Olena Kisilevska
Olena Kisilevska | |
---|---|
Doğum tarixi | 24 mart 1869 |
Vəfat tarixi | 29 mart 1956 (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Olena Kisilevska (ukr. Оле́на Кисіле́вська; 24 mart 1869 – 29 mart 1956, Ottava) ― ukraynalı ictimai fəal, jurnalist və yazıçı. O, Ukrayna Milli Demokratiya İttifaqı (UNDO) partiyası adından senator (1928–1935) olub.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Olena 24 mart 1869-cu ildə Avstriya-Macarıstan İmperiyasında, Qalisiyadakı Monastıriska şəhərində, Ukrayna Yunan Katolik Kilsəsinin keşişi Lev Simenoviçin ailəsində anadan olub. Kisilevska uşaqlığını Filvarki (indiki Podqorodnoye) kəndində keçirib. O, atasının ölümündən sonra 1884-cü ildə Stanislavivdəki (indiki İvano-Frankovsk) Vidılov məktəbinə daxil olmuşdur. O, 1884-cü ildə Nataliya Kobrinska tərəfindən yaradılmış "Tovaristvo ruskıx jınok" (Ukrayna Qadınları Assosiasiyası) təşkilatına qoşularaq Qalisiyadakı qadın hərəkatında fəal iştirak edib.[1]
Yazıçılıq
[redaktə | mənbəni redaktə et]Kisilevska 1910-cu ildə almanaxlarda və jurnallarda təhsil və qadın hüquqlarına dair qısa hekayələr və məqalələr dərc etməyə başlamış və 1912-ci ildən Dilo qəzetində qadınlar üçün ayrılmış səhifəni redaktə etmişdir. O, Birinci Dünya müharibəsi illərində Avstriyanın Vyana şəhərində Qızıl Xaç Cəmiyyətinin hərbi əsirlərə və yaralılara yardım komitəsinin üzvü idi. Kisilevska müharibədən sonra Lvovdakı Ukrayna Qadınlar Birliyinin icraçı üzvü oldu.[1]
O, 1925–1939-cu illərdə Kolomya şəhərində yarım aylıq "Jinoça dolia" jurnalını nəşr etdirmiş və redaktə etmişdir. O, Qərbi Avropa və Şimali Amerikaya səyahət etmiş (1924), beynəlxalq qadın hərəkatında iştirak etmiş və Ukraynada qadın təşkilatları təşkil etmişdir. Bu səyahətlərdən bir neçəsi onun "Qara dəniz sahilindən məktublar" (1939) və "Doğma yurdumun ətrafında" (1951) adlı səyahətnamələrində təsvir edilmişdir.[1]
Senatorluq
[redaktə | mənbəni redaktə et]Kisilevska Ukrayna Milli Demokratiya İttifaqının fəal üzvü olub və iki dəfə Polşa senatına seçilib.(1928–1935). O 1935-ci ildən Lvovdakı "Silskıy qospodar" (Kənd sahibi) cəmiyyətinin qadınlar şöbəsinə rəhbərlik etmişdir.[1][2][3] "Silskıy Qospodar" 1899-cu ildə yaradılmışdı və Qalisiyadakı ən mühüm kənd təsərrüfatı təşkilatı idi.[4]
İkinci Dünya müharibəsi nəticəsində Kisilevska 1948-ci ildə tarixçi, jurnalist və naşir olan oğlu Vladimir Kaye-Kysilevski ilə birlikdə Kanadaya köçənə qədər Şimali Avropada köçkün kimi yaşadı. Elə həmin il Olena Ukrayna Qadın Təşkilatları Ümumdünya Federasiyasının ilk prezidenti seçildi və ölənə qədər bu vəzifəni icra etdi.[5]
Ölümü
[redaktə | mənbəni redaktə et]Olena Kisilevska 29 mart 1956-cı ildə Kanadanın Ottava şəhərində vəfat edib.[1]
Arxivlər
[redaktə | mənbəni redaktə et]- Kisilevskanın şəxsi arxivləri (sənət əsərləri, məqalələr, eskizlər və xatirələr) Kanada Ukrayna Tədqiqatları İnstitutu tərəfindən təqdim edilmiş Olena Kysilevska Kolleksiyası (1985) adı ilə Ottavadakı Kanada Kitabxana və Arxivlərində saxlanılır.[1][3]
- Onun işlərini Harvardın Ukrayna Tədqiqat İnstitutunda, HOLLIS 009497096 arxivində də tapmaq olar. Oradakı yazıdan: "Ukrayna Qadın Təşkilatları Ümumdünya Federasiyasının prezidenti Olena Kisilevskanın (1948–1956) nəşriyyat fəaliyyətinə işıq salır."[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Balan, Boris. "Kysilevska, Olena". Encyclopedia of Ukraine. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
- ↑ Haleta, Olena. "Instead of a Novel: Sophia Yablonska's Travelogues in the History of Modern Ukrainian Literature". Aspasia (ingilis). 14 (1). 2020-03-01: 78–103. doi:10.3167/asp.2020.140107. ISSN 1933-2890. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
- ↑ 1 2 Canada, Library and Archives. "Collection Search". recherche-collection-search.bac-lac.gc.ca. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
- ↑ "Silskyi Hospodar". www.encyclopediaofukraine.com. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-02.
- ↑ Balan, Boris. "Kysilevska, Olena". Encyclopedia of Ukraine. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
- ↑ "re. Kysilevska, Olena, 1948-1978 | HOLLIS for". hollisarchives.lib.harvard.edu. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.