Portal:Qafqaz Albaniyası
Qafqaz Albaniyası Portalı
Seçilmiş məqalə
"Qafqaz Albaniyasının incəsənəti" — Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. Məqaləni oxu... |
Şəxsiyyət
"Cavanşir" — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən parlaq nümayəndəsi. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.
Alban tarixçisi Moisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Atropatena ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazandığını göstərir. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, "ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir." 639-cu ildə ərəblər tərəfindən darmadağın olunmuş Sasani qoşunlarının tör-töküntüləri onun ölkəsinə girmək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur) vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə girir. |
Bilirsinizmi
- ... ki, Strabon döyüşçü qadın tayfası amazonkaların Qafqaz Albaniyasında, qarqarların qonşuluğunda yaşadığını bildirir.
- ... ki, Qafqaz albanlarının köçəri şimal tayfalarının yürüşlərinin qarşısını almaq üçün inşa etdikləri Gilgilçay səddi, Böyük Çin səddindən sonra dünyada ən uzun ikinci səddir.
- ... ki, Xəzər dənizi qədim dövrdə "Alban dənizi" adlanmışdır.
- ... ki, Qafqaz albanları Atropatena ərazisində də yaşamışlar.
- ... ki, Amaras monastırı Müqəddəs Qriqorisin məzarı üstündə inşa edilmişdir.
Kateqoriyalar
|
Seçilmiş şəkil
Mövzu ilə bağlı məqalələr
Qafqaz Albaniyası • Alban xaç daşları • Kiş kilsəsi
Yaxşı məqalələr:
Alban Həvari Kilsəsi • Alban əlifbası • Alban memarlığı • Qafqaz albanları • Qafqaz albanlarının şəxs adları • Alban Arşakiləri • Qafqaz Albaniyasında xristianlıq • Qafqaz Albaniyası tarixində erməni saxtakarlığı • Qafqaz albanlarının dili • Pavlikanlar hərəkatı
Yeni məqalələr
Mühüm mənbələr
- Encyclopedia Iranica. Albania, Ancient country in Caucasus, by M. Chaumont
- About the Caucasian Albania
- About the Caucasian Albania (section 10)
- Wolfgang Schulze (Munich): Caucasian Albanian
- Caucasian History
- Античная Кавказская Албания - Кемал Гасан оглы Алиев
- Кавказская Албания в IV-VII вв
- Мовсес Каланкатуаци. «История страны Алуанк» / Пер. с древнеармянского. Ш. В. Смбатяна. Ереван, 1984.
- В. А. Шнирельман. Албанский миф.
- Сайт "Государственность Кавказской Албании. Этнокультурное наследие
- К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании (IV в. до н. э. — VII в. н. э.), М. — Л., 1959 г
- К. В. Тревер. К вопросу о культуре Кавказской Албании (доклад на XXV Международном конгрессе востоковедов,1960 год)
Əlaqəli portallar
|