43°53′ şm. e. 43°16′ ş. u.HGYO

Zolski rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zolski rayonu
Bayraq Gerb
Bayraq Gerb

43°53′ şm. e. 43°16′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Zalukokoaje[2]
Tarixi və coğrafiyası
Yaradılıb 1937
Sahəsi
  • 2.124 km²
Hündürlük
5.642 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 50.875 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86637
Rəsmi sayt
Zolski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zolski rayonu (kab.-çərk. Дзэлыкъуэ куей, qaraç.-balk. Зольск район[4])) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zalukokoaje qəsəbəsidir.

Zolski rayonu Kabarda-Balkariya Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Baksan rayonu, cənub-şərqdə Elbrus rayonu, həmçinin qərbdə Qaraçay-Çərkəz Respublikası və şimalda Stavropol diyarı. Rayonun sahəsi 2124,50 km²-dir.

Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.

Rayonun hidroqrafik şəbəkəsi iki böyük çayın - Malka və Zolka hövzələrinə aiddir. Təbii su tutarlarından ən böyüyü TambukanŞadxureydir.

Kabarda-Balkariya Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 23 fevral 1924-cü il tarixli qərarı ilə Naqornı dairəsi təşkil edilir[5]. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Naqornı dairəsi rayonu Naqornı rayonuna çevrildi. 1932-ci ilə qədər rayonun inzibati mərkəzi onun tərkibində olmayan Pyatiqorsk şəhəri idi.

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli qərarı ilə Naqornı rayonu bölünür və Zalukokoaje, Zolski, Malkinski, Brunental, Svetlovodsk, Psinadaxski, Batexski, Kamlyuki, Şardakovski və Zalukodesk kəndlərinin daxil olduğu Malkinski rayonu təşkil edilir[6][7].

Kabardin Muxtar Sovet Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin 23 dekabr 1938-ci il tarixli qərarı ilə (2 mart 1939-cu ildə təsdiqlənmişdir) Malkinski rayonunun adı Zolski (mərkəzi Zolskoye kəndində) olaraq dəyişdirilmişdir.

Kabardin Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 18 sentyabr 1956-cı il tarixli və RSFSR Ali Soveti Rəyasət Heyətinin 2 noyabr 1956-cı il tarixli qərarları ilə Naqornı rayonu ləğv edildi və ərazisi Zolski rayonuna verildi.

Kabarda-Balkariya MSSR Ali Şurası Rəyasət Heyətinin 20 dekabr 1962-ci il tarixli qərarı ilə Zolski rayonu eyni sərhədlər daxilində Zolski kənd rayonuna çevrildi. Kabarda-Balkariya MSSR Ali Şurası Rəyasət Heyətinin 12 yanvar 1965-ci il tarixli fərmanı ilə isə ona yenisən rayon statusu qaytarılmışdır.

2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə şəhər və kənd yaşayış məntəqələri statusuna malik 16 bələdiyyə quruldu.

Urbanizasiya

Şəhər şəraitində (Zalukokoaje q.) rayon əhalisinin 20.24 % yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[8]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 44 588 91,11 %
balkarlar 2 934 6,00 %
ruslar 939 1,92 %
digərləri 462 0,94 %
milliyyətini bildirməyənlər 16 0,03 %
ümumi 48 939 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[9]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 5 449 5 283 10 732 21,93 %
15 — 59 yaş 15 832 16 610 32 442 66,29 %
от 60 yaş 2 155 3 610 5 765 11,78 %
Ümumi 23 436 25 503 48 939 100,0 %

Kişilər — 23 436 nəf. (47,9 %). qadınlar — 25 503 nəf. (52,1 %)[10].

Əhalinin orta yaşı — 33,0 yaş. Kişilərin orta yaşı — 31,6 yaş. Qadınların orta yaşı — 34,2 yaş.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. OKTMO (rus.).
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. Официальный сайт Зольского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
  5. "История образования Зольского района &124; Зольский район". www.zolka.ru. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  6. "Об образовании новых районов в Кабардино-Балкарской АССР". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  7. Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
  8. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  9. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  10. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.