S-200

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
S-200
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1967 - davam edir
İstismara başlanması 1967
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Almaz-Antey
Variantları S-200A "Anqara"
S-200V "Veqa"
S-200VM "Veqa-M"
S-200VE "Veqa-E"
S-200D "Dubna"
Xüsusiyyətləri
Ağırlığı 7.100 kq
Uzunluğu
  • 10,8 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

S-200 zenit raket kompleksiNATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır.

Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.

Azərbaycan HHMQ-nin silahlanmasında yer alan S-200 "Vega" uzun mənzilli zenit raket kompleksi

[redaktə | mənbəni redaktə et]
S-200 raket sistemi Bakı hərbi paradında

S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur.

S-200 raket sistemi Bakı hərbi paradında

Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.

S-200 raket sistemi Bakı hərbi paradında

Bu sistemdə istifadə olunan hər bir raket ümumi gücü 12 min ton olan və bərk maye əsasında işləyən 4 xarici sürətləndirici mühərrikin köməyi ilə hərəkətə gəlir. Təcillənmə prosesi zamanı raketdə daxili reaktiv mühərrik işə düşür. Bu mühərrik azot turşusu əsasında işləyir. Yanacağın həcmi elə hesablanır ki, raket hədəfə çatdıqda onun tərkibində maye az olsun. Tipindən asılı olaraq raketlər 20–40 km hündürlüyə uça bilirlər. Hədəf radiolokatorun köməyi ilə təyin olunur. Raketin baş hissəsində özü nişanalan başlıq yerləşdirilir. Bu başlıq şəffaf örtüyün altında olur. Onun daxilində dimaetri 60 sm olan parabolik anten və analoq lampa yerləşir. 1971-ci ildə inkişaf etdirilən V versiyasında yarı aktiv radar sistemi və 1975-ci ildə inkişaf etdirilən son versiyası D-də aktiv radar sistemi inteqrasiya edildi. S-200 hava müdafiə sisteminin radarları və mənzilləri: S-200 radar sistemlərinə uzaq məsafələrə işləyən digər radar sistemləri də qoşula bilər. Raketin sürəti 2500 metr/saniyə təşkil edir. Hədəfi vurma hündürlüyü 300 m-dən 40.8 km-ə qədər, mənzili isə 7 km-dən 200 km-ə (köhnə modellər) və ya 400 km-ə (yeni modellər üçün) qədər olan diapazonda yerləşir. Mərmi hissəsi diametri 80 sm olub, daxilində 80 kq patlayıcı maddə və diametri 1 sm olan 10. 000 polad kürə yerləşdirilir. Partlayış hədəfə 20 m qalmış baş verir. Birbaşa vurma halları da məlumdur. İdarəetmədə pozğunluq olduqda "özününkü-düşmən" sistemi işə düşür və ya operatorun əmri əsasında raket şaquli olaraq yuxarıya qalxır və yanacaq qurtardıqda raket özünü məhv edir. Qrup şəklində hədəfləri məhv etmək üçün də nüvə başlıqlı raketlər mövcuddur. Bu raketlərin uzunluğu 11 m, çəkisi isə 6 tondur. Raketin gövdəsindəki elektrik şəbəkəsi yerli qaz turbini ilə işləyən mühərrikin köməyilə qidalanır. İdarəetmə məntəqəsi ilə rabitə yaratmaq üçün quyruq hissədə antena yerləşdirilir. Bir raketlə hədəfin vurulma ehtimalı 80% təşkil edir. Adətən bir hədəfə iki raket buraxılır.

Hədəfin işıqlandırılması radiolokatoru hədəfi 270 km məsafəyə qədər aşkar etmək imkanına malikdir. Radiolokasiya qurğusu əsasən iki kabinadan ibarətdir. Bu kabinaların birində radiolokator, digərində isə idarəetmə pultu yerləşir. Radiolokator yalnız bir hədəfi izləmək qabiliyyətinə malikdir, ayrılan hissə olanda avtomatik olaraq o hissəyə keçir. Ümumi gücləndirmə əmsalı 140 dB həddindədir. Hədəfin izlənməsi komanda məntəqəsinin göstərişi əsasında baş verir. Məntəqədən verilən informasiya əsasında hədəfin azimutu və uzaqlığı daxil edilir. Lokator avtomatik hədəfə tərəf tuşlanır və dairəvi köçürmə (skanerləmə) aparılır. Hədəf tapılmadığı halda sistem sektor axtarış rejiminə keçir. Hədəf tutulduqdan sonra məsafə fazakodomanipulyasiya siqnalının köməyi ilə hesablanır və hədəfin tutulması üçün raket avtomatik rejimə keçir. Mərkəzi kəşfiyyat məlumatları olmadığı halda S-200 raketlərinin tətbiqinin effektivliyi kəskin aşağı düşür. Aşağı sürətlərdə uçan hədəfləri aşkar etmək üçün mişar formalı siqnallardan istifadə edilir.

S-200 hava zenit-raket kompleksinin radarları və mənzilləri: S-200 radar sistemlərinə uzaq məsafələrə işləyən digər radar sistemləri də qoşula bilər.

Erkən diaqnoz radarı P-14 / 5N84A ("Dubrava") / 44ZH6 — mənzili 600 km

Erkən xəbərdarlıq radarları 5N87 (Kabin 66) / 64ZH6 — mənzili 380 km

Digital Radar 5N87M — elektrik sürücü, hidravlik, 6–12 rpm Toplama və izləmə radarı P-35/37 — mənzili 392 km

Xəbərdarlıq radarı P-15M (2) — mənzili 128 km

Atış kontrol radarı 5N62 — mənzili 270 km

Macarıstanın Budapeşt şəhərində yerləşən Kecel Hərbi Tarixi Muzey parkında nümayiş etdirilən S-200 raketi

Bu sistemdə istifadə olunan hər bir raket ümumi gücü 12 min ton olan və bərk maye əsasında işləyən 4 xarici sürətləndirici mühərrikin köməyi ilə hərəkətə gəlir. Təcillənmə prosesi zamanı raketdə daxili reaktiv mühərrik işə düşür. Bu mühərrik azot turşusu əsasında işləyir. Yanacağın həcmi elə hesablanır ki, raket hədəfə çatdıqda onun tərkibində maye az olsun. Tipindən asılı olaraq raketlər 200–350 km məsafəyə uça bilirlər. Hədəf radiolokatorun köməyi ilə təyin olunur. Raketin baş hissəsində özü nişanalan başlıq yerləşdirilir. Bu başlıq şəffaf örtüyün altında olur. Onun daxilində diametri 60 sm olan parabolik anten və analoq lampa yerləşir. Raketin sürəti 1200 m/san-dir. Hədəfi vurma hündürlüyü 300 m və 27 km, məsafəsi 7 km-dən 200 km-ə (köhnə modellər) və ya 400 km-ə (yeni modellər üçün) qədər olan diapazonda yerləşir. Mərmi hissəsinin diametri 80 sm olub, daxilində 80 kq patlayıcı maddə və diametri 1 sm olan 10 000 polad kürə yerləşdirilmişdir. Partlayış hədəfə 20 m qalmış baş verir. Birbaşa vurma halları da məlumdur. İdarəetmədə pozğunluq olduqda "özününkü-düşmən" sistemi işə düşür və ya operatorun əmri əsasında raket şaquli olaraq yuxarıya qalxır və yanacaq qurtardıqda raket özünü məhv edir. Qrup şəklində hədəfləri məhv etmək üçün də nüvə başlıqlı raketlər mövcuddur. Bu raketlərin uzunluğu 11 m, çəkisi isə 6 t-dur. Raketin gövdəsindəki elektrik şəbəkəsi yerli qaz turbini ilə işləyən mühərrikin köməyilə qidalanır. İdarəetmə məntəqəsi ilə rabitə yaratmaq üçün quyruq hissədə antena yerləşdirilir.

Bir raketlə hədəfin vurulma ehtimalı 80% təşkil edir. Adətən bir hədəfə iki raket buraxılır.

Radiolokator "Hədəfin işıqlandırılması"

[redaktə | mənbəni redaktə et]
İran Silahlı Qüvvələrinin arsenalında olan S-200

"Hədəfin işıqlandırılması" radiolokatoru hədəfi 270 km məsafəyə qədər aşkar etmək imkanına malikdir. Radiolokasiya qurğusu əsasən iki kabinadan ibarətdir. Bu kabinaların birində radiolokator, digərində isə idarəetmə pultu yerləşir. Radiolokator yalnız bir hədəfi izləmək qabiliyyətinə malikdir, ayrılan hissə olanda avtomatik olaraq o hissəyə keçir. Gücü 3KVt-a bərabərdir ki, bu da böyük hədəflərin tutulmasında səhvlərə yol verir. 120 km məsafədə servis rejimə keçir və burada pozuntuları azaltmaq üçün 7 Vt gücündə siqnallardan istifadə edir. Ümumi gücləndirmə əmsalı 140 dB həddindədir. Hədəfin izlənməsi komanda məntəqəsinin göstərişi əsasında baş verir. Məntəqədən verilən informasiya əsasında hədəfin azimutu və uzaqlığı daxil edilir. Lokator avtomatik hədəfə tərəf tuşlanır və dairəvi köçürmə (skanerləmə) aparılır. Hədəf tapılmadığı halda sistem sektor axtarış rejiminə keçir. Hədəf tutulduqdan sonra məsafə fazakodomanipulyasiya siqnalının köməyi ilə hesablanır və hədəfin tutulması üçün raket avtomatik rejimə keçir. Mərkəzi kəşfiyyat məlumatları olmadığı halda S-200 raketlərinin tətbiqinin effektivliyi kəskin aşağı düşür. Aşağı sürətlərdə uçan hədəfləri aşkar etmək üçün mişar formalı siqnallardan istifadə edilir.

S-200 Veqa

S-200A "Anqara" (SA-5a) V-860/5V21 və ya V-860P/5V21A raketləri ilə təchiz olunmuş bu variant 1967-ci ildə təqdim olunub. Atış məsafəsi 17–180 km arasında dəyişir. Raket 20 km hündürlükdə hərəkət edir. Hədəfin vurulma ehtimalı 0,45–0,98 arasında dəyişir.[1]

S-200V "Veqa" (SA-5b) V-860PV/5V21P raketləri ilə təchiz olunmuş bu variant 1970-ci ildə təqdim olunub. Atış məsafəsi 7–240 km arasında dəyişir. Raket minimum 0.05, maksimum 35 km hündürlükdə hərəkət edir.

S-200 "Veqa" (SA-5b) V-870 raketləri ilə təchiz olunub, atış məsafəsi 300 km-ə, raketin uçuş hündürlüyü isə 40 km-ə qədər artırılıb. Hədəfin vurulma ehtimalı 0,66–0,99 arasında dəyişir.

S-200M "Veqa-M" (SA-5b) V-880/5V28 və ya V-880N/5V28N raketləri ilə təchiz olunub, atış məsafəsi 300 km, raketin uçuş hündürlüyü isə 29 km-dir.

S-200VE "Veqa-E" (SA-5b) V-880E/5V28E raketləri ilə təchiz olunmuş bu variant ixrac üçün nəzərdə tutulmuşdur. Yüksək partlayıcı gücə malik olan raketin maksimal atış məsafəsi 240 km, sürəti 1200 m/s təşkil edir.[2]

S-200D "Dubna" (SA-5c) 5V25V, V-880M/5V28M və ya V-880MN/5V28MN raketləri ilə təchiz olunmuş bu variant 1976-cı ildə istismara verilib. Digər variantlardan fərqli olaraq nüvə başlığı da daşımaq qabiliyyətinə sahib olan bu sistemin atış məsafəsi 400 km, raketin uçuş yüksəkliyi 0.3–40 km-dir. Hədəfin vurulma ehtimalı 0.72–0.99 arasında dəyişir.[1]

İstifadə edildiyi ölkələr

[redaktə | mənbəni redaktə et]
S-200 zenit-raket kompleksinin cari istifadəçiləri mavi, keçmiş istifadəçiləri isə qırmızı rəngdə göstərilmişdir

Keçmiş istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Arxivlənmiş surət". 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  2. "Arxivlənmiş surət". 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  3. "Arxivlənmiş surət". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  4. "Arxivlənmiş surət". 2014-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  5. "Arxivlənmiş surət". 2014-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  6. "Arxivlənmiş surət". 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]