Pab
Naviqasiyaya keç
Axtarışa keç
Pab (ing. Pub) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Pablar ingilis sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir. Pab sözü İngilis dilində Public House (azərb. İctimai Ev) sözlərinin qısaldılmasından əmələ gəlmişdir. Bu tipli içkixanalar əsasən Böyük Britaniyanın hakim olduğu ərazilərdə (Avstraliya, Kanada, Yeni Zelandiya) yayılmışdır. Mütəxəssislər tərəfindən Pablar Tavernaların müasir forması kimi izah edilir.