Seyhan çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seyhan çayı
Seyhan
Ölkə
Mənbəyi Türkiyə
Mənsəbi Aralıq dənizi
Uzunluğu
  • 560 km
Hövzəsinin sahəsi 20.600 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyhan çayı (qədim adı: q.yun. Σάρος Saros) və ya digər adı ilə Sarus (türk dilində Sarus Su)[1]KilikyanınTürkiyənin Aralıq dənizinə tökülən ən uzun çayı. Çay 560 km uzunluğundadır və Anti-Tavr dağlarının zirvələrindən başlayır və geniş delta yaradaraq Aralıq dənizinə tökülür. Onun əsas qolları Adana ilində, Aladağ şəhərində birləşərək çayı əmələ gətirən Zamantı və Göksu çaylarıdır.

Seyhan çayının mənbəyinin Tavr dağlarında olduğu bildirilmişdir. Çay Komana qəsəbəsi ilə irəliləyərək Kapadokyadan, daha sonra isə Kilikiyadan keçir. Çayın adı Liviy, Ksenofon,[2] Prokopi,[3] Strabon,[4] Ptolomey,[5] Appian,[6] Böyük Plini[7] və onu səhvən Sinarus adlandırmış Selanikli Estafiy də daxil olmaqla bir çox qədim müəllif tərəfindən qeyd edilmişdir.[8]

Seyhan çayı mənsəbindən 50 km məsafədə çayın üzərində yerləşən yeganə yaşayış yeri olan Adana şəhərindən keçir. Adanada çayın üzərində II əsr Roma körpüsü olan Taşköprü də daxil olmaqla bir neçə körpü mövcuddur. Çay, Dəli burnunda Aralıq dənizinə tökülür.

Qədim Yunan-Roma əfsanəsində Adana şəhərinin adının qardaşı ilə birlikdə çayın yanında şəhər quran yunan tanrısı Uranusun oğlu Adanusdan gəldiyi qeyd edilir. Həmin çaya isə onun qardaşı Sarusun adı verilir.[9]

Sarus çayı başlağıcda dağlardan axır,[10] daha sonra isə Kilikiyadan keçərək Aralıq dənizinə doğru irəliləyir və bu hissəsində Seyhan adlandırılırdı.[1]

2009-cu ildə Seyhan çayında 29 yerli, 3 tanıtılmış və 4 endemik növ də daxil olmaqla ümumilikdə 33 balıq növü aşkar edilmişdir. Çayda həmçibib səkkiz amfibiya nvü siyahıya alınmışdır və onlardan ikisinin (Rana holtziTriturus vittatus cilicensis) çay üçün endemik olduğu bildirilir.

Adananın yuxarı hissəsindəki böyük Seyhan bəndi suvarma,hidroelektrik enerji və daşqınla mübarizə üçün xidmət göstərir. Çay üzərində Yedigöze, Çatalan və Kavşak bəndləri də daxil olmaqlar eyni məqsədlər üçün tikilmiş başqa bəndlər də var. Çay hal-hazırda hidroelektrik enerji və suvarma üçün geniş inkişaf mərhələsindədir.[11]

  1. 1 2 John Garstang and O.R. Gurney The Geography of the Hittite Empire (1959), səh. 51, Google Books-da
  2. Ksenofon, Anabasis 1.4.1.
  3. Prokopi, de Aedif. 5.4.
  4. Strabon. Coğrafiya. XII, 2, 3; s. 536
  5. Ptolemey. Coğrafiya. 5.8.4.
  6. Appian Syr. 4.
  7. Plini. Təbii tarix. 6.3.
  8. Selanikli Estafiy, Dionisiy Perieqet .867
  9. Anton, Charles. Classical Dictionary: Containing an account of the principal proper names mentioned in ancient authors... New York: Harper & Brothers. 1841.
  10. Charles Pye A New Dictionary of Ancient Geography, exhibiting the modern in addition to the Ancient Names of places (1803), səh. 299, Google Books-da
  11. "Cumulative Impact Assessment Baseline Monitoring Report for the Goksu-Seyhan Hydropower Cascade" (PDF). EnerjiSA. February 2011. 10 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 may 2013.