Nüzhə
Naviqasiyaya keç
Axtarışa keç
Nüzhə | |
---|---|
Nüzhə (ənnüzhət) – Səfiəddin Urməvinin icad etdiyi simli musiqi alət. Müəllifin öz deməsinə görə, səntur, qanun və çəngin birləşməsindən əmələ gəlib.
Söz açımı
[redaktə | vikimətni redaktə et]"Nüzhə", "ənnüzhət" sözləri ərəbcə "əyləncə", "könül oxşama" deməkdir [1]. Bu da alətin səs tembri ilə bağlıdır.
Tarixçə
[redaktə | vikimətni redaktə et]Orta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Arxivlərdə aparılan araşdırmalar sonucunda aləti bərpası mümkün olub.
Quruluşu
[redaktə | vikimətni redaktə et]Quruluşca səntura bənzəyir və səntur kimi xromatikdir. Uzun dördbucaqlı şəklindədir, 81 simi vardır. Bu simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Türk Dil Kurumu. Büyük Türkçe Sözlük - Nüzhet". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Nüzhə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.