Teptyarlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Teptyarlar və ya Tiptərlər (rusca teptyari / tiptyari (тептяри / типтяри)) (başqırdca tiptərźər (типтәрҙәр) və tatarca tiptərlər (типтәрләр)) — XVII əsrdə Başqırdıstanda tanınan sosial qrupun adı.

Bəzi tədqiqatçılar onları sinif (А. Z. Asfandiyarov, R. N. Raximov), bəzi tədqiqatçılar isə etno-sinif qrup hesab edir (R. Q. Kuzeyev, D. M. İsxakov).

Adlarının kökündə bir çox mütəxəssisin fikrincə ərəb və fars dillərindəki "dəftər" sözü (qeydiyyata düşən bir toplum olduqlarına görə) durur.

Teptyar alaylarının sıravisi, 1819–1825.

Teptyarların formalaşması müasir Başqırdıstan ərazisində və Tatarıstanın şərq rayonlarında baş vermişdir. Diyarın ilk təsvirini verən G. Georgi, P. Pallas, P. İ. Rıçkov və başqaları teptyarları bölgənin əhalisi içərisində qeyd edir.

Erkən dövlərdə bu qrupun mövcudluğu və onun tərkibi çoxmillətli idi, onun tərkibində demək olar ki diyarın bütün xalqlarının nümayəndələrinə rast gəlinirdi: öz dilini və mədəni xüsusiyyətlərini qoruyub saxlayan udmurtlar, marilər, mordvalar, çuvaşlar, tatarlarbaşqırdlar.

Bu sinfin tərkibində əsasən XVIII–XX əsrin əvvəllərində başqırd votçina sahibləri arasında boş torpaqlarda müəyyən şərtlər əsasında məskunlaşan şəxslər vardı.

U. X. Raxmatullin hesab edir ki, ilk teptyarlar öz icmasından sıxışdırılıb çıxarılan başqırdlar olmuşdur. Teptyarlar qrupuna daxil olmaq başqırdlar üçün ona möhkəm şəkildə bağlanmaq anlamına gəlmirdi. Əlverişli vəziyyətdə başqırd-teptyarlar yenidən öz icmalarına qayıda bilirdilər.[1] Lakin bu proses zamanla dəyişdi.

Əsasən qeydiyyatsız və şəraitsiz məskunlaşmış başqırd kəndliləri — teptyarlar üçün qoyulan müəyyən şərtlər onları torpağa bağlayır və oradan çıxıb gedə bilmirdilər. Çоxlu teptyarlar icmaya daxil olub icma üzvləri ilə bərabərhüquqlu səviyyəsinə gəlib çatdı və çox vaxt onları "yeni başqırdlar" adlandırırdılar.[2]

Rusiya imperiyasının quberniyalarının qəzaları üzrə teptyarların sayı — 1897-ci il əhali siyahıyaalınması üzrə
Qəza Teptyarların sayı
Vyatski Quberniyası
Yelabujskiy qəzası 4220
Sarapulskiy qəzası 3568
Perm Quberniyası
Perm qəzası 30
Krasnoufimsk qəzası 3649
Osinskiy qəzası 1614
Solkimaskiy qəzası 2
Samara Quberniyası
Samara qəzası 2
Buqulminskiy qəzası 43568
Buquruslanskiy qəzası 4110
Buzulukskiy qəzası 4
Orenburq Quberniyası
Orenburq qəzası 2656
Verxneuralskiy qəzası 13276
Orskiy qəzası 1
Troitskiy qəzası 836
Ufa Quberniyası
Ufa qəzası 9001
Belebeyskiy qəzası 6894
Birskiy qəzası 440
Zlatoustovskiy qəzası 4945
Menzelinskiy qəzası 14875
Sterlitamakskiy qəzası 3800

Siyahıyaalınmalara görə teptyarların sayı:

Hal-hazırda teptyarların əksəriyyəti tatar xalqının tərkibindədir.[4][5] Teptyarların bir hissəsi isə başqırdların tərkibinə daxil olub.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Рахматуллин У.Х. Население Башкирии в XVII–XVIII вв. Вопросы формирования небашкирского населения. М.,1988.
  2. Əhmədov Rüstəm Vəli oğlu. Türk xalqlarının tarixi (XIII–XX əsrin əvvəlləri). Sumqayıt, 2013, s. 157–158
  3. "Перечень национальностей для разработки материалов Всесоюзной переписи населения 1959 года". 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  4. Исхаков Д.М. Тептяри. Опыт этностатистического изучения // Татарская нация: история и современное развитие : сборник. — Казань: 2002 [ölü keçid]
  5. Якупов Р.И. Тептяри. Этносоциальный феномен и научная проблема.. — Уфа: Гилем, 1998.