Mərakeş burnu
Mərakeş burnu | |
---|---|
Yerləşməsi | |
36°00′15″ şm. e. 5°36′37″ q. u.HGYO | |
Akvatoriya | Cəbəllütariq boğazı |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mərakeş burnu (Tarif burnu) — Avropanın ucqar cənub nöqtəsidir[1]. Tarif şəhərinin cənub qutaracağında yerləşir. İspaniyanın Kadis vilayəti ərazisində yerləşir. Burun keçmiş Tarif adasında yerləşirdi, sonradan ada damba ilə materikə birləşdirilmişdir.
Cəbəllütariq boğazında Atlantik okean və Aralıq dənizinin birləşdiyi nöqtədə yerləşir. Buradan Afrikaya ən qısa məsafə 14 km təşkil edir.
Hazırda burun bütünlüklə ordunun nəzarətindədir. 1826-cı ildə burada mayak inşa edilmişdir.
710-cu ildə ərəb hərbi komandanı Tarif 500 əsgərlə birlikdə bölgəyə daxil oluraq qarətçiliklə məşğul olur. Geri qayıdarkən isə artıq varlı kimi dönür (Şəhərin və burunun digər adı onunla bağlıdır)[2]. Tarifin səfərindən sonra növbəti ildə Tariq İbn Ziyad Əndəlusun ələ keçirməsinə başlayır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Isaac Taylor, Names and Their Histories: A Handbook of Historical Geography and Topographical Nomenclature, BiblioLife (2008), p.272, ISBN 978-0-559-29667-3
- ↑ Herrmann Schreiber, Halbmond Uber Granada: Acht Jahrhunderte maurischer Herrschaft in Spanien, BechterMϋnz (1995), Mϋnchen, ISBN 3860470922