Suda-quruda yaşayanlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Suda-quruda yaşayanlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Suda-quruda yaşayanlar (lat. Amphibia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Bura tritonlar, salamandralar, qurbağalarayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700[3] (bəzi hesablamalara görə 4500[4]) Bu sinfin nümayəndələri sürfə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır.

Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir. Sürfələr suda yaşayır və qəlsəmə ilə tənəffüs edir. Sürfənin yetkin qurbağaya çevrilməsi metamorfozla adlanır. Hava mühitinə keçməkİə əlaqədar olaraq qəlsəmələri əvəz edən ağciyərlər, üzgəcləri əvəz edən beşbarmaqlı ətraflar əmələ gəlmişdir. Yetkin qurbağada ürək üç kameralıdır. Bədənə arterial qanla venoz qanın qarışığı gedir.

Böyümüş formaların iki cüt beşbarmaqlı ətrafı olur (dördayaqlılarda). Bədən adətən hamar dəri ilə örtülür, bəzi nümayəndələrində (Steqosefalar və ayağı olmayanlar) dəri sümükləşməsi müşahidə edilir. Skelet dörd nahiyədən (boyun, bədən, sağrı və quyruq) ibarətdir. Amfibilər əksəriyyəti kürü ilə çoxalır. Amfibilər təsnifatı kəllənin quruluşunun xüsusiyyələrinə və onurğanın formalaşma prosesinin müxtəlifliyinə və sümükləşmə dərəcəsinə əsaslanır. Amfibilər üç yarımsinifi məlumdur: batraxomorflar (Batrachomorfa, qurbağakimilər), batraxozavrlar (Batrachosauria, qurbağakərtənkələlər) və lepospondililər (Lepospondyli, incəonurğalılar). Gec devondan gec yuraya qədər yaşamış qədim amfibilər Steqosefalar adlanır. Gec devon – müasir.[5]

Quruya çıxan ilk onurğalılardır. Lakin çoxalması və inkişafı suda gedir. Quru mühitinə uyğunlaşma əlaməti kimi ilk selik vəzili dəri, ağciyər və dəri tənəffüsü, iki qan dövranı, beş barmaqlı arxa ətraflar meydana gəlmişdir. Ürək üç kameralıdir, qan mədəcikdə qismən qarışır. İki qan dövranı vardır. Bədən temperaturu sabit deyildir. Göl qurbağası timsalında xarici və daxili qurluşu: bədəni baş gövdə ətraflardan ibarətdir. Başda bir cüt göz qoxu və tənəfüsə xidmət edən bir cüt burun dəliyi, təbil pərdəsi yerləsir. Erkək göl qurbağasında dişidən fərqli olaraq qurultu səsini gücləndirən iki ədəd rezonator var. Ön və arxa ətaflarindakı barmaqlarının sayı müxtəlifdir. Ön ətraf dörd, arxa ətraf beş barmaqlıdır. Arxa ətrafındakı barmaqları arasında üzmə pərdəsi var. Suda yalnız cüt arxa ətrafları sayəsində üzür. Skeleti: Kəllə onurğa sütununa iki çıxinti ilə birləşib. Onurğa skleti əsasən aşağıdakı şöbələrə bölünür: Boyun bir fəqərədən, gövdə yeddi fəqərədən, oma bir fəqərədən və quyruq hissəsində fəqərələrin birləşib əmələ gətirdiyi bir sümükdən ibarətdir. Yuxari ətraf qurşağı 4 növ sümükdən:

  • 1 döş
  • 2 qarğa
  • 2 kürək
  • 2 körpücük sümüyündən ibarətdir. Aşağı ətraf bir növ iki çanaq sümüyündən təşkil olunmuşdur. Arxa ətraf əzələləri daha yaxşı inkişaf etmişdir. Həzm sistemi: Alt dodağın uc hissəsinə birləşən dil qidanın tutulmasında iştirak edir. Tüpürcək vəziləri inkişaf edir. Bağirsaq, ifrazat və cinsiyyət orqanlarının axacaqları klokaya açılır. Çoxalma və inkişafı: Yazda çoxalır. Yalnız erkək fərdlərdə başda olan rezanatorlar cütləşmə zamanı səsi gücləndirir. Mayalanma su mühitində gedir, metamarfozla inkişaf edir: Yetkin fərd→Qışlama dövrü→Kürüləmə→sürfə(çömçəquyruq)

Çömçəquyruqun balığa oxşar əlamətlərinə aiddir:

  • qəlsəmə tənəffüsü
  • ikikameralı ürək
  • ürəkdən venoz qanın keçməsi
  • bir qan dövranı
  • yan xətt orqanın olması

Göl qurbağasının fərdi inkişafı zamanı qan dövranı və ürəyindəki qulaqcıqların sayı artıb sonra dəyisməz qalır.

  1. Integrated Taxonomic Information System (ing.). 2009.
  2. Blackburn D. C., Wake D. B. Class Amphibia Gray, 1825. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 39–55. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Amphibian Species of the World Arxivləşdirilib 2009-07-24 at the Wayback Machine База данных амфибий. Darrel Frost and The American Museum of Natural History
  4. "Класс Земноводные, или Амфибии: общая характеристика". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-15.
  5. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]