42°58′56″ şm. e. 47°30′38″ ş. u.HGYO

P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi
Xəritə
Əsası qoyulub 1958
Mövzu incəsənət
Ölkə
Yerləşir Dağıstan Respublikası, Mahaçqala şəhəri
Ünvan Mahaçqala, Maksim Qorki küçəsi, 8
Direktor Səlihat Rəsulovna Qamzatova
42°58′56″ şm. e. 47°30′38″ ş. u.HGYO
dagartmuseum.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət MuzeyiMahaçqala şəhərində mədəni-maarif və mədəniyyət müəssisəsi. Muzey Qorki küçəsi, 8 ünvanında yerləşir. Direktoru Səlihat Rəsulovna Qamzatovadı.

Muzeyin daimi sərgisinin 10 zalında, ziyarətçilərə eramızdan əvvəl II minillikdən indi ki dövrə qədər Dağıstan və xarici ustaların əsərləri - rəsm, qrafika, heykəltaraşlıq, keramika, ağac oymacılığı, mis, xalça, mebel, şüşə, çini, fayans təqdim olunur.[1]

Muzeyin kolleksiyasında V.K.Şebuyevin ("Dilənçi"), İvan Ayvazovskinin ("Dənizdə fırtına", "Boyar arvadı Morozova") İ.N.Kramskotun ("Bacımın portreti") F.S. Juravlevin ("Yaşlı adam"), K.V.Lemoxanın ("Kəndli həyəti"), K.E Makovskinin ("Oğlan portreti"), Vasili Surikovun "Boyar arvadı Morozova "rəsm əsərinin eskizi, İsaak Levitanın ("Korniş. Fransanın cənubu"), V.D.Polenova ("Oka çayı"), K.A.Korovina ("Səmərqənd"), A.Y.Qolovinin ("İspan"), V.M.Vasnetsovun ("Qamayun quşu") sərgilənir.

"Dağıstan rus rəssamlarının gözündə" şöbəsində, Frans Rubonun rəsmlərindən və Qriqori Qaqarin litoqrafiya albomundan əlavə, N.Q.Çerneçovun (Qafqazın romantik mənzərələri), İ. Zankovskinin ("Aylı gecə", "Saltın dərəsi", "Dağ mənzərəsi"), A.Şamşinovun ("Qaradağ"), İ.F.Aleksandrovskinin ("Dağ mənzərəsi"), E.A.Lanserin heykəli ("At sürmə") daxildir.[2]

Muzeyin kolleksiyasında rus qrafikası nümunələri - Mixail Vrubelin "İsmayıl -Bəy" və "Məhbus" əsərləri, İlya Repinin "Çay otağında" eskizi, Valentin Serovun "Atlı Döyüşçü" akvareli, A.N. Benoisin mənzərələri; sovet dövrünün rəssamlarının, əsasən Dağıstanlıların əsərləri, məsələn, H.B.Askar-Sarıdja, E.M.Puterbrot, S.M.Salavatov, N.A.Lakov, K.F.Vlasova, A.Z.Xadjayev, Y.M. Xanmaqomedov, Ş.Şahmardanov, G.N.Konopatskaya, A.İ.Avqustoviç, M.A.Cemal, Y.A.Mollayev, D.A.Kapanitsın, M.K.Yunusilau, M.Şabanov, Sungurov qardaşları, H.Qurbanov, O.Hüseynov, O.Efimov, A.Emirbekov, G.Kambulatov, B.Evseyev, Y.Nikolayev, G.Pşenitsına, A.İ.Markovskaya, V.N.Qorkov, G.İranpur və Dağıstan heykəltaraşları - A.M.Yaqudaev, T.N.Musakhanova, A.İ.Qazalıyev, ilk Dağıstanlı qadın heykəltaraş B.Ə.Muradovanın əsərləri də sərgilənir.

Muzeydə tez-tez tematik sərgilər, görüşlər, mühazirələr və s. keçirilir.[3][4], встречи, лекции и т. п.[5][6]

P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi 1958-ci ildə RSFSR Mədəniyyət Nazirliyinin sifarişi ilə Dağıstan Respublika Diyarşünaslıq Muzeyinin Şəkil Qalereyası əsasında yaradılmışdır. Muzey keçmiş inzibati binada yerləşdirilmişdir.[7]

1920-ci illərdə görkəmli Dağıstan dövlət və ictimai xadimi A. Taxo-Qodi tərəfindən şəxsən formalaşdırılan sənət muzeyinin kolleksiyasına XVII-XIX əsr rus rəsamlarının əsərlərindən ibarət Knyaz A.İ.Baryatinskinin tam kolleksiyası, T. Qorşeltin bir neçə orijinal əsəri daxil olmuşdur. Muzeyə Tiflisdəki "Şöhrət Məbədi" Qafqaz Hərbi-Tarixi Muzeyindən F.A.Rubonun "Axulqo", "Gümrü kəndinə hücum", N.Y.Sverçkovun "Şamilin portreti",[8] F.İ.Baykovun "Keçid" rəsm əsərləri qəbul edildi. Həmçinin "Çaydan keçən dağlılar" və digər əsərlər, o cümlədən D.Pavlovdan hədiyyə olaraq - Knyaz Q.Q.Qaqarinin rəsmlərindən ibarət albom və Şamil və ailəsinin həyatından səhnələri əks etdirən 18 litoqrafiya sənət muzeyini zənginləşdirdi.

1964-cü ildə Patimat Saidovna Qamzatova muzeyin direktoru təyin edildi, 2000-ci ilə qədər muzeyi daimi olaraq idarə etdi və inkişafı üçün böyük işlər gördü.[9]

2000-ci ildə Dağıstan Respublikası Hökumətinin qərarı ilə muzeyə Patimat Saidovna Qamzatovanın adı verildi.[9]

  1. "Коллекции музея". 2020-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  2. "Дагестанский музей изобразительных искусств имени П. С. Гамзатовой. Официальный сайт". 2020-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  3. "К 90-летию Манабы Магомедовой. В Махачкале открылась выставка работ знаменитой уроженки аула златокузнецов". 2018-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  4. "В поисках вневременного". 2005-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
  5. "Новости музея". 2020-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  6. "Музейные услуги". 2020-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  7. "Верховный Совет Дагестанской АССР". 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-20.
  8. "Сверчков Николай Егорович (1817—1898) Сверчков Н. Е. Портрет Шамиля. Холст, масло". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  9. 1 2 "Сказочный мир из серебра". 2005-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
  • «История формирования и комплектования коллекции Дагестанского музея изобразительных искусств». Сборник научных статей: история, исследования, опыт, открытия. Вып.1. /Дагестанский музей изобразительных искусств. Махачкала 2002 г. С. 5 — 27

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]