Vladimir Kramnik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vladimir Kramnik
rus. Влади́мир Бори́сович Кра́мник
Tata Steel turnirində
Tata Steel turnirində
Ölkə
Doğum tarixi (49 yaş)
Doğum yeri Tuapse, Krasnodar diyarı
SSRİ SSRİ
Titulu Qrosmeyster
Son reytinqi 2809 (dekabr 2016)
Maksimal reytinqi 2817 (sentyabr 2016)
FİDE nömrəsi 4101588
Mükafatları Dünya çempionu:2000-2006 (klassik)
kramnik.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Kramnik (rus. Влади́мир Бори́сович Кра́мник; 25 iyun 1975[2][3], Tuapse, Krasnodar diyarı) — rus şahmatçısı, qrosmeyster, 2000-ci ildən 2006-cı ilədək Klassik Dünya Çempionu, 2006-cı ildən 2007-ci ilədək Dünya Çempionu.

2000-ci ildə Londonda Harri Kasparova 16 oyunluq bir maçta qalib gəlmişdir. Bu maç FİDE üçün rəsmi dünya çempionatı sayılmasa da ümumi olaraq 2000-ci ildə Kramnik dünya çempionu hesab edilmiş, Kasparov bu maçdan bir qədər sonra 2005-ci ildə şahmatı buraxdığını açıqlamışdır.

Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır.

Avropa (1992) və Dünya (2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır.

Kramnik sonuncu Şahmat üzrə Dünya Kubokunun qalibidir (2013).

İki dəfə (2000, 2006) Şahmat Oskarına layiq görülmüşdür.

Əhəmiyyətli turnirlərdə ilk ən böyük uğuru 1992-ci ildə Manilada keçirilən 33-cü Şahmat Olimpiadasında Rusiya komandasının birinci ehtiyat oyunçusu kimi qızıl medal qazanması olmuşdur. O zaman onun seçilməsi birmənalı qarşılanmamışdı, çünki 16 yaşı vardı və qrosmeyster deyildi, lakin bu seçimi Harri Kasparov dəstəklədi. O səkkiz dəfə qalib gəldi, bir heç-heçə etdi və məğlub olmadı.

1995-ci ildə Klassik Dünya Çempionatında Vişvanatan Anandla görüşdə Kramnik Kasparovun məsləhətçisi kimi çıxış etdi. Kasparov 10½–7½. hesabla qalib gəldi.

1996-cı ilin yanvarında, Kramnik Kasparov ilə eyni əmsala (2775) sahib olaraq dünya elo siyahısına başçılıq edirdi. Kramnikin altı ay davam edən birinciliyi 1986-cı ilin yanvarından 2006-cı ilin martınadək Kasparovun dünya birincisi olmadığı ilk hadisə idi. Birinci olmaqla Kramnik Kasparovdan sonra rekordu qıraraq dünyada ən gənc oyunçu oldu. Bu rekord bir daha yalnız 2010-cu ilin yanvarında Maqnus Karlsen tərəfindən qırıldı.

2000-ci ilin oktyabrında Kramnik Londonda Kasparovu məğlub etdi (Bu tarixdə Dünya Çempionunun bir oyunda belə qalib gəlmədən matçı uduzduğu ikinci hadisə idi) və Klassik Dünya Çempionu oldu.

2004-cü ildə İsveçrənin Brisaqo şəhərində baş tutan oyunda Kramnik rəqibi Peter Leko ilə heç-heçə edərək titulunu saxladı.

2006-cı ilin oktyabr ayında Dünya Çempionatında, Kramnik, FİDE Çempionu Veselin Topalovu unification matçında məğlub etdi. Nəticədə, 1993-cü ildə Kasparovun FİDE-dən ayrılmasından sonra ilk dəfə olaraq Kramnik həm FİDE, həm də Klassik çempion adlarını qazanaraq Dünya Çempionu oldu.

2007-ci il Dünya Çempionatında o, Vişanatan Ananda məğlub oldu. 2008-ci il Dünya Çempionatında onlar yenidən qarşılaşsalar da o, məğlub oldu. Dünya Çempionu olduğu müddətdə Kramnik yalnız bir dəfə - 2008-ci ilin yanvarında Vişanatan Ananda uduzduqdan sonra nömrə bir statusunu qaytara bildi.

1996-cı ildə olduğu kimi, Kramnik Anandla eyni əmsala (2799) malik idi, lakin daha çox oyunda iştirak etdiyi üçün dünya birincisi oldu.

2013-cü ildə Kramnik Londonda Dünya Şahmat Namizədlər Turnirində oynayaraq +4−1=9 nəticəsi ilə Maqnus Karlsenlə birinci yeri bölüşdürdü, taybreyk nəticələrinə əsasən Maqnus qalib gəldi.

2013-cü il Norveçdə keçirilən Dünya Kubokunda Kramnik 2½–1½ hesabı ilə Dmitry Andreikini məğlub etdi və sonuncu Kubokun sahibidir.

  1. 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. Franett M. J. Vladimir Kramnik // Encyclopædia Britannica (ing.).
  3. Wladimir Kramnik // Brockhauz Ensiklopediyası (alm.).