Portal:Videooyunlar
Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Fallout 4 (azərb. Radioaktiv-yağıntı 4) — Bethesda Game Studios tərəfindən hazırlanan, "Bethesda Softworks" tərəfindən nəşr olunan və aksiya rol-pleyinq janrında olan video oyunu. Fallout oyun seriyasındakı 5-ci əsas epizoddur (bütövlükdə 7). Oyun 10 noyabr 2015-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün Yaponiyadan başqa hər yerdə satışa çıxarılmışdır. Bunun səbəbi Yaponiyadakı şiddət əleyhdarı olan senzura qanunları idi. "Fallout 4" Yaponiyada 17 dekabr 2015-ci il tarixində satışa çıxarılmışdır. Oyun Boston şəhəri və ətrafını əhatə edən "The Commonwealth" (azərb. Birlik, translit. Kommonuelt) adlanan bir regionda keçir. Oyunun əsas hekayəsi "Fallout 3"-dən 10 il və "Böyük müharibə"dən (ing. "The Great War") 210 il sonra, 2287-ci ildə baş verir.
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.
- ... "Just Cause" seriyasının müəllifi "Avalanche Studios" studiyasının az qala "LucasArts" ilə birlikdə açıq dünya bir "Ulduz müharibələri" kainatında cərəyan edəcək və açıq dünya olacaq bir video oyun istehsal edəcəyini?
- ... "Prince of Persia" (2008) (şəkildə) video oyununun bəstəkarı İnon Zur klassik orkestr musiqisi ilə ərəb fleytalarını və düdükləri birləşdirdiyini?
- ... "CD Projekt" şirkətinin qurucularından birinin vaxtilə Varşavada quldur yol ilə alınmış video oyun nüsxələri satdığını?
- ... "Rare" şirkəti qurulmasının otuzuncu ildönümünü içərisində istehsal etdiyi otuz video oyun olan "Rare Replay" buraxılışını satışa çıxarmasıyla qeyd etdiyini?