Maemo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maemo
Loqonun şəkli
İstehsalçı Nokia
Bazası Debian
Son versiya
  • 5.0
Yenilənmə üsulu Advanced Packaging Tool
Paketlər menecerləri Dpkg
Dəstəklənən platformalar ARM[d]
Veb-saytı maemo.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maemo — bazası Debian və Linuks platformalarına əsaslanan əməliyyat sistemidir. Hal-hazırda bu sistemdə Nokia 770, Nokia N800, N810 və Nokia N900 modelləri çalışır. Maemo sisteminin əsasını GNOME komponentləri və gtk qrafika kitabxanası təşkil edir. Maemo sisteminin əksər şifrələri açıqdır. Bunun əsasında Ubuntu Mobile yaradılıb. Açıq sistem olduğuna görə Maemo üçün nəzərdə tutulmuş kontentlər demək olar ki, hamısı pulsuzdur və xüsusi lisenziya tələb etmir.

Sözün mənşəyi

[redaktə | mənbəni redaktə et]

Jesus Climent bildirir ki, Maemo adının ortaya çıxmasında şifrələrin generasiyası ilə məşğul olan pwgen proqramının rolu olub. O bildirir ki, yeni kompyuterə ad qoymaq üçün pwgen proqramından istifadə edərkən o, "maimo" variantını təklif etdi. Buna baxmayaraq o, bu sözdə bir hərf dəyişikliyi edərək onu "maemo" adlandırdı. Maemo bundan sonra şifrə saxlama bölməsinin daha sonra isə proyektin adı oldu. Son nəticədə isə Maemo artıq platforma adına çevrildi.

Maemo və Nokia

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda telefon bazarında Maemo sistemində çalışan smartfonları ancaq Nokia şirkəti istehsal edir. Çünki bu sistemin əsas maliyyə dəstəyi məhz adıçəkilən Finlandiya şirkətidir. Bu smartfonlar elə də çox yayılmasa da, Nokia N900 modeli digərlərinə nisbətən daha məşhurdu. Bütün bunlara baxmayaraq N900 modeli finlandiya şirkətinin ən uğurlu modellərindən biri kimi saymaq olmaz. Çünki Maemo sistemi digər sistemlərdən fərqli olaraq sadə interfeys və komponentlərə malik deyil. Ən kiçik detalın da mürəkkəb formada icra edilməsi sistemin daha da məşhurlaşmasına maneçilik törətdi.

Nokia şirkətinin Maemo modelləri

[redaktə | mənbəni redaktə et]
  • Nokia 770
  • Nokia N800
  • Nokia N810
  • Nokia N900

Xarici istinadlar

[redaktə | mənbəni redaktə et]