Yaqub Eyyubov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaqub Eyyubov
Vəzifədədir
13 fevral 2003-cü ildən
(i. e. 14–16 fevral 2024)
Baş nazirArtur Rasizadə (2003)
İlham Əliyev (2003)
Artur Rasizadə (2003–2018)
Novruz Məmmədov (2018–2019)
Əli Əsədov (2019-cu ildən)
10 iyul 1999 – 13 fevral 2003
Baş nazirArtur Rasizadə
bayraq
Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri
bayraq2
15 mart 1997 – 10 iyul 1999
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1945(1945-10-24) (79 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf" ordeni — 2015 "Dostluq" ordeni (Rusiya) — 2015 "Şərəf" ordeni (Belarus) — 2015 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1971
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən).[1]

Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. ixtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1963–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1964–1967-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.

1975–1997-ci illərdə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 0.5 ştatla əvəzçilik yolu ilə baş müəllim, dekan müavini, baş müəllim, dosent, dekan vəzifəsini müvəqqəti icra edən, dosent, elmi işlər üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir.

1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998–1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olmuşdur.

1999–2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

23 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə "Şərəf" ordeni ilə təltif edilib.

2016-cı ildə Vladimir Putin tərəfindən Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmişdir.[2]

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [ölü keçid]
  2. "Rusiya Prezidenti Yaqub Eyyubova "Dostluq" ordeni təqdim edib". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]