YouTube

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
YouTube
Loqonun şəkli
URL www.youtube.com
Kommersiya Bəli
Tipi Video paylaşma saytı
Dilləri çoxdilli[d][1]
Proqramlaşdırma dili Python, Go
Serverin yeri
Sahibi Google
Müəllif (lər) Çad Harli, Caved Kərim
Açılma tarixi 14 fevral 2005
Alexa reytinqi
  • 2 (13 dekabr 2020)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir.

15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır.

"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır.

Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir.

YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır.

YouTube video formatı olaraq Flash Video Formatı (*. flv) istifadə edir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izlənəbilir və ya kompüterә *. flv formatında fayl olaraq endirilə bilər. Video klipləri izləmək üçün Adobe Flash plug-ini kompüterdə qurulu olmalıdır. Saytda qoyulan video kliplər YouTube tərəfindən avtomatik olaraq 320x240 pixele keçirilir və Flash Video Format'a (. Flv) çevrilməkdədir. mart 2008-ci ildə yüksək keyfiyyət olaraq 480x360 pixels variantı əlavə olunmuşdur.

AVI, MPEG və ya Quicktime vs. video formatına sahib videolar istifadəçi tərəfindən YouTube-a ən çox 1 GB tutumunda yüklənəbilir.

YouTube platformasında istifadəçilər video kliplərә baxa bilməkdə ayrıca istənildiyində öz video klipini YouTube-a yükləyə bilirlər.

Bu platformada iştirak edən istifadəçinin inkişaf etdirdiyi fayllar, fərdi həvəskar kliplәr, video kliplәr film, TV proqramları parçacıqları və musiqi videoları'ndan ibarətdir. İstifadəçilər tərəfindən YouTube-a gündəlik təxminən 65.000 ədəd yeni klip yerləşdirməkdə və 100 milyona yaxın video klip izlənilməkdədir.

İstifadə şərtlərinə uyğun gəlməyən video klipler istifadəçilərin bildirişləri ilə YouTube səlahiyyətliləri tərəfindən araşdırılaraq silinir.

YouTube üzvləri izlədikləri video klipləri dəyərləndirib bal verəbilərlər ayrıca izlədikləri video klip haqqında şərhlər də yazabilərlər.

Kanal növləri

[redaktə | mənbəni redaktə et]

YouTube üzvlərinin kanallarını daha uyğun hala gətirə bilməsi üçün "kanal növləri" vardır.

  • YouTuber (YouTube-çu): Standart YouTube hesabıdır.
  • Director (Rejissor): Təcrübəli film prodüserləri üçün nizamlanmışdır.
  • Musician (Musiqiçi): Musiqi əsərləri olanlar üçündür.
  • Comedian (Komediyaçı): Mizahi video prodüserləri üçündür.
  • Guru (Mütəxəssis): Maraq sahəsinə bağlı video çəkənlər üçündür.
  • Reporter (Bildirişci):

Bunların xaricində saytdan pul qazana bilmək üçün Partner proqramı mövcuddur. 2007-ci ilin mayında YouTube, tanınmış üzvlərini YouTube işbirliyinə dəvət etmiş, sonradan üzvlərin istifadəsinə açmışdır. Bu proqrama üzv olanların videoların öz əsəri olması və minlərlə dəfə izlənilməsi lazımdır. Proqram ABŞ, Kanada, İngiltərə, Avstraliya, Almaniya, NiderlandBraziliyada yaşayan üzvlərə açıqdır. Gələcəkdə başqa ölkələrə imkan verilməsi düşünülməkdədir.

İstifadə şərtləri

[redaktə | mənbəni redaktə et]

YouTube-un istifadə şərtləri gərəyi istifadəçilər müəlliflik haqqı icazəsi alınmış videolar yükləyə bilərlər. Pornografiya, şiddət, şantaj, reklam və cinayət sayılan fayllar YouTube-a yüklənə bilməz.Patent haqqını əldə edən şirkətlər əlavə olunan videoları sildirmə haqqına sahibdirlər. Bu hüquq film və musiqi videolarında tez-tez həyata keçirilir.

Youtube hörmətsizliyin yer aldığı bəzi materialların yığışdırılmadığına görə dəfələrlə bir çox ölkələrin hökuməti (İran, Pakistan, Tayvan, Türkiyə) tərəfindən qapadılıb.[3] Youtube-da yerləşdirilmiş və Atatürkü təhqir edən videonun Türkiyənin müraciətlərinə baxmayaraq yığışdırmaması bu ölkədə veb-səhifəyə girişin bağlanması ilə nəticələndi. Bu məsələ GoogleMərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində (20–22 sentyabr, Budapeşt, Macarıstan) geniş müzakirə olunub.[4]

İctimaiyyətə təsiri

[redaktə | mənbəni redaktə et]

YouTube bir çox istifadəçisinin internetdə məşhurluq qazanmasına səbəb olmuşdur. YouTube-un ən çox izlənilən istifadəçisi Pewdiepie-dir. Bir başqa YouTube istifadəçisi Massaçusettsli köhnə resepsiyonist Bruk Brodak, NBC ilə 18 aylıq müqavilə imzalamışdır. YouTube-un ən çox izlənilən istifadəçisi lonelygirl15-in də əslində Yeni Zelandiyada yaşayan aktrisa Cessika Li Rouz olduğu və videolarını bir neçə film rejissoru ilə çəkdiyi açıqlanmışdır. Kris Kroker 11 sentyabr 2007-ci ildə Britney Spears ilə əlaqədar nümayiş etdirdiyi videosu ilə qısa müddətdə özünə diqqət çəkmişdir.

YouTube-dakı videoların sayəsində internetdə tanınmış olan şəxslər də vardır. Bu kəslərə "YouTube məşhurları" deyilir. Onların bəziləri bunlardır:

Bruk Brodak 2006-cı ilin iyununda Carson Dalya prodüseri olduğu proqramlar ilə 18 aylıq müqavilə imzalayaraq YouTube-dan mediyaya keçən ilk istifadəçidir. 31 yanvar 2007-ci ildə Lisa Donovanın (LisaNova) Foxun komediya proqramı MADtv-nin 12-ci mövsüm bölümlərinə qatıldığı açıqlanmışdır.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • YouTube demək olar ki, tamamilə Python proqramlaşdırma dilində yazılmışdır[5].
  • 14 dekabr 2011-ci il tarixində Youtube saytına ən uzun video yüklənmişdir — bu video MoldytoasterMedia adlı istifadəçi tərəfindən yüklənmişdir. Video 596 saat 31 dəqiqə 21 saniyə davam edirdi. Lakin sonradan bu video silinmişdir. Ən qısa video isə, 0,2 saniyə davam edir.
  • YouTube-da "İlan" oyunu oynamaq olar[6][7]. Əvvəl bunun üçün üstündə videoya pauza vermək və istənilən ox klavişlərinə (↓+→, ↑+← i və s.) bir neçə dəfə ardıcıl basmaq lazım idi, indi isə 1 dəfə ↑→↓ klavişlərinə basmaq kifayətdir və videoya pauza vermək məcbur deyil.
  • YouTube-un üç təsisçisi də (Steve Chen, Chad Hurley, Jawed Karim) öz layihələrinə başlayarkən Paypal-da işləyirdilər.
  • YouTube domeni 15 fevral 2005-ci ildə işlənib hazırlanmışdır.
  • YouTube-da qeydiyyatdan keçmiş istifadəçilərin 70%-i ABŞ-dəndır. Yaşı 20-dən aşağı olan istifadəçilər bütün istifadəçilərin 50%-i təşkil edir.
  • Əgər YouTube Hollywood kino şirkəti olsa idi, onda onun hər həftə 60000 yeni film buraxmaq üçün kifayət qədər materialı olardı.
  • Təkcə son 2 ay ərzində YouTube-a yüklənmiş videoları hazırlamaq üçün NBC, ABC, CBS tele-şirkətləri 1948-ci ildən etibarən istirahət günləri olmadan gecə-gündüz işləməli idi.
  • Youtube-dakı bütün videolara baxmaq üçün 1000 ildən çox vaxt lazımdır (lakin o vaxta qədər Youtube-a yüklənmiş videoların sayı milyard qədər artacaq).
  • Video yüklənilməsi üçün ən məşhur kateqoriya "Musiqi" bölməsidir, bu kateqoriyada YouTube-dakı bütün videoların 20%-i yerləşir.
  • YouTube-a ən çox video ABŞ-dən yüklənir, onun arxasınca Böyük Britaniya gəlir. Eləcə də ABŞ istifadəçiləri ən çox video izləyənlərdir, baxışların sayına görə ikinci yerdə isə Yaponiya gəlir.
  • YouTube-a yerləşdirilmiş ilk video onun təsisçilərindən biri olan Caved Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənilmiş "Mən zooparkdayam" videosudur.
  • YouTube-da videolara gündəlik baxış sayı 2 milyarddan çoxdur.
  • Google YouTube-u 2006-cı ildə 1,65 mlrd dollara satın almışdır.
  • 13 mart 2007-ci ildə "Viacom" şirkəti YouTube servisini müəllif hüquqlarının kütləvi şəkildə pozulmasında ittiham edərək Google-u məhkəməyə verdi. O, Google-dan servis istifadəçilərinin şəxsi məlumatlarını verməyi tələb edirdi. Nyu-york ştatının Cənub mahalının Federal məhkəməsi iddiaçının tələbini təmin etdi, bu da ABŞ federal qanununa zidd idi.
  • Videoları YouTube-da məşhur olan bir çox istifadəçilər nəticədə internetdən kənarda da ulduz ola biliblər. Məsələn, anası tərəfindən YouTube-a yerləşdirilən videolar sayəsində Kanadadan olan super-ulduz Castin Biber məşhur səsyazma studiyası ilə uzunmüddətli müqavilə bağlaya bilmişdir.
  • YouTube-da "Pasxa yumurtası": əgər video yükləyərkən klavişi yuxarı, aşağı, sola və sağa bassanız onda "İlan" oyunu işə düşəcək.
  • 2010-cu il noyabr ayının statistikasına görə bir dəqiqə ərzində YouTube-a 35, gün ərzində isə 50400 saatlıq video yüklənir.
  • Silinən videolara Deleted YouTube Video Viewer kimi bir sıra proqramlarının köməyi ilə baxmaq mümkündür.
  • 2009-cu ilin martında Tibet rahiblərinin və Tibetin digər əhalisinin Çin əsgərləri tərəfindən döyülməsini göstərən videonun YouTube-da yerləşdirilməsindən sonra Çin hakimiyyəti tərəfindən sayta giriş qadağan edildi.
  • YouTube-un qurulmasına səbəb məşhur şirkətin satılması olub. Belə ki, PayPal ödəmə sisteminin eBay-ə satılmasından sonra orada işləyən Stiv Çen, Çad Hörli və Ceyvd Kərim şirkətdən əldə etdikləri pulla "Youtube" saytını qurublar.
  • YouTube.com saytı fəaliyyətə başlayanda bir qarışıqlıq yaranmışdı. Belə ki, həmin vaxt fəaliyyət göstərən emal firması olan "Universal Tube and Rollform Equipment"ın saytı utube.com kimi fəaliyyət göstərirdi. Hər iki saytın "yutub" oxunması və yazılışlarının da çox oxşar olması emal firmasının rəhbəriliyini narahat edir. Onlar Youtube haqqında məhkəməyə şikayət edirlər. Məhkəmə isə bu şikayəti təmin etmir. Belə olan halda emal firması "utube.com" saytını "utubeonline.com" olaraq dəyişdirir.
  • 2011-ci ildə YouTube saytından 490 milyon nəfər istifadə edib. Bu zaman, ümumilikdə, 92 milyard səhifəyə baxılıb. YouTube-da ayda 2.9 mlrd saat vaxt keçiririk.

Dünyada YouTube

[redaktə | mənbəni redaktə et]
Ölkə/Bölgə URL Dillər Çıxış tarixi
Avstraliya Avstraliya https://au.youtube.com ingiliscə 22 oktyabr 2007
Azərbaycan Azərbaycan https://youtube.com.az azərbaycanca 16 aprel 2015
Braziliya Braziliya https://br.youtube.com portuqalca 19 iyun 2007
Kanada Kanada https://ca.youtube.com ingiliscə 6 noyabr 2007
Çexiya Çexiya https://cz.youtube.com çexcə 9 oktyabr 2008
Fransa Fransa https://fr.youtube.com fransızca 19 iyun 2007
Almaniya Almaniya https://de.youtube.com almanca 8 noyabr 2007
Honkonq Honkonq https://hk.youtube.com ənənəvi çincə 17 oktyabr 2007
Hindistan Hindistan https://in.youtube.com/ ingiliscə 7 may 2008
İrlandiya İrlandiya https://ie.youtube.com/ ingiliscə 19 iyun 2007
İsrail İsrail https://il.youtube.com ingiliscə 16 sentyabr 2008
İtaliya İtaliya https://it.youtube.com/ italyanca 19 iyun 2007
Yaponiya Yaponiya https://jp.youtube.com/ yaponca 19 iyun 2007
Cənubi Koreya Cənubi Koreya https://kr.youtube.com/ koreyaca 23 yanvar 2008
Meksika Meksika https://mx.youtube.com/ ispanca 10 oktyabr 2007
Niderland Niderland https://nl.youtube.com/ niderlandca 19 iyun 2007
Yeni Zelandiya Yeni Zelandiya https://nz.youtube.com/ ingiliscə 22 oktyabr 2007
Polşa Polşa https://pl.youtube.com/ polyakca 19 iyun 2007
Rusiya Rusiya https://ru.youtube.com/ rusca 13 noyabr 2007
İspaniya İspaniya https://es.youtube.com/ ispanca 19 iyun 2007
İsveç İsveç https://se.youtube.com/ isveçcə 22 oktyabr 2008
Çin Respublikası Çin Respublikası https://tw.youtube.com/ çincə 18 oktyabr 2007
Türkiyə Türkiyə https://youtube.com.tr Türkcə 1 oktyabr 2011
  1. Crunchbase (ing.). 2007.
  2. https://www.alexa.com/siteinfo/youtube.com.
  3. "Pakistan YouTube portalını qapatdı". 2010-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-10.
  4. "Rəşad Mehbaliyev, "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  5. "MSI being downloaded 10x morethan all other files?!". 2011-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-13.
  6. Habrahabr: YouTube-da pasxa yumurtası tapdılar Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine (rus.)
  7. YouTube-un yeni pleyerində Pasxa yumurtası Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]