Mikele Alboreto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mikele Alboreto
it. Michele Alboreto
Doğum tarixi 23 dekabr 1956(1956-12-23)
Doğum yeri
Vəfat tarixi 25 aprel 2001(2001-04-25) (44 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Ölkə İtaliya İtaliya
Komanda Tyrrell, Ferrari, Larrousse, Arrows, Footwork, Scuderia Italia, Minardi
Formula 1 karyerası
Yarış sayı 215 (194 start)
Çempionluq 0
Birincilik 5
Poul sayı 2
Podium 23
Birinci yarış 1981 San Marino Qran-prisi
İlk birincilik 1982 Caesars Palace Qran-prisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Mikele Alboreto (23 dekabr 1956, Milan25 aprel 2001 Brandenburq, Almaniya) — italyan yarış pilotu. 1985-ci il Formula-1 mövsümünü çempion Alen Prostun ardından ikinci olaraq bitirmişdir. 1997-ci ildə isə "La-Manş 24 saat yarışları"nın çempionu olmuşdur. 1981-1994-cü illər arasında Formula-1-də, 1981-19831996-2000-ci illərdə isə "La-Manş 24 saat yarışları"nda iştirak edən Alboreto, 25 aprel 2001-ci ildə Almaniyada sınaq sürüşündə qəzaya düşərək dünyasını dəyişmişdir.

Yarış karyerası

[redaktə | vikimətni redaktə et]

Formula-1-dən öncə

[redaktə | vikimətni redaktə et]

Alboreto, Formula-1-ə qatılmadan öncə 2 dəfə İtaliya Formula-3-də, 1 dəfə isə Avropa Formula-2, Avropa Formula-3 və İngiltərə Formula-3-də yarışmışdır. 1979-ci ildə İtaliya Formula-3 ikincisi, 1980-ci ildə isə Avropa Formula-3 çempionu, İtaliya Formula-3 üçüncüsü olmuşdur.

1981-1983-cü illər: “Tirrell”

[redaktə | vikimətni redaktə et]

Formula-1 karyerasına 1981-ci il mövsümündə “Tirrell” komandası ilə başlayan Alboreto, həmin mövsümdə 11 yarışda iştirak etmişdir. İştirak etdiyi yarışların yalnız beşində finiş xəttinə çata bilən italyan pilot mövsümü xalsız başa vurmuşdur.

1982-ci il mövsümündə 16 yarışın hamısında iştirak etmiş və bunların 12-sində finiş xəttini keçə bilmişdir. “Caesars Palace Qran- prisi"ndə karyerasının ilk yarış birinciliyini əldə etmiş, “San Marino Qran-prisi"ndə isə 3-cü olub podiuma çıxmışdır. Mövsümün sonunda isə topladığı 25 xal ilə 8-ci olmuşdur.

1983-cü il mövsümündə 15 yarışın sadəcə 7-sində finiş xəttini keçə bildi. “Detroyt Qran-prisi"ndə karyerasının ikinci yarış qalibiyyətini almışdır. Həmin mövsümdə bundan başqa podiuma çıxa bildiyi yarış olmamışdır. Mövsümü 12 xal ilə 10-cü pillədə başa vurmuşdur.

1984-1988-ci illər: “Ferrari”

[redaktə | vikimətni redaktə et]

1984-cü il mövsümündə “Tirrell”dən ayrılıb “Ferrari” komandasına keçdi. Həmin mövsümdəki 16 yarışın 8-ində finiş xəttini keçə bildi. “Belçika Qran-prisi"nin qalibi oldu. Bundan başqa iki yarışda 2-ci, 1 yarışda da 3-cü olmuşdur. Topladığı 30.5 xal ilə mövsümü 4-cü pillədə tamamladı.

1985-ci il mövsümündə 16 yarışın 10-unda finiş xəttinə çata bildi. KanadaAlmaniya Qran-prilərinin qalibi olmuş, dörd yarışı 2-ci, iki yarışı da 3-cü sırada bitirmişdir. Mövsümü 73 xalla çempion olan Alen Prostun ardında 53 xalla 2-ci pillədə başa vurdu.

1986-cı il mövsümündə 16 yarışdan 7-sində finiş xəttini keçməyi bacardı. Bir dəfə 2-ci olaraq podiuma çıxdı və mövsümü 14 xal ilə 9-cu sırada tamamladı.

1987-ci il mövsümündə 16 yarışın sadəcə 6-sında finişə çata bildi. Bir dəfə 2-ci, iki dəfə də 3-cü olaraq cəmi 3 dəfə podiuma çıxdı. Mövsümün sonunda 17 xal ilə 7-ci sırada qərarlaşdı.

1988-ci il mövsümündə 16 yarışın 10-unda finiş xəttini keçdi. Bir dəfə 2-ci, iki dəfə 3-cü, iki dəfə də 4-cü oldu. Mövsümü 24 xal ilə 5-ci pillədə tamamladı.

1989-cu il: "Tirrell" və "Larruss"

[redaktə | vikimətni redaktə et]

1989-cu il mövsümünə keçmiş komandası olan "Tirrell"də başladı. İlk 6 yarışda bu komandada yarışdı. Bu 6 yarışın 3-ündə finiş xəttini keçməyi bacardı və bir dəfə də 3-cü olaraq podiuma çıxdı. 6-cı yarışdan sonra "Larruss" komandasına keçdi. 9-cu yarışdan etibarən bu komandada çıxdığı 8 yarışdan yalnız birində finiş xəttini keçməyi bacardı. Mövsümü isə toplamda 6 xal ilə 11-ci pillədə tamamladı.

1990-1992-ci illər: "Footwork"

[redaktə | vikimətni redaktə et]

1990-cı il mövsümündə "Footwork" komandasına keçdi. 16 yarışın 8-ində finişə çatmağı bacardı. Mövsümü isə xalsız başa vurdu.

1991-ci il mövsümündə 16 yarışın yalnız 2-sində finiş xəttini keçməyi bacardı. Əvvəlki mövsümdə olduğu kimi burada da podiuma çıxa bilmədi və mövsümü xalsız tamamladı.

1992-ci il mövsümündə əvvəlki iki mövsümün əksinə 16 yarışın 14-ündə finiş xəttini keçməyi bacardı. İki dəfə 5-ci, iki dəfə 6-cı, altı dəfə 7-ci oldu. Mövsümü 6 xal ilə 10-cu sırada başa vurdu.

1993-1994-cü illər: "Skuderiya İtaliya" və "Minardi"

[redaktə | vikimətni redaktə et]

1993-cü il mövsümündə "Skuderiya İtaliya" komandasında yarışdı. 16 yarışlıq mövsümdə "Skuderiya"nın sona 2 yarış qalmış Formula-1-də yarışı dayandırdığına görə 14 yarışda mübarizə apardı. Bu 14 yarışın 4-ündə finiş xəttinə çata bildi və mövsümü xal almadan başa vurdu.

1994-cü il mövsümündə "Minardi" komandasında yarışdı. 16 yarışın 6-sında finiş xəttini keçməyi bacardı və bir dəfə 6-cı, bir dəfə də 7-ci oldu. Mövsümü isə 1 xal ilə 24-cü pillədə tamamladı.

Formula-1-dən sonra

[redaktə | vikimətni redaktə et]

Alboreto, Formula-1 karyerasını bitirdikdən sonra əsasən "La-Manş 24 saat" yarışlarında iştirak etdi. Bu yarışlarda 1997-ci ildə çempion, 1999-cu ildə 2-ci, 2000-ci ildə isə 3-cü olmuşdur.

Alboreto həmçinin "IndyCar" və "Amerika La-Manş seriyası" yarışlarında da iştirak etmişdir.

Alboreto, 25 aprel 2001-ci ildə Almaniyanın Drezden şəhərində yerləşən Lausitsring yarış meydançasında "Audi R8" ilə məşq prosesində, avtomobilin təkərinin partlaması nəticəsində divara dəyərək dünyasını dəyişdi[1].

Ölümündən 4 il sonra 2005-ci il "İtaliya Qran-prisi"ndə podiuma çıxan italyan yarış pilotu Cankarlo Fizikella bu podiumu Alboretoya həsr etdiyini söylədi[2].

  1. Alboreto Is Killed Testing Audi R8, New York Times, April 26, 2001, Page D7.
  2. "Fisichella Dedicates Podium to Alboreto". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.