Marsel Kaşen
Marsel Kaşen | |
---|---|
fr. Marcel Cachin | |
Doğum tarixi | 20 sentyabr 1869[1][2][…] |
Vəfat tarixi | 12 fevral 1958[1][3][…] (88 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, naşir, universitet müəllimi[d] |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869[1][2][…] – 12 fevral 1958[1][3][…]) — Fransa siyasətçisi, kommunist.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim "Marsel ata" adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı.
Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu. Lakin 1891-ci ilin mayında o, Furmidəki qanlı cinayətdən xəbər tutdu. Fransanın şimalında yerləşmiş bu kiçik sənaye şəhərində mayın 1-də toxucu fəhlələrin dinc nümayişi qoşunlar tərəfindən gülləbaran edilmişdi. Bütün namuslu fransızlar kimi, gənc Kaşen də bu hadisədən sarsıldı. Bordoda təşkil edilmiş e'tiraz mitinqində görkəmli fransız sosialistlərindən biri, Paris Kommunasının iştirakçısı Jül Ged çıxış etdi. Qabaqlar heç vaxt Marsel Kaşen siyasi yığıncaqlarda iştirak etməmişdi. Bu dəfə o, qəzəb hissi, bütün həqiqəti öyrənmək arzusu, bəlaya qarşı mübarizə aparmaq kimi nəcib bir arzu ilə mitinqə gəlmişdi; Kaşen oradan qayıdanda tamamilə dəyişmişdi. Həmin gün Kaşen üçün dönüş günü oldu.
1891-ci ilin axırında Mareel Kaşen Jül Gedin və Pol Lafarqın başçılıq etdikləri fəhlə partiyasına daxil oldu. 1892-ci ilin sentyabrında Marseldə fəhlə partiyasının aqrar probleminə həsr olunmuş qurultayı açılanda gənc Kaşen partiyanın rəhbərliyinə Bretan kəndlilərinin vəziyyəti haqqında böyük bir məktub göndərdi. Bu–kəndli, zəhmətkeşlərinin hüquqları uğrunda mübarizəyə onun ilk köməyi idi. Kaşen fəlsəfə fakültəsini bitirəndən sonra uzun illər bu fənndən dərs dedi. 90-cı illərin axırında o, partiya bölməsinin katibi, sonra "İctimai problemlər" və "Jironda sosialist" qəzetlərinin redaktoru və nəhayət, Jironda departamenti federal təşkilatının katibi və Bordonun bələdiyyə rəisinin köməkçisi oldu. 1904-cü ilin avqustunda Jironda fəhlələri Kaşeni II İnternasionalın Amsterdamda keçirilən konqresinə nümayəndə seçdi. O, burada beynəlxalq sosialist hərəkatının bir çox liderləri ilə–Roza Lüksemburqla, Klara Setkinlə, Bebellə, Plexanovla ilk dəfə görüşdü. Bu konqres fransız sosialistlərini birliyə, öz sıralarını möhkəmlətməyə çağırdı. 1905-ci ilin aprelində Kaşen fransız sosialistlərinin Parisdə keçirilən qurultayında Jironda departamentini təmsil edirdi. Qurultayda Birləşmiş sosialist partiyası–FBSP yaradıldı. Kaşen bu partiyada görkəmli rol oynayırdı. 1906-cı ildə Bezyedə sosialistlərin kütləvi mitinqi təşkil olunanda Jül Ged Kaşendən xahiş etdi ki, onun yerinə nitq söyləsin. Həmin il Marsel Kaşen FBSP-nin təbliğatçılıq fəaliyyətinə başçılıq etdi. O, bütün Fransanı gəzərək, yüzlərlə yığıncaq təşkil edir, minlərlə adamla görüşür və söhbət edirdi. 1912-ci ildə Kaşen Qutt d'Orr məhəlləsindən Parisin bələdiyyə müşaviri və Sena departamentinin baş muşaviri seçildi. O bütün qüvvəsini Paris zəhmətkeşlərinin ehtiyaclarına qayğı göstərməyə sərf edir, nəqliyyat fəhlələrinin təşkilinə xüsusi diqqət yetirirdi. Fəhlələr arasında onun şöhrəti artırdı. Çox keçmədən Parisin nəqliyyat işçiləri Kaşeni, liderlərinin münaqişələrindən parçalanan öz həmkarlar ittifaqına başçılıq etmək üçün də'vət etdilər. Kaşen qısa müddətdə həmkarlar ittifaqının birliyini bərpa edərək, bu ittifaqa altı il başçılıq etdi. Bu müddətdə Kaşen həmişə zəhmətkeşlərin mənafeyi keşiyində dururdu. 1916-cı ildə, dünya müharibəsinin qızğın vaxtııda, əmək haqqının artırılmasını tələb edən tramvay işçilərinin ümumi tə'tili baş verdi. Kaşen tə'tilçilərin arvadlarının nümayəndə hey'ətini Daxili İşlər nazirliyinə gətirdi. Hökumət güzəştə getməyə məcbur oldu. Bütün bu illər ərzində Kaşen partiya xadimi, inqilabçı, publisist kimi gərgin və çətin bir şəraitdə işlədi. 1912-ci ildə Pol Lafarqın vəfatından sonra Kaşen "Hümanite"nin redaktoru oldu. 1913-cü ildə o, Fransanın sosialist gənclərinin tə'sis qurultayında sədrlik etdi. Həmin il II İnternasionalın Bazel konqresinin işində iştirak etdi. Həmin konqres bütün sosialistləri müharibənin başlanmasına yol verməməyə çağırdı. Konqresdə nümayəndələr təntənə ilə bildirdilər ki, zəhmətkeşlər bir-birinə atəş açmağı cinayət hesab edirlər. Lakin çox hayıf! Hayıf ki, dünya müharibəsi başlananda andlar unuduldu. Ancaq Lenin partiyası proletar beynəlmiləlçiliyi işinə, sülh işinə sadiq qaldı. 1914-cü ilin baharında Paris Kaşeni Milli məclisə seçdi, elə o vaxtdan parlamentin daimi deputatı oldu. Ömrünün sonrakı illərində, qocaman bir deputat kimi, Kaşen Milli məclisin növbəti sessiyalarını açırdı.
Kaşen vətənə qayıdandan sonra FBSP katibliyi tərəfindən Paris sirkində təşkil olunmuş kütləvi mitinqdə Rusiyadakı hadisələr haqqında öz təəssüratını danışdı. Kaşen sirkin binasına yaxınlaşanda qapının ağzıada böyük bir izdiham var idi. Minlərlə adam Rusiyanı öz gözləri ilə görən Kaşenin bu ölkə haqqızda söhbətinə qulaq asmaq istəyirdi. Burada cavan fəhlələr də, Paris Kommunasının qocaman iştirakçıları və müasirləri də, qadınlar və kişilər də var idi. Hər tərəfdən suallar yağdırılır, Kaşendən soruşurdular: "San bolşevikləri görmüsənmi? De görək, Rusiyada vəziyyət necədir?". Kaşenin həyəcanlı nitqi, gurultulu alqışlar, "İnternasional"ın gur səsi, izdihamın razılıq bildirən sədası–bütün bunlar Paris zəhmətkeşlərinin Sovetlər ölkəsinə bəslədiyi sə mimi hüsn-rəğbətin parlaq ifadəsi idi. Kaşenin Rusiyaya səfəri haqqında söhbətlərini böyuk sevinclə qarşılayan təkcə Paris zəhmətkeşləri deyildi: 1920-ci ilin avtustundan dekabrına kimi Kaşen Lionda və Marseldə, Ruanda və Havrda, Bordoda və Tuluzada oldu, minlərlə adamla söhbət etdi. Elə günlər olurdu ki, o, bir neçə yığıncaqda çıxış edirdi. Gecələr isə qələmi əlinə alırdı ki, öz fikirlərini "Hümanite"nin oxucuları ilə bölüşdürsün. Kaşenin və onun silahdaşlarının tutduqları, sosialistlərin əksəriyyəti tərəfindən müdafiə edilən cur'ətli, ardıcıl mövqe Tur qurultayında əsil inqilabi, beynəlmiləl və vətənpərvər qüvvələrin qələbəsini tə'min etdi. Fransa Kommunist Partiyası yaradıldı. Bu partiyanın meydana gəlməsi Fransada fəhlə hərəkatının qanunauyğun inkişafının nəticəsi idi, Böyük Oktyabr sosialist inqilabının bütün dünya proletariatına çox böyük tə'sirinin nəticəsi idi. Gənc kommunist partiyasının ilk addımları asan deyildi. Kommunistlərin üzərinə quduzcasına hücumlarını davam etdirəi irticaya qarşı fasiləsiz mübarizə aparmaq lazım idi. Daxili duşmənlərə qarşı, xainlərə və partiyanın keçmiş katibi Frossar kimi proletariatın işinə xəyanət edib burjuaziya düşərgəsinə yuvarlanan hər cür satqınlara qarşı da mübarizə aparmaq lazım gəlirdi. Buna görə də FKP MK və Siyasi bürosu yaradıldığı vaxtdan onların üzvü olan Kaşen bütün qüvvəsini, bütün e'cazkar iste'dadını partiyanın möhkəmlənməsinə, gənc kommunistlərin marksizm və proletar beynəlmiləlçiliyi ruhunda, vətənə məhəbbət ruhunda tərbiyəsinə sərf edirdi. 1923-cü ilin başlanğıcında kommunist partiyası ciddi sınaqlara mə'ruz qaldı. Puankare hökuməti, fransız imperialistləri üçün misli görünməmiş gəlir tə'min etmək məqsədilə Rura əsgərlər göndərib, Almaniyanın bu sənaye rayonunu işğal edir. Kaşen və FKP-nin digər rəhbərləri mürəkkəb siyasi şəraitdə qəti qərara gəldilər.
Kaşenin həmyerlilərindən biri deyirdi ki, bir dəfə o, təsadüfən "Marsel ataya" rast gəldi. O, küçəni keçməkdə ona kömək etmək istədi. Lakin Kaşen gülümsəyərək dedi: "Lazım deyil, lazım deyil. Elə bilməyin ki, mən qocalmışam, hələ bizim ölkəmizdə də sosializmi görəcəyəm". Proletar beynəlmiləlçiliyinin möhkəmləndirilməsi uğrunda, beynəlxalq kommunist hərəkatının birliyi uğrunda yorulmadan mübarizə aparan Kaşen tərəqqipərvər qüvvələrin müvəffəqiyyətinə, SSRİ-nin və digər sosializm ölkələrinin qüdrətinin artmasına həmişə ürəkdən sevinərdi. Təcrübəli inqilabçı, dərin bilikli marksist olan Kaşen sol avantürizm əyintilərinin, kommunist hərəkatı üçün təhlükəli olması haqqında dönə-dönə xəbərdarlıq edir, inqilaba çox ciddi sənət və elm kimi baxmağı öyrədirdi. Jül Vallesin "Üsyançı" adlı romanına müqəddimədə Kaşen yazırdı: "Bizim müasir dövrümüzdə ictimai inqilab onun mübarizlərindən, onun üsyançılarından elə metodlar, biliklər, nəzəriyyə, təşkilat, strategiya tələb edir ki, bunlar da çox fədakar və çox cazibədar sələflərimizdə–kommunarlarda yox idi… Kommunanın məğlubiyyətinin intiqamını alan sovet adamları, müasir üsyançıların proletarları hansı elmi metodların köməyi ilə qələbəyə gətirib çıxara biləcəklərini XX əsrin inqilabçılarına göstərdilər! Məhz onların yeni metodları kommunanın məğlubiyyətinin ilk intiqamını almağı tə'min edə bildi! Bu gündən e'tibarən bütün dünyada milyonlarla proletar sələflərimizin, 1871-ci ilin qəhrəman döyüşçülərinin nail ola bilmədikləri qəti qələbəni mütəşəkkil surətdə hazırlayırlar". Paris Kommunası qəhrəmanları və əzabkeşlərinin obrazı bütün ömrü boyu Marsel Kaşeni düşündürürdü. Kaşeni haqlı olaraq Paris kommunarlarının ən yaxşı sifətlərini təçəssüm etdirən varisi adlandırmaq olar. Rus inqilabını Fransada birinci alqışlayanlardan olan Kaşen ömrünün axırına kimi Fransa-Sovet dostluğunun tərəfdarı olmuşdur. Sovet ölkəsi Kaşenin çoxillik fədakar fəaliyyətini yüksək qiymətləndirdi. 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Hey'ətinin Fərmanı ilə Marsel Kaşen Lenin ordeni ilə təltif olundu. Kaşen bu mükafatı alanda göz yaşını saxlaya bilmədi. O, həyəcanla dedi: "Mən 1917-ci il inqilabının ölməz işinə gündən-günə daha çox valeh olduğumu ifadə etmək istəyirəm. Mən onun bütün yer kürəsində qəti və yaxın təntənəsinə həmişəkindən daha çox əminəm. Lenini gördüyumə və onun dünyanın simasını dəyişən dühasını qiymətləndirə bildiyimə həmişəkindən daha çox sevinirəm". Bu sözlər bir növ Kaşenin vəsiyyəti oldu. 1958-ci il fevralın 12-də Marsel Kaşen aramızdan getdi. O, 89 yaşında özünün Şuaze le Ruadakı yığcam evində vəfat etdi. FKP-nin qərarı ilə həmin ev indi Kaşen muzeyinə çevrilmişdir. Fransa xalqı özünün böyük oğlunu son mənzilə təntənə ilə yola saldı. Moris Torez Paris zəhmətkeşlərinin izdihamlı mitinqində çıxış edərək, Marsel Kaşenin şanlı həyatını dinləyicilərə xatırlatdı. Onun həyatı fəhlə sinfinə, Fransa Kommunist Partiyasına, Fransaya, kommunizm işinə hədsiz sədaqət nümunəsi idi. Kaşeni Kommunarlar divarı yanındakı Per-Laşez qəbristanında Pol Vayyan-Kutürye, Anri Barbüs, Pyer Semar və xalqın səadəti uğrunda, Fransanın azadlığı və əzəməti uğrunda böyük fəaliyyət göstərmiş digər mərd mübarizlərlə yanaşı dəfn etdilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Avril J. Mille Bretons (fr.): Dictionnaire biographique. 2002. P. 71. 451 s. ISBN 978-2-914612-07-4
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Кашен Марсель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.