynizmdə bitkilərə də qulluq etmək) zərər verməkdən (öldürməkdən, zorakılıqdan) imtina etməkdən ibarətdir

Ahimsa prinsipi e.ə. I minilliyin ortalarından başlayaraq hind dini fikrində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yeni istiqamətlərin nümayəndələri: Ajivika, sonra caynizm və buddizm, heyvanların kəsilməsi ilə ritual qurbanların vedik praktikasına qarşı çıxmışdırlar. Eramızdan əvvəl III əsrə qədər ahimsa anlayışı hind mədəniyyətində o qədər mərkəzi yer tutur ki, kral Aşoka bütün inancları birləşdirmək cəhdində qayaüstü fərmanlarının ilk ikisini ona həsr etmişdir.

  1. Encyclopedia of violence, peace, & conflict (2nd ed). Amsterdam: Elsevier. Stephen H. Phillips. 2008. 1347–1356, 701–849, 1867. ISBN 978-1-84972-393-0.
  2. Dundas, Paul. The Jains (2nd ed). London: Routledge. 2002. 153–154. ISBN 0-203-39827-0.
  3. Bajpai, Shiva G. The history of Hindu India: from ancient to modern times (First edition). India. 2011. 8, 98. ISBN 978-1-934145-38-8.
  4. Махатма Ганди. Моя жизнь. М.: Азбука-Аттикус. 2015. ISBN 978-5-389-09739-1.