Silisium
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | Silisium, Si, 14 | |||||
Qrup, Dövr, Blok | 14, 3, | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 28.0855g·mol−1 q/mol | |||||
Elektron formulu | Ne] 3s2 3 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1687 °C (1414 K, 2577 °F) | |||||
Qaynama temperaturu | 3538 °C (3265 K, 5909 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Silisium — Kimyəvi elementlərin dövri cədvəlində 14-cü element. Yer kürəsində oksigendən sonra ən çox yayılmış ikinci elementdir (28%).
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Silisium tozu tez alışma xüsusiyyətinə malikdir. Elektronik cihazlar və şüşə istehsalında istifadə olunur.
Orqanizmlərdə
[redaktə | vikimətni redaktə et]Bitkilərdə silisiumun miqdarı kütlə ilə 0,15% miqdarındadır. Bitkilərin gövdəsi nə qədər çox olur. Bitkilər silisiumu sudan götürür. İçməli və duzlu suda silikat turşusu və onun duzları şəklində 3mq/l-ə qədər silisium həll olur.
Silisium birləşdirici toxumaların ümumi möhkəmliyinə kömək edir. Bitkilərin toxumalarına düşərək və orada çökərək silisium birləşmələri onların sərtliyini artırır və yuxarı böyümək qabiliyyətini yüksəldir. Təsadüfi deyil ki, xüsusən çoxlu miqdarda silisium “yüksək boylu” bitkilərdə, məsələn bambuk ağacında olur.
Bambuk ağacının külündə 20%-ə qədər SiO2 olur. Çoxlu miqdarda silisium sərt cilin kiçik budaqlarında da olur.
Silisium dioksidin təsiri ilə bitkilər tərəfindən kalium, maqnezium, bəzən də kalsiumun (adətən qidalı mühitdə silisium artıq miqdarda olduqda kalsiumun udulması ləngiyir) udulması artır. Bitkilərin qidasında silisiumun miqdarının artması dəmirin, manqanın, misin, arsenin, alüminiumun stronsium-90-nın və fenolların zəhərli təsirini aradan qaldıra bilər. Əksinə, silisium çatışmadıqda bitkilərdə dəmir və manqanın toplanması kəskin artır.
Silisium ilə zəngin olan bitkilər aşağıdakılardır: gicitkan, qatırquyruğu.
Düyünün qabığında 10%-ə qədər silisium olur.
Heyvanların orqanizmində orta hesabla kütlə ilə 0,0001% silisium olur. Çanaqlı əmöblər, radiolarilər, foraminiferlər ən sadə bir hüceyrəli orqanizmlər olub, silisium (IV) oksiddən ibarət skeletə malikdirlər.
Yuxarıda qeyd olunan heyvanların orqanizmində silisium digər heyvanlarda olduğundan xeyli çoxdur.
Silisium bağlayıcı toxumaların tərkib hissəsidir.
İnsan orqanizmində silisium praktiki olaraq hər yerdə var, daha çox miqdarda isə sümüklərdə, dəridə, aortanın divarlarında, traxeyalarda, oynaqlarda, bağlarda, saçlarda, limfa qovşaqlarında, bəzi vəzlərdə olur.
Silisium toxumaların ümumi möhkəmliyinə kömək edir, damarlara elastiklik verir, saçların və dırnaqların böyüməsini stimullaşdırır. Əsəb sistemində impulsların ötürülməsini, damarların elastikliyini, energetik proseslərin normallaşmasını təmin edir.
Silisiumun qanda miqdarı çox deyil, lakin, onun miqdarı azaldıqda insan “havanı hiss etməyə” başlayır, onun psixi vəziyyəti pisləşir, saçlar nazik və qırılan olur, keçəllik başlayır, dəri elastikliyi itirir. Göz büllurunda göz əzələsinə nəzərən 25 dəfə çox silisium olur.
Qomeopatlar hesab edirlər ki, kataraktın növlərindən biri silisium birləşmələri ilə müalicə olunur.
Keçmiş zamanlarda silisium birləşmələri astmanı, soyuqlamanı müalicə üçün istifadə olunurdu. Silisiumun sağaltdığı xəstəliklər arasında bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ateroskleroz kimi xəstəliklər var. Digər tərəfdən ciddi xəstəlik olan silikoz xəstəliyi də çoxdan məlumdur ki, sərbəst (IV) oksidə malik tozlarla uzun müddət nəfəs aldıqda yaranır. Şaxtaçılar belə xəstəliklərə tez-tez tutulurlar.
Silisiumun orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır.
Bitki mənşəli qidalar: kərəviz, xiyar, cavan zəncirotunun yarpaqları, ispanaq, çiyələk, qırmızı turp, günəbaxan tumu, pomidor, boranı, şalğam, həmçinin göyərtilər: ballıca (öfkəotua), cücərmiş buğda, yulaf, arpa dənələri.
Heyvan mənşəli məhsullar: Turş süd məhsulları.
Birləşmələri
[redaktə | vikimətni redaktə et]Silisiumun daha geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan biləşmələri aşağıdakılardır:
SiO2 –silisium (IV) oksid, qum, dağ bülluru (kvars), ametist, aqat, serdolik (kvars), yaşma (yaşəm daşı).
SiF4 - silisium flüorid.
Silisium 1825-ci ildə isveç kimyaçısı Y,Y.Berselius tərəfindən silisium flüoridin SiF4 reduksiyası zamanı kəşv olunmuşdur.
İnsan bədənində silisium atomlarının sayı 3,0 ∙ 1022, bir insan hüceyrəsində 3,0 ∙ 108 ədəddir.
Silisiumun sutka ərzində orqanizmə qida ilə daxil olan miqdarı 3mq, hava ilə 15mq olur.
Təbabətdə silisiuma malik preparatlar osteoporozun, aterosklerozun, dırnaq, dəri və saç xəstəliklərinin profilaktikasında və müalicəsində istifadə olunur.
Sümük qırıldıqda silisiumun miqdarı qırılma yerində demək olar ki, 50 dəfə artır.
Skeleti silisium oksiddən ibarət olan ibtidailərin skeletinin ölçüləri 40mkm-dən 1mm-ə qədər olur. Zaman keçdikcə onlar yerə çökərək dağ süxurlarının qalın təbəqələrini – kvars, dağ bülluru, ametist, serdolik, aqat, yaşma və s. əmələ gətirirlər.
Tədqiqatlar göstərmişdir ki, silisium qıcqırma və çürümə yaradan bakteriyaların həyat fəaliyyətini dayandırır, ağır metalları çökdürür, xloru neytrallaşdırır, radionuklidləri sorbsiya edir.
Bundan başqa silisium yaxşı kosmetik vasitədir. O, dərini irinli yaralardan təmizləyir. Silisiumlu su ilə yuyunmaq və yeniyetməlik sızanaqları zamanı onu daxilə qəbul etmək xüsusilə faydalıdır. Tədqiqatlar prosesində alimlər bir sıra silisiumlu üzvi birləşmələr sintez etmişlər ki, onlar dəridə mübadilə proseslərini sürətləndirə bilirlər, birləşdirici elastın və kollagen toxumalarının zülallarının sintezində iştirak edərək dərinin elastikliyini artırırlar, əmələ gəlmiş qırışları yox edirlər.
Su ilə qarşılıqlı təsir zamanı silisium onun xassələrini dəyişir.
Silisium üzərində saxlanılmış su mikroorqanizmlərə öldürücü təsir edir, qıcqırma və çürümə yaradan bakteriyaların həyat fəaliyyətini dayandırır, onda ağır metalların aktiv çökməsi baş verir, su görünüş cəhətdən təmiz və dadına görə yaxşı olur, uzun müddət o, xarab olmur və bir sıra digər müalicəvi keyfiyyətlər əldə edir.
Silisium birləşmləri şüşə və beton istehsalının əsasını təşkil edir. Adi pəncərə şüşəsinin tərkibi Na2O ∙ CaO ∙ 6SiO2, büllur şüşənin tərkibi K2O ∙ PbO ∙ 6SiO2 kimidir [1].
Yer qabığının çox hissəsi (28%) silisiumun qeyri-üzvi birləşmələrindən ibarətdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ V.M.Abbasov, A.M. Tağıyeva, Z.Ə. Həsəonov. "Kimya və həyat" Bakı-2011