Mehmed Əbdüləziz Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehmed Əbdüləziz Əfəndi
محمد عبد العزيز أفندي
19 may 1973 – 19 yanvar 1977
ƏvvəlkiOsman Fuad Əfəndi
SonrakıƏli Vasib Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Mehmed Seyfəddin Əfəndi
Anası Nəşə-fələk xanım
Həyat yoldaşı Bərkəmal xanım
Uşağı Xürrəm Sultan
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Mehmed Əbdüləziz Əfəndi (26 sentyabr 1901, İstanbul19 yanvar 1977, Nitsa) — Osmanlı sülaləsinin beşinci rəisi, Osmanlı şahzadəsi.

Şahzadə Mehmed Əbdüləziz Əfəndi 1901-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ilk xanımı olan Nəşə-fələk xanım idi. 23 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edildi və əvvəlcə Nitsaya, ardından Qahirəyə köçdü. Nitsada ikən 21 fevral 1929-cu ildə Bərkəmal xanımla (d. 16 mart 1911 — ö. 13 yanvar 1962) evləndi və yeganə qızı olan Xürrəm Sultan (d. 31 dekabr 1939 — ö. 5 mart 1999) dünyaya gəldi. 1953-cü ildə isə ailəsiylə birlikdə yenidən Nitsaya qayıtdı və ölümünədək burada qaldı. 19 may 1973-cü ildə Osman Fuad Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin rəisi elan olundu. 1977-ci ildə isə 76 yaşında ikən Nitsada vəfat etdi və burada dəfn olundu.