"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər"Mark Tven
Bəyazid və ya TamerlanGeorq Fridrix Hendelin eyni adlı operası ilə qarışdırlmamalıdır. 1735 – ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyanoperasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I BəyazidinƏmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır.
O olmasın, bu olsun — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911). Bәstәkarın XIX əsrin sonu XX əsrin әvvәllәri Azәrbaycan hәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada müflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәhdi inandırıcı tәsvir olunmuşdur. İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mubarizә aparan, pulun hökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin numayәndәlәri "әski" cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi mühüm dramaturji rol oynayıb, hadisәlәrin gedişatına fәal yardım göstәrir, qәhrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәhrәmanlar arasında puluna görә "yuxarı" tәbәqәlәrin hörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.
Müslüm Maqomayev (18 sentyabr1885 - 28 iyul1937) — bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai xadim. Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycanın əməkdar incəsənət xadimi (1936).
Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. Əslən Qax rayonununİlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək yaşamını davam etdirmışdir. Ailənin böyük oğlu olan Abdulmüslüm 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. "Şah İsmayıl" (1916) və "Nərgiz" (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.
Koroğlu — Üzeyir bəy Hacıbəyovun aşıq operası.
Operanın əsas qəhrəmanı olan xalqın obrazı məzlum vəziyyətdən tədricən güclənən etiraza, ədalət uğrunda əzmlə mübarizəyə qalxmaq qərarından —qələbə sevincinə qədər hərtərəfli, ardıcıl verilmişdir. Xalq obrazının açılışında ifadəli kiçik mövzu-tezislər — leytmotivlər böyük rol oynayır: 1. Xalqın məzlumluğunu ifadə edən həyəcanlı mövzu (çahargah ladının kadensiya intonasiyası üstündədir). 2. Üsyan etmiş xalq mövzusu (şur ladının kadensiya intonasiyaları üstündədir; çağırış xarakteri daşıyaraq aşıq musiqisinin obraz-intonasiya quruluşu ilə səsləşir). Qətiyyətli, təsirli xarakter daşıyan 3 və 4-cü leytmotivlər xalqın qəhrəmani obrazı ilə bağlıdır; rast ladı intonasiyaları üstündə qurulan bu leytmotivlərdə müasir kütləvi mahnı əlamətləri müəyyən qədər özünü göstərir. 5-ci mövzuda xalqın iradəsi, poetik əhvali-ruhiyyəsi, yüksək mənəvi keyfiyyətləri ifadə olunmuşdur. I pərdənin əvvəlində xalqın məzlumluğu leytmotivi üstündə qurularaq onun kədərini, həyəcanını, qəzəbini ifadə edən "Bu gözəl təbiət" xoru xalq obrazının ekspozisiyası rolunu onayır. Kəndlilərin obrazı artıq I pərdədən dramaturji fəallığı ilə seçilir.
Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart1879, Bakı — 2 fevral1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932). Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.
Məmmədova Şövkət Həsən qızı (18 aprel, 1897, Tbilisi – 8 iyun1981, Bakı) — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycanopera ifaçısı və müəllimi. Azərb. SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.
Yusif Eyvazov (d. 2 may1977, Bakı) — Azərbaycan əsilli opera müğənnisi, tenor.
1996-1998-ci illərdə Bakı Dövlət Konservatoriyasında oxumuş, sonralar Franko Korelli, Maqdı Olivero və Plasido Dominqo kimi opera ifaçılarından ustad dərsləri almışdır. 2009 cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış etmişdir.
Vyana Dövlət Operası (alm.Wiener Staatsoper), 1918 ci ilə kimi Vyana Saray Operası, 27 sentyabr1938 ci ildən Vyana Dövlət Operası— Avstiyada ən böyük opera binası. 1861 ci ildə Vyana Şəhərsalma Fondunun sifarişi ilə memarlar alm.August Sicard von Sicardsburg, alm.Eduard van der Nüll tərəfindən inşaasına başlanılaraq,25 may, 1869 cu ildə bitirilmişdir. Açılış günü səhnəsində Volfqanq Amadey Mosartın “Don Juan” operası oynanılmışdır.
1 may — 31 may, 1945 ci illərdə opera alm.Opernhaus der Stadt Wien –
Wiener Staatsopernensemble — “Vyana Şəhər Operası – Dövlət Opera Ansambılı” adlandırılmışdır.
Şahzadə Kalaf:
Nessun Dorma! Nessun Dorma!
Tu pure, o principessa,
nella tua fredda stanza
guardi le stelle che tremano
d’amore e di speranza!
ma il mio mistero
è chiuso in me,
il nome mio nessun saprà!
no, no, sulla tua bocca lo dirò,
quando la luce splenderà!
ed il mio bacio scioglierà
il silenzio che ti fa mia!
Xor:
il nome suo nessun saprà…
e noi dovrem ahimè, morir, morir!…
Heç kim yatmasın! Heç kim yatmasın!
Sən də, şahzadə,
Soyuq otağında sevgi və ümidlə titrəyən
Ulduzları seyr et!
Amma mənim sirrim
məndə gizlidir
Adımı heç kimsə bilməyəcəkdir!
Xeyr, xeyr! Adımı ağzının
yanında ikən söyləyəcəyəm,
Günəş çıxanda!
Və səni mənimki edəcək olan öpüşüm
Səssizliyi əridəcək!
Adını heç kim tapmayacaq ...
Və biz də, ölməli olacağıq, ölməli olacağıq!
Ey gecə, yox ol! Ulduzlar, sönün!
Ulduzlar, sönün! Şəfəq vaxtı mən qalib gələcəyəm!
Qalib gələcəyəm, qalib gələcəyəm!
it.“Che gelida manina” (“Bu əllər necə soyuqdur”) Bohema
(italyanca)
Che gelida manina, se la lasci riscaldar...
Cercar che giova? Al buio non si trova.
Ma per fortuna, è una notte di luna,
e qui la luna... l'abbiamo vicina.
Aspetti, signorina,
le dirò con due parole:
chi son? chi son!... e che faccio...
come vivo?... Vuole?
Chi so? Sono um poeta.
Chi cosa faccio? Scrivo.
E come vivo? Vivo.
In porvetà mia lieta,
scialo da gran signore...
rime ed inni d'amore.
Per sogni e per chimere...
e per castelli in aria!
L'anima ho milionaria.
Talor dal mio forziere...
ruban tutti i gioelli
due ladri: gli ochhi belli.
V'entrar com voi pur ora,
ed i miei sogni usati
e i bei sogni miei tosto si dileguar!
Ma il furto non m'accora,
poichè v'ha preso stanza... la speranza!
Or che mi conoscete, parlate voi deh! parlate...
Chi siete?
Vi piaccia dir?
(azərbaycanca, hərfi tərcümə)
Bu əllər necədə soyuqdur!
İzin verin qızdırım.
Qaranlıqda axtarmaq nə fayda
Tapmaq üçün çox zülmətdir
Göydə ay doğana və ulduzlar sayrışanadəkş
İzin verin mənə madumazel,
Özümü sizə təqdim edim,
Kiməm, təxminən, nə ilə məşqulam,
Və mən burada yaşayıram!
İzninizlə?
(Mimi susur)
Mən kiməm? Dinləyin.
Mən adi şairəm.
Mən nə edirəm? Yazıram!
Necə yaşayıram? Beləki, yaşayıram!
Bu yoxsul otaqda
...
Qızıl xəyallarla
Havada qəsrlər ucaldar
Özümü ruhən milyonçu hiss edər,
Qəlbimdən çapıb alınar
Tez-tez gözəl cəvahirlər
Oğru cüt gözcüklər!
Bu gözcüklər sizinlə yenə gəlmiş
Alıb xəyallarımı götürmüş
Lakin mən zərrə qədər incimirəm
...
Bax beləcə məni tanıdınız. Deyiniz
mənə indi, sizin adınız nədir?
Sì. Mi chiamano Mimì,
ma il mio nome è Lucia.
La storia mia
è breve. A tela o a seta
ricamo in casa e fuori...
Son tranquilla e lieta
ed è mio svago
far gigli e rose.
Mi piaccion quelle cose
che han sì dolce malìa,
che parlano d'amor, di primavere,
di sogni e di chimere,
quelle cose che han nome poesia...
Lei m'intende?
(azərbaycanca, hərfi tərcümə)
Bəli. Məni Mimi çağırırlar,
amma adım Lusiyadır.
Mənim hekayətim
qısadır. Kətan, ipək üzərində
Tikirəm evdə, eşikdə...
Sakit və rahatca
Vururam naxışlar
zanbaqdan və qızılgüldən.
Bu işimdən məmnunam,
Belə şirin sehrə malik olmaq
O, sevgi və bahardan danışır,
Mənə arzu və xəyallardan danışır.
o, şeylər ki, poetik ada malikdirlər...
Siz məni anlayırsınızmı?
Vecchia zimarra, senti,
io resto al pian, tu ascendere
il sacro monte or devi.
Le mie grazie ricevi.
Mai non curvasti il logoro
dorso a ricchi, ai potenti,
né cercasti le frasche
dei dorati gingilli.
Passâr nelle tue tasche
come in antri tranquilli
filosofi e poeti.
Ora che i giorni lieti
fuggir, ti dico: addio
fedele amico mio.
(azərbaycanca, hərfi tərcümə)
Qulaq as, ey köhnə palto
Mən yerdə qalıram, Siz qalxın
Müqəddəs mərhəmət dağına.
Minnətdarlığımı qəbul edin.
Siz heç əyilmədiniz
Varlılara, imkanlılara.
Cibləri verilir
Sakit daldalanmaq üçün
Filosoflara və şairlərə
Keçdi o xoşbəxt günlər
Və mən sizə əlvida deyirəm
Mənim vəfalı dostum,
Əlvida, əlvida.
Recondita armonia di bellezze diverse!
È bruna Floria, l’ardente amante mia.
E te, beltade ignota, cinta di chiome bionde,
Tu azzurro hai l’occhio,
Tosca ha l’occhio nero!
L’arte nel suo mistero,
le diverse bellezze insiem confonde…
Ma nel ritrar costei,
Il mio solo pensiero,
Ah! il mio sol pensier sei tu,
Tosca, sei tu!
(azərbaycanca, hərfi tərcümə)
Gizlin harmoniya, çeşidli gözəlliklərlə!
Mənim ehtiraslı sevgilim Floria - əsmərdir.
Naməlum gözəl səninsə, gur buruq saçların sarışındır.
Gözlərin mavidir,
Toskanın gözlərisə qaradır.
İncəsənət öz sirrlərilə
Birləşdirir özündə bu iki gözəlliyi.
Amma çəkəndə mən onu,
Mənim tək düşündüyüm,
Ah! Mənim tək düşündüyüm - sənsən Toska, sən!
Hər zaman səmimi inancımla
Müqəddəslərə dualar etdim.
Hər zaman səmimi inancımla
Qurbangahı güllərlə bəzədim.
Ağır məqamda
Nəyə görə, niyə, Tanrım,
Nə üçün məni Sən belə mükafatlandırırsan?
Daş-qaşımı Məryəm libasına qurban etdim,
Mahnılarımı ulduzlara və göylərə qurban etdim,
hansı ki, möhtəşəm gözəlliklə gülürdülər.
Ağır məqamda
Nəyə görə, niyə, Tanrım,
Nə üçün məni Sən belə mükafatlandırırsan?
it.“E lucevan le stelle” (“Və ulduzlar parıldayırdılar”) Toska
(italyanca)
E lucevan le stelle,
ed olezzava la terra
stridea l’uscio dell’orto
ed un passo sfiorava la rena.
Entrava ella fragrante,
mi cadea fra le braccia.
O dolci baci, o languide carezze,
mentr’io fremente le belle forme disciogliea dai veli!
Svanì per sempre il sogno mio d’amore.
L’ora è fuggita, e muoio disperato!
E non ho amato mai tanto la vita!
(azərbaycanca, hərfi tərcümə)
Və ulduzlar parıldayırdılar,
Torpaq ətir saçırdı,
Bağça qapısı cırıldadı,
Və onun altı quma toxundu.
O, ətir saçaraq qəldi,
Və mənim qucağıma düşdü.
Ah şirin öpüş, ah xumar nəvaziş,
Titrəyərək, parlaq gözəlliyini örpəkdən azad etdim!
Əbədi sevgi xəyalına daldım.
Zaman keçdi, və ümidsiz ölürəm!
Və heç vaxt həyatı belə sevməmişdim!
it.“La donna è mobile” (“Qadınlar daimi deyil”) Riqoletto
(italyanca)
La donna è mobile
Qual piuma al vento,
Muta daccento — e di pensiero.
Sempre un amabile,
Leggiadro viso,
In pianto o in riso, — è menzognero.
Ritornello
La donna è mobil
qual piuma al vento
Muta daccento e di pensier!
e di pensier!
e di pensier!
È sempre misero
Chi a lei s'affida,
Chi le confida — mal cauto il cuore!
Pur mai non sentesi
Felice appieno
Chi su quel seno — non liba amore!
Ritornello
La donna è mobil
qual piuma al vento,
Muta daccento e di pensier!
e di pensier!
e di pensier!
(azərbaycanca, hərfi tərcümə)
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Davranış və fikirləri
Həmişə şirin,
Həmişə göyçək üzü
İstər kədərli, istər sevincli - yalançıdır.
Nəqarət
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Dəyişir davranış və fikirləri
Və fikirləri!
Və fikirləri!
Həmişə bədbəxtdir,
Kim ki, ona inanır,
Kim ki, ona güvənir - ürəyi ehtiyatsızdır!
Hər halda heç vaxt dadmaz
Əsl xoşbəxtliyi,
Kim ki, bu sinədə dadmaz sevgini!
Nəqarət
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Dəyişir davranış və fikirləri
Və fikirləri!
Və fikirləri!
O patria mia, mai più,
mai più ti rivedrò!
mai più, mai più ti rivedrò!
mai più, mai più ti rivedrò!O cieli azzurri…
O dolci aure native,
dove sereno il mio mattino brillò…
O verdi colli…
o profumate rive…
O patria mia, mai più
ti rivedrò!
O patria mia, mai più, mai più,
mai più ti rivedrò!
O patria mia, O patria mia,
mai più ti rivedrò
Mai più, no, no, mai più, mai più
O patria mia,
non ti vedrò mai più!
Mai più, mai, non ti vedrò mai più!
O patria mia, mai più ti rivedrò
(azərbaycanca, hərfi tərcümə)
Oh, mənim əziz ölkəm!
Bir daha,
Daha heç vaxt, mən səni görməyəcəyəm
Daha heç vaxt, Daha heç vaxt mən sənin mavi səmanı görməyəcəyəm
Oh şirin doğma meh
Orada şirin səhər işıq saçır
Oh yaşıl dağlar ...
Oh ətirli cərəyanlar...
Oh sevimli ölkəm, daha heç vaxt
Mən sizə görməyəcəyəm
Oh sevimli ölkəm, daha heç vaxt,
Daha heç vaxt, mən səni yeidən görməyəcəyəm.
Oh sevimli ölkəm
Oh sevimli ölkəm
daha heç vaxt yenidən görməyəcəyəm ..
Oh sevimli ölkəm,
daha səni heç vaxt görməyəcəyəm
Oh sevimli ölkəm, daha heç vaxt,
daha heç vaxt, mən səni yenidən görməyəcəyəm
it.“La fatal pietra sovra me si chiuse” (“Ölüm daşı indi məni qapayacaq”) Aida
(italyanca)
Radames:
La fatal pietra sovra me si chiuse...
Ecco la tomba mia. Del dì la luce
Più non vedrò... Non revedrò più Aida.
Aida, ove sei tu? Possa tu almeno
Viver felice e la mia sorte orrenda
Sempre ignorar! Qual gemito!... Una larva...
Una vision... No! forma umana È questa.
Ciel! Aida!
Aida:
Son io.
Radames:
Tu... in questa tomba!
Aida:
Presago il core della tua condanna,
In questa tomba che per te s'apriva
Io penetrai furtiva...
E qui lontana da ogni umano sguardo
Nelle tue braccia desiai morire.
Radames:
Morir! sì pura e bella!
Morir per me d'amore...
Degli anni tuoi nel fiore
Fuggir la vita!
T'avea il cielo per l'amor creata,
Ed io t'uccido per averti amata!
No, non morrai!
Troppo t'amai!
Troppo sei bella!
Aida:
Vedi?... di morte l'angelo
Radiante a noi s'appressa,
Ne adduce eterni gaudii
Sovra i suoi vanni d'or.
Già veggo il ciel dischiudersi,
Ivi ogni affanno cessa,
Ivi comincia l'estasi
D'un immortale amor.
(azərbaycanca, hərfi tərcümə)
Radames:
Ölüm daşı indi məni qapayacaq
Bu mənim məzarımdır. Bir daha mən
İşıq üzü, bir daha Aidanı
görməyəcəyəm.
Aida haradasan? Mayda ən azından
xoşbəxt yaşa, xəbərsiz
Mənim acı taleyimdən, xəbərsiz,
Nəfəs? Kabus,
görünür - yox, bu insan cildidir!
Göylər! -Aida!
Aida:
Bu mənəm
Radames:
Sən — bu məzarda!
Aida:
Qəlbimdə öz taleyimi his etdim.
Xəlvət bu məzara gəldim
Sizə qovuşmaq üçün.
Və budur, hər kəsin gözündən uzaq,
Səninlə birlikdə ölməyə gəldim!
Radames:
Ölmək-necə pak, necə gözəldir!
Ölmək, məni sevərək!
Bu gənc çağında,
həyatdan imtina edərək!
Göylər səni sevərək yaratmış,
Belə ki səni sevib səni öldürmək!
Yox, sən ölməyəcəksən!
Mən səni çox sevdim,
Sən ölmək üçün çox gözəlsən!
Aida:
Görürsən? Ölüm mələyi,
Parlaq qanadları ilə yaxınlaşır,
öz qızılı qanadları üzərində bizi
əbədi sevincimizə çatdırmaq üçün
Üstümüzə göylər açılır.
Orada, hər qüssə bitir,
Oradaca sevinc başlayır,
Əbədi məhəbbət sevinci.
Habanera ariyası fr.“L'amour est un oiseau rebelle” (“Eşq azad (vəhşi) bir quşdur”) Karmen
(fransızca)
L'amour est un oiseau rebelle
que nul ne peut apprivoiser,
et c'est bien en vain qu'on l'appelle,
s'il lui convient de refuser.
Rien n'y fait, menace ou prière,
l'un parle bien, l'autre se tait:
Et c'est l'autre que je préfère,
Il n'a rien dit mais il me plaît.
L'amour! L'amour! L'amour! L'amour!
• • •
L'amour est l'enfant de Bohême,
Il n'a jamais, jamais connu de loi;
Si tu ne m'aimes pas, je t'aime;
Si je t'aime, prends garde à toi! (Prends garde à toi!)
Si tu ne m'aimes pas,
Si tu ne m'aimes pas, je t'aime; (Prends garde à toi!)
Mais si je t'aime, si je t'aime;
Prends garde à toi!
• • •
L'oiseau que tu croyais surprendre
Battit de l'aile et s'envola.
L'amour est loin, tu peux l'attendre;
Tu ne l'attends plus, il est là.
Tout autour de toi, vite, vite,
Il vient, s'en va, puis il revient.
Tu crois le tenir, il t'évite,
Tu crois l'éviter, il te tient!
(azərbaycanca, hərfi tərcümə)
Eşq azad bir quşdur
Heç kəs onu ram edə biməz,
Onu səsləməyin əbəsdir,
Əl çəkəsən gərək
Əbəsdir hədələr və yalvarmalar
Kimi gözəl danışır, kimisi susur
Mən susanı seçirəm:
Bir söz deməsə də mənə xoşdur
Eşq! Eşq! Eşq! Eşq!
• • •
Eşq - İlahə övladı,
O, qayda-qanun bilməz;
Boynuna al ki mənə vurulmusan, necə ki, mən sənə;
Əgər mən sənə vurulmuşamsa! (Özünü gözlə!)
Deki məni sevmirsən,
Deki məni sevmirsən, necə ki, mən səni! (Özünü gözlə!)
Əgər mən səni sevirəmsə,
Əgər mən səni sevirəmsə, özünü gözlə!
• • •
Hesab edirsən ki, o quşu tutmusan,
Qanad açaraq uçub gedir —
Eşq artıq uzaqlarda, sən isə intizarda;
Gözlənilmədikdə isə — budur burada!
Dərhal, cəld ətrafında
Çırpınar, uçar, geri dönər,
Fikirləşirsən onu tutmusan — o qaçır,
Fikirləşirsən ondan qaçmısan — budur onun ixtiyarındasan!
Va, pensiero, sull’ali dorate;
Va, ti posa sui clivi, sui colli,
Ove olezzano tepide e molli
L’aure dolci del suolo natal!
• • •
Del Giordano le rive saluta,
Di Sionne le torri atterrate…
Oh mia patria sì bella e perduta!
Oh membranza sì cara e fatal!
• • •
'Arpa d’or dei fatidici vati,
Perché muta dal salice pendi?
Le memorie nel petto riaccendi,
Ci favella del tempo che fu!
• • •
O simile di Solima ai fati
Traggi un suono di crudo lamento,
O t’ispiri il Signore un concento
Che ne infonda al patire virtù!
(azərbaycanca, hərfi tərcümə)
Uç düşüncə, qızıl qanadlar üstə;
Uç dincəl, dağlarda, təpələrdə;
Harada ki, havası vətənin şirinliyi,
hərarəti və zərifliyi ilə doludur!
• • •
Salamla İordan sahilini,
dağılmış Sion qülləsini...
Ey gözəl itirilmiş vətən!
Əziz, ölümcül xatirələr!
• • •
Qədim peyğəmbərlərin qızıl arfası,
Niyə, susaraq, inancdan asılmısan?
Oyat ürək yaddaşını,
Danış keçmişindən!
• • •
Qoy eşidilsin iniltin,
Qüdsün acı taleyi kimi,
Tanrı sənə nəğmə qoşsun ki,
Bizə dözüm üçün güc versin!
it.“Di quella pira l'orrendo foco” (“Tonqalın alovu amansızdır”) Trubadur
(italyanca)
Manrico (tenor):
Di quella pira l'orrendo foco
Tutte le fibre m'arse avvampò!...
Empi spegnetela, o ch'io tra poco
Col sangue vostro la spegnerò...
Era già figlio prima d'amarti
Non può frenarmi il tuo martir.
Madre infelice, corro a salvarti,
O teco almeno corro a morir!
Leonora (soprano):
Non reggo a colpi tanto funesti...
Oh quanto meglio sarìa morir!
Ruiz (tenor), Chorus of soldiers:
All'armi, all'armi! eccone presti
A pugnar teco, teco a morir.
(azərbaycanca)
Manrico (tenor):
Tonqalın alovu amansızdır
Dəhşətə gəlirəm, zalım baxışlarından!...
Qəddar, söndür onu, yoxsa söndürərəm
Onu sizin qanınızla mən...
Oğlun səni çox sevir
Sənin ağrılarına dözməz,
Zavvalı anam, səni qurtararam,
Ya da ki, Səninlə ölərəm!
Leonora (soprano):
Mən bu zərbəyə dözə bilmərəm ...
Bundansa ölmək daha yaxşı
(fransızca)
I.
Le veau d’or est toujours debout ;
On encense
Sa puissance
D’un bout du monde à l’autre bout !
Pour fêter l’infâme idole,
Rois et peuples confondus,
Au bruit sombre des écus
Dansent une ronde folle
Autour de son piédestal?…
Et Satan conduit le bal !
II.
Le veau d’or est vainqueur des Dieux ;
Dans sa gloire
Dérisoire
Le monstre abject insulte aux cieux !
Il contemple, ô race étrange !
A ses pieds le genre humain
Se ruant, le fer en main,
Dans le sang et dans la fange
Où brille l’ardent métal !…
Et Satan conduit le bal !
Et Satan conduit le bal !
(azərbaycanca, hərfi tərcümə)
I.
Yer üzündə, insan irqi,
Alçaq bütə edir səcdə
O, bütün kainata hakim
Bu büt - qızıl buzovdur!
Canla-başla səcdə edirlər bütə
Bütün məsəb və ölkələrin insanları
Dəlicə rəqs edir dövrəsində
Bu kürsü ətrafında?...
İblisdir mərasimə hakim!
II.
Qızıl büt edir göylərə nifrət;
Dəyişir rişxəndlə
o, göylərin hökmünü!
Çəkişir ölkələr;
Qılıncla axıdılır
İnsan qanı su kimi
Dəmir üçün ölür insanlar!
İblisdir mərasimə hakim!
İblisdir mərasimə hakim!
it.“No Pagliaccio non son” (“Yox, mən payaç deyiləm!”) Palyaçolar
(italyanca)
No! Pagliaccio non son!
Se il viso è pallido
è di vergogna,
e smania di vendetta!
L’uom riprende i suoi diritti,
e’l cor che sanguina
vuol sangue a lavar l’onta,
o maledetta!
No. Pagliaccio non son!
Son quei che stolido ti raccolse
orfanella in su la via
quasi morta di fame,
e un nome offriati
e un amor
ch’era febbre e follia!
Gruppi di donne
Comare, mi fa piangere!
Par vera questa scena!
Un gruppo di uomini
Zitte laggìu.
Che diamine!
Silvio (a parte)
Io mi ritengo appena!
Sperai, tanto il delirio
accecato m’aveva,
se non amor, pietà… mercé!
Ed ogni sacrifizio
al cor, lieto, imponeva,
e fidente credea
più che in Dio stesso, in te!
Ma il vizio alberga sol
ne l’alma tua negletta:
tu viscere non hai…
Sol legge è'l senso a te:
va, non merti il mio duol,
o meretrice abbietta,
vo' ne lo sprezzo mio
schiacciarti sotto i piè!
La folla (entusiasta)
Bravo!…
Nedda (fredda ma seria)
Ebben, se mi giudichi
di te indegna,
mi scaccia in questo istante.
Ah! ah! di meglio chiedere
non puoi che correr tosto
al caro amante.
Sei furba!
No, per Dio, tu resterai
e il nome del tuo ganzo
mi dirai.
(azərbaycanca, hərfi tərcümə)
Yox, mən payaç deyiləm!
Mənim üzüm solmuşsa,
bu rüsvayçılıqdandır.
bu qisas hərisliyindəndir!
Kişinin ləyaqətini qorumaq haqqı var!
Qanamış ürəyim qisasa susamış.
Ancaq qan yuyar ləkəmi,
Lənətə gələsən qadın!
Yox, mən payaç deyiləm!
Mən axmaq, aldım bu
qarnıac kimsəsizi
küçənin pəncəsindən
Mən axmaq, sənə pak adımı
və eşqimi verdim
Ehtiras və arzularımı!
Xor (kənd qadınları, onlar hələ anlamırlar ki, olanlar — tamaşa deyil)
Zavallı!
Onun hekayəsi həyatdandır!
Хor (kənd kişiləri — onlar hələ anlamırlar ki, bu tamaşa deyil, həqiqi faciədir)
Susunuz siz axmaqlar,
Tanrı xatirinə!
Silvio (ətrafa)
Özümü ələ almağa taqətim yoxdur!
Öz kor olmuş sadəlövhlüyümlə
güman edirdim ki,
eşq olmasa da, heç olmasa alicənablığıma...
Xəyanət etməzsən, etdiyim yaxşılıqları yerə vurmazsan,
Buna görə sənə tanrıdanda artıq inanırdım!
Nəyinki pislik və günah
ölmüş canında varmış:
sənə duyğum qalmadı...
Sənə heyvan ehtirası hakimdir:
Dəf ol! Sən mənim əzablarıma layiq deyilsən!
Sən çirkin fahişəni!
Səni əzmək istəyirəm!
Kütlə (ruh yüksəkliyi ilə, hələ də anlamır ki, bu bir faciədir komediya deyil)
Bravo!
Nedda (ciddi və təmkinlə)
Necə istəyirsən. Layiq bilmirsənsə
dərhal burax məni!
Ha-Ha! Sənə elə bu lazımdır!
Səni qovum bir baş
qiymətli məşuqunun qucağına!
Necə də ağıllısan!
Amma yox, qalacaqsan burda mənimlə
Deyəcəksən mənə adını
Sənin aşnanın.
Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.