Səhihi-Buxari

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səhihi-Buxari
ərəb. صحيح البخاري
Müəllif İmam Buxari
Janr İslam
Orijinalın dili Ərəbcə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur[1]. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir[2][3].

Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır.

Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b. alimlər ondan hədis rəvayət etmişlər.

Kitab cildlərə bölünür (cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda, kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə əsər 9082[4], 7593[5] və ya 7397[6] hədisdən ibarətdir . Əsər 9-cu yüzillikdə alim Əbulabbas Zeynəddin Əhməd ibn Abdullətif əş-Şərci əz-Zəbidi tərəfindən "Ət-Təcrîdü's-Sarîh li-Əhâdîsi'l-Câmii's-Səhîh" adı ilə yenidən tərtib olunmuş, və tərtib zamanı təkrar hədislər çıxarılmışdır. Hal-hazırkı bir çox "Səhihi Buxari" kitabları da məhz onun tərtibi olan versiyanın təkrar nəşr və tərcümələridir.

Kitabları (Bölmələri)

  • "Səhih Buxarinin şərhi", Əbul-Həsən Əli ibn Xələf ibn Əbdülməlik əl-Qurtubi əl-Məliki (İbn Battal) (HQ. ?-449)
  • "ət-Təlvih fi Şərh əl-Cəmius Səhih", Əlaəddin Mağlutay ibn Qəlic ət-Türki əl-Misri əl-Hənəfi (HQ. ?-762)
  • "əl-Kovkəb əd-Dərari fi Şərh Səhih əl-Buxari, Şəmsəddin Məhəmməd ibn Yusif ibn Əli ibn Səid əl-Kərmani (HQ. ?-786)
  • "Fəthul Bari Şərh Səhih əl-Buxari", Əbul-Fadl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalani əş-Şafei (HQ. ?-852)
  • "Umdətul Qari fi Şərhil Buxari", Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfi (HQ. ?-855)
  • "ət-Tövşih Şərh əl-Cəmius Səhih", Cəlaləddin əs-Suyuti (HQ. ?-911)
  • "İrşədus Səri ilə Şərh Səhih əl-Buxari", Şihəbuddin Əhməd ibn Məhəmməd əl-Xatib əl-Qastalani əl-Qahiri əş-Şafei (HQ. ?-923)
  • İmam Nəsrəddin Əli ibn Məhəmməd ibn əl-Munir əl-İskəndərinin şərhi
  • "Feyzul Bari Şərh Sahihul Buxari", Məhəmməd Ənvər Şah Kəşmiri

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :

  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Məktəbə əs-Sələfiyyə", Qahirə, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdül-Baqi
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar əl-Fikr", Beyrut, 1401/1981
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar əs-Səlam", ər-Riyad, 1997, tərcümə: Dr. Muhəmməd Muhsin Xan
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr", ər-Riyad, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar Təvq ən-Nacə, Beyrut", 1422/2002; təhqiq: Muhəmməd Zuheyr ibn Nasir
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, "Dar İbn Kəsir", Dəməşq/Beyrut, 1423/2002
  • Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, "Dar ər-Ruşd, ər-Riyad", 1427/2006; təhqiq: Əbdüs-Salam ibn Muhəmməd Ömər Alluş

Kitab müxtəsər şəkildə Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :

Kitab Türk dilinə tərcümə olunub və 16 cilddə nəşr olunub :

Kitab özbək dilinə tərcümə olunub, dörd cilddə nəşr edilib:

  • "Хадис (ал-Жомиъ ас-Сахих)", Тошкент, Комуслар Бош Тахририяти, 1997.
  1. "Meaning of sahih". Islamic-Dictionary.com. 2013-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  2. The Canonization of Al-Bukhari and Muslim: The Formation and Function of the Sunni Hadith Canon Arxivləşdirilib 2017-03-26 at the Wayback Machine by Jonathan Brown, BRILL, 2007
  3. Muqaddimah Ibn al-Salah, pg. 160-9 Dar al-Ma’aarif edition
  4. "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-26.
  5. Məhəmməd Fuad Əbdülbəqinin hesablamalarına əsasən
  6. Əbul Fadl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalaninin hesablamalarına əsasən

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]