Voskopoya
Voskopoya | |
---|---|
40°38′ şm. e. 20°35′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.160 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +355 082 |
Poçt indeksi | 7029 |
Nəqliyyat kodu | KO |
Digər | |
web.archive.org/web/2013… | |
Vikianbarda əlaqəli mediafayllar |
Voskopoya (alb. Voskopojë, arom. Moscopole, yun. Μοσχόπολις/Βοσκόπολις, it. Moscopoli)— Albaniyada qədim şəhər, hazırda isə bir kəndi. Qədim zamanlardan arumınların mədəni və ticarət mərkəzi olub[1]. Hazırda Korca rayonunun bir hissəsidir. Onun çiçəklənmə dövründə, 18-ci əsrin ortalarında Balkanlarda ilk dəfə Voskopoyada kitablar çap olunmağa başlanır[2]. Voskopoya sonralar yunan mədəniyyətinin mühüm mərkəzinə çevrilir.
Şəhər 1769 və 1788-ci illərdə sakinlərin yunan üsyançılarını dəstəklədiyindən şübhələnən Osmanlı hakimiyyətinin razılığı ilə alban dəstələri tərəfindən dağıdılır[3].
Tarix
[redaktə | mənbəni redaktə et]Şəhər Albaniyanın cənubunda kifayət qədər təcrid olunmuş ərazidə yerləşməsinə baxmayaraq, arımun xalqı üçün ən vacib mərkəzə çevrilir. 1760-cı illərdəki çiçəklənmə dövründə onun əhalisi 60.000 nəfəri keçir. Voskopoya əhali və sərvət baxımından Balkanlarda İstanbuldan sonra ikinci şəhər idi.
O zamankı şəhərin əhalisinin əksəriyyəti arımunlar (Vlaxlar) idi ki, bu da 1935-ci ildə edilən soyadların təhlili ilə təsdiqlənir. Burada yunan tacirləri də çox idi. 1774-cü ildə Voskopoya səfər edən və arımunların tarixini yazan alman tarixçisi İohann Tumanna görə, şəhərdə hər kəs arımun dilində danışırdı. Bəziləri yunan dilində də danışırdılar, bu dildən iş müqavilələrinin tərtibində istifadə olunurdu.
18-ci əsrin sonlarında şəhər Almaniya, Venesiya və İstanbul ilə ticarət sayəsində çiçəklənir, şəhərdə çoxlu fabriklər, 70-ə yaxın kilsə, banklar, mətbəə (Osmanlı İmperiyasının Avropa hissəsində ikinci mətbəə İstanbulda ağ mətbəə) və hətta bir universiteti də (1744-cü ildə qurulan Yunan Akademiyası) var idi. Voskopoyada mədəni həyat tam sürətlə gedirdi: bir çox yazıçılar əsərlərini həm yunan (Balkanlarda sənət dili), həm də yunan əlifbasından istifadə edən arımun dilində nəşr edirdilər. 1770-ci ildə burada dörd Balkan dilinin - yunan, alban, arımun və bolqar dillərinin ilk lüğəti çap olunur.
1769-cu ildə Osmanlı qoşunlarının hücumu, 1788-ci ildə Əli Paşanın qoşunları tərəfindən şəhərin dağıdılmasına səbəb olan silsilə hücumların ilki idi. Sağ qalanlar qaçmağa məcbur olurlar. Onların əksəriyyəti Fessaliya və Makedoniyaya mühacirət etmişlər. Biznes elitasının bəzi üzvləri Avstriya-Macarıstana, xüsusən də hər iki paytaxta - Vyana və Budapeştə, həmçinin Transilvaniyaya köçürlər və burada sonradan Rumıniyanın milli dirçəlişində mühüm rol oynayırlar.
Voskopoya heç vaxt əvvəlki statusunu qaytara bilmir. Şəhər 1916-cı ildə Birinci Dünya müharibəsi zamanı alban talançılarının dəstələri tərəfindən yenidən dağıdılıb. Sağ qalan evlər İkinci Dünya müharibəsində partizan mübarizəsi zamanı üç dəfə dağıdılır: əvvəlcə italyan qoşunları, iki dəfə Balli Kombetarın alban əməkdaşları tərəfindən. Köhnə şəhərdə yalnız 6 pravoslav kilsəsi (onlardan biri bərbad vəziyyətdədir) və bir monastır qalıb. 2002-ci ildə onlar Dünyanın Görməli Yerləri Fondu tərəfindən təhlükə altında olan 100 yerdən biri kimi siyahıya alınmışdır.
Hal-hazırda Voskopoya Albaniyanın Korca bölgəsindəki kiçik bir dağ kəndidir. İtirilmiş Voskopoya şəhərinin xatırlanması hələ də arımun mədəniyyətinin mühüm hissəsi olaraq qalır.
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]Konstantinos Cehanis (1740-1800) yunan alimi, filosofu, riyaziyyatçısı və şairi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Förster Horst, Fassel Horst. Kulturdialog und akzeptierte Vielfalt?: Rumänien und rumänische Sprachgebiete nach 1918.. Franz Steiner Verlag, 1999. ISBN 978-3-7995-2508-4, p. 33: «Moschopolis zwar eine aromunische Stadt … deren intelektuelle Elite in starken Masse graekophil war.»
- ↑ Rousseva R. Iconographic characteristics of the churches in Moschopolis and Vithkuqi (Albania), Makedonika, 2006, v. 35, pp. 163—191. Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine In English and Greek, with photographs of icons and inscriptions.
- ↑ Hermine G. De Soto, Nora Dudwick. Fieldwork dilemmas: anthropologists in postsocialist states. Univ of Wisconsin Press, 2000. ISBN 978-0-299-16374-7, p. 45.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Robert Elsie, Eifel Olzheim. Review: Peyfuß, Max Demeter: Die Druckerei von Moschopolis, 1731—1769. Buchdruck und Heiligenverehrung im Erzbistum Achrida.