Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Qısaca desək ədəbiyyat bədii və ya intellektual dəyəri olduğu hesab olunan sənət forması və ya hər hansı sənət forması kimi istinad edilən yazı işidir. Ədəbiyyat şifahi və yazılı olmaqla iki yolla yaranıb və inkişaf edir. Ədəbiyyat ifadə formasına, növünə və ya tarixinə görə müxtəlif janrlara bölünür.
Hərb və Sülh (rus.Война и миръ) — rusyazıçısıLev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və Sülh" L.Tolstoyun digər əsəri olan "Anna Karenina" ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.
"Hərb və Sülh" RusiyanınFransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867–ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir. 2009–cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Books" sırasında "Hərb və Sülh" birinci olmuşdur.
Con Kennedi iyirmi dəqiqədə dörd qəzet oxuya bilirdi;
Volter eyni zamanda bir neçə əsər yazırdı. O iş stoluna oturaraq əhval-ruhiyyədən asılı olaraq əlyazmanı götürür və onun üstündə işləməyə davam edirdi;
Məşhur "Ovod" romanın yaradıcısı Etel Lilian Voyniç bəstəkar idi və hətta öz musiqi əsərlərini ədəbiyyat əsərlərindən daha əhəmiyyətli hesab edirdi;
Şerlok Holmsun prototipi London xəfiyyəsi Filipp Biq idi. 1885-dən 1910-cu ilə qədər Londonda bütün böyük cinayətlərin açılışı onun işi idi;
Yeni əsər üzərində işləməyə başlayaraq Onore de Balzak, bir-iki ay otağında bağlanırdı və pəncərə qapaqlarını kip bağlayırdı ki, onlar vasitəsilə işıq daxil olmasın. O şam işığında, xələtə geyinmiş və hər gün 18 saat yazırdı;
Dünyanın ən uzun əlifbası 74 hərflik Kamboca əlifbasıdır;