Mollaoba
Mollaoba | |
---|---|
38°56′ şm. e. 48°42′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Mollaoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Masallı rayonunun faktiki mövcud olan Mollaoba kəndi dəqiqləşdirmə qaydasında Boradigah qəsəbə Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Burada yayı quraq keçən mülayim isti iqlim üstündür. Havası rütubətlidir. Mollaoba iki böyük məhəllədən və kiçik məhəllələrdən (Daşqunlu, Ətcəli) ibarətdir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Mollaoba əhalisinin buraya gəlmə əhali olduğu haqqında bir-çox mülahizələr vardır. Bunlardan birinə görə kəndin əhalisi 1556-cı ildə Şamaxı zəlzələsindən sonra buraya köç etmiş bir neçə ailənin nəsil davamçılarıdır.
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.[2]
2009-ci il siyahıyaalınmasına əsasən, Mollaoba kənd sakinlərinin sayı 3211 nəfərdir.[3]
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Zəliyetişdirmə
[redaktə | vikimətni redaktə et]Sovetlər dönəmində bu kənddə zəliyetişdirmə kombinatı olub.[4]
Hazırda kəndin bəzi sakinləri həyətyanı sahədə zəli yetişdirməklə məşğuldurlar.[5] Burada əsasən yerli qara zəli növü yetişdirir.[5] və həmçinin dəmirçilik sənəti ilədə taninir
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Zəliyə zəlil qalsaq... Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine milli.az, 29.12.2012 (az.)
- ↑ 1 2 Min bir dərdin dərmanı zəli - REPORTAJ Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine. apa.tv, 18.12.2015 (az.)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |