Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir.[1]
Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi.
Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir.[2]
Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün,[3] mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək[4] və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Brink, Jan ten. "Robespierre and the Red Terror". amazon.com (ingilis). 24 yanvar 2020 tarixində arxivləşdirilib.
- ↑ Oxford English Dictionary. "red flag" (ingilis). (#cite_web_url)
- ↑ Flags of the World. "Baucans (or Bauccedillian)". crwflags.com (ingilis). 4 sentyabr 2012 tarixində arxivləşdirilib.
- ↑ "Cassell's Old and New Edinburgh". oldandnewedinburgh.co.uk (ingilis). 16 noyabr 2021 tarixində arxivləşdirilib.