NEFAZ
NEFAZ | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | Avtomobil sənayesi |
Məhsulları | avtobuslar, özüboşaldan yük avtomobilləri, qoşqular, kənd təsərrüfatı texnikası |
Təsis tarixi | 1972 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲8,661 mld rubl. (2015) |
Struktur | |
Ana şirkət | Kamaz |
Rəhbərlik | |
Rəhbərlik | Sergey Zuykov[1] |
nefaz.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi.
13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır.
15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir.
11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
1981-ci ildə avtobus istehsalına başlanılır. İl ərzində istehsal güçü 3000 ədəd olur.
19 may 1982-ci ildə 100 mininci «KAMAZ-5511» avtomobili istehsal edilir.
1993-cü ildə zavod «Neftekamsk avtozavod» ATSC çevrilir.
2000-cu ilin avqustunda a sinfi, iri tutumlu avtobusların layihəsi hazırlanır.
6 dekabr 2000-cu ildə isə ilk şəhər tipli «NefAZ-5299» avtobuslarının istehgsalına başlanılır.
2006-cı ilin ortalarında zavodla hollad-belçika konseni maraqlanır. Onlar müştərək yeni sərnişin avtobusunun istehsalına başlayırlar.
2012-ci ilin sonlarında KAMAZ və Braziliyanın Marcopolo S.A. şirkəti ilə birlikdə Bravis avtobuslarının istehsalına başlamışlar. Avtobus KAMAZ şassiləri üzərinə yığılmışdır və 25 yerlikdir[2].
28 avqust 2012-ci ildə elektrikli avtobuslar olan NefAZ-52992 sertifikatı alınır[3].
2016-cı ildə «NEFAZ» ATSC «NEFAZ» İctimai Səhmdar Cəmiyyətinə çevrilmişdir.
Müəssisənin strukturu
[redaktə | mənbəni redaktə et]Nefaz üç əsas korpusdan ibarətdir: yük maşınları bölməsi, avtomobillər və sisternlər, avtobus istehsalçıları və köməkçi sexlər.
Əsas səhmdralar
[redaktə | mənbəni redaktə et]- «Kamaz» İctimai Səhmdar Cəmiyyəti — 50,02 % səhm
- Başqırdıstan Respublikası — 28,5 % səhm
Məhsullar
[redaktə | mənbəni redaktə et]Müəssisədə istehsal olunur:
- Özüboşaldan yük avtomobilləri,
- Avtobuslar,
- Avtosisternlər, qoşqular və yarımqoşqular,
- Tentli qoşqu və yarımqoşqular,
- Sərnişin avtobuslar,
- Kənd təsərrüfatı maşınları,
- Digər texnikalar.
NEFAZ Rusiya bazarında avtobus satışı üzrə 30 % paya malikdir. 2005-ci ildə NEFAZ 1156 avtobus satmışdır.
DAF və VDL ilə birlikdə 15 metrlik şəhər avtobusları istehsal olunmuşdur. Ancaq onlar davamlı istehsal gercəkləşdirilməmişdir. 2012-ci ildə məshul satışından 10 mld rus rublu əldə edilmişdir. İstehsal olunmuşdur:
- Özüboşaldan yük avtomobilləri — 11 783 əd.
- Dəyişkən avtomobillər — 880 əd.
- Sərnişin avtobusları — 740 əd.
- Üzən texnikalar — 1 351 əd.
- Yük qoşqu texnikaları — 3 837 əd.
- Ehtiyat hissələri — 468 mln rubl dəyərində.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
NefAZ Belqorodda
-
Yekaterinburq küçələrində
-
Kazanda
-
NefAz-5299
-
NefAZ-4208/4951
-
NefAZ-5299T kuzası əsasında hazırlanmış BTZ-52765 troleybusu
-
NefAZ-5299-37-33
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ПАО «НЕФАЗ»: На НЕФАЗе - новый генеральный директор". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
- ↑ СП КАМАЗа и бразильской Marcopolo начало производство автобусов Bravis в Башкирии Arxivləşdirilib 2016-08-10 at the Wayback Machine // ria.ru, 20.12.2012
- ↑ "Электробус НЕФАЗ сертифицирован". 2012-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Экскурсия по Нефтекамскому автозаводу" Arxivləşdirilib 2011-12-11 at the Wayback Machine