Lockheed SR-71 Blackbird
Lockheed SR-71 Blackbird | |
---|---|
İstehsalçı | Lockheed Corporation[1] |
İlk uçuş | 22 dekabr 1964[2][3][…] |
İstismara verilmə tarixi | 7 yanvar 1966[4] |
İstimarının bitmə tarixi | 9 oktyabr 1999[5] |
İstismarçılar | |
Buraxılış sayı | 29[6][7], 2[6][7], 1[6][7] |
Vikianbarda əlaqəli mediafayllar |
Max 3,2 sürətlə uçmaq qabiliyyətinə malik SR-71 “Blackbird” istifadədə olduğu dövrün ən sürətli təyyarəsi idi. O, Soyuq müharibənin sonlarına yaxın istifadədən çıxarılan zaman belə onun sürətinə çata bilən ikinci bir təyyarə yox idi.
“Blackbird” ilkin olaraq 1990-ci ildə, Sovet İttifaqının dağılmasından az öncə təqaüdə çıxdı. Nəhayət Konqresin təkidi ilə ABŞ HHQ bu təyyarələrin üçünü qısa müddətliyinə, 1995-1998-ci illərdə yenidən istifadəyə verdi. 1999-cu ildə NASA təyyarə ilə tədqiqat missiyası həyata keçirdi və sonda o, başqa bir təyyarə ilə əvəzlənmədən istifadədən təmamilə çıxarıldı.
SR-71 analoqsuz imkanlar təmin etsə də, ən böyük problemi çox yüksək xərcləri idi. Üstəlik ABŞ HHQ təyyarənin yeni nəsil Sovet HHM sistemlərinə qarşı mübarizədə sağ qala biləcəyindən şübhəli idi. Əslində struktur bu səbəblərdən dolayı Konqresin təkidinə qarşı xeyli etiraz da etmişdi.
Bu təyyarələrin istifadəsinin dayandırılması qərarı bir neçə faktora əsaslanırdı. Dövrün HHQ komandanı Larri Uelç bildirirdi ki, kəşfiyyat peyklərinin imkanlarının artması ilə SR-71-lər Sovetlərin SAM-5 yer-hava raketləri qarşısında aciz qala bilər. Eyni zamanda onların baxımı xeyli baha başa gəlir. Hələ Reyqan administrasiyasının HHQ komandanı Edvard Oldric bildirmişdi ki, bir SR-71 eskadrilyasının saxlanmasına çəkilən vəsaitlə iki taktiki qırıcı eskadrilyası saxlamaq olar.
Bəzi hesablamalara görə, SR-71-in bir saatlıq uçuşuna 200 min dollar xərclənirdi. Bu xərcin bir hissəsi ondan dolayı idi ki, o kiçik ixtisaslaşmış eskadrilya idi. Az sayda belə təyyarənin istehsalı və onun unikal dizaynı baxımını da baha edirdi. Onun saxlanması üçün həm də ixtisaslaşdırılmış logistik təlim tələb olunurdu ki, bu da 1989-cu ildə saatda 18 min dollara başa gəlirdi.
Lockheed SR-71 Blackbird qabaqcıl, uzunmənzilli, strateji Mach 3+ sürətinə kimi çıxa bilən kəşfiyyat təyyarəsidir. O dünyanın ən sürətli reaktiv təyyarəsidir. 1966-cı ildə istehsal edilmişdir. Təyyarənin adı əslində RS-71 olmalı idi, ancaq təyyarənin inkişaf mərhələsində ABŞ prezidenti Lindon Conson səhvən təyyarənin adını SR-71 kimi elan etmişdir. Bundan sonra prezidentin bu səhvini ört-basdır etmək üçün təyyarənin adını dəyişdirib SR-71 etmişdirlər. YF-12A təyyarələrindən təkmilləşdirilmiş 2 nəfərlik heyəti mövcuddur. Clarence “Kelly” Johnson tərəfindən konstruksiya edilmişdir. Radara görünməsinə baxmayaraq, olduqca sürətli olması onun ən böyük xüsusiyyətidir. Uzun məsafələrdə ən yaxşı qırıcı təyyarələrdən daha sürətlidir (Mach 3= Saatda 2.500 mil və ya 3.500 km-dən çox) və düşmən hücumlarından müdafiə oluna biləcək məsafədə (25.000 m və ya 95.000 feet hündürlükdə) uçmağı bacarır. Təyyarələr 1995-ci ildə xidmətdən tamamilə kənarlaşdırılmışdırlar.
Ayrıca olaraq bu təyyarələr radara tutulma ehtimalının azaldılması üçün qara rəngdə boyanırdı. Rəngi və xidmətinə görə (gizli kəşfiyyat məlumatları yığmaq) bu təyyarələrə “Blackbird” (“Qaraquş”) deyilmişdir. Aşkarlama cihazları, hava-hava və yer-hava tipli döyüş raketlərini yanıltmaq üçün nəzərdə tutulmuş olan sistemlər ilə bol bir şəkildə təchiz edilmişdir. infraqırmızı kameralar, istilik qəbulediciləri və üzərindən uçduğu sahənin görüntülərini anındaca çəkməyə xidmət edən qəbuledicilər ilə təchiz edilmişdir. Blackbird təyyarələrində olan qəbuledicilər saatda 155.000 km-dən artıq bir sahəni müşahidə etməyə imkan verirdi. SR 71-lər soyuq müharibə dövründə Rusiyanın gizli hərbi birləşmələrinin yerini müəyyənləşdirmək, nöqtəvi (yəni olduqca dəqiq) hədəf yerlərinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilmiş olan çox məxfi bir proqram olmuşdur. Bu çox vacib və gizli olan proqram 1991-ci ildə SSRİ-nin süqutunda mühüm bir rol oynamışdır. Buna oxşayan ABŞ kəşfiyyat təyyarələri və ELF ötürücü stansiyaları bunun kimi kəşfiyyat timlərinin bir parçası idi. 1990-cı illərdə həyata keçirilmiş olan testlərdə SR-71 təyyarəsi saatda 5682 km-dən artıq sürət yığmasına baxmayaraq, xarici səthində istilik 1500 F (təxminən 815 °C dərəcə) olduğu halda, təyyarənin hərəkətində hər hansı bir problemin olduğu görünməmişdi. SR-71 döyüş təyyarəsi baza olaraq A-12 əsas götürülərək yaradılmış və modernizasiya edilmişdir. Bu döyüş təyyarəsinin SSRİ-də rəqibi Tu-22 BLINDER (TUPOLEV) olmuşdur.
Ümumi xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]- Heyət: 2 nəfər (pilot və kəşfiyyat sistemləri operatoru)
- Uzunluq: 32.74 m (107 ft. 5 in)
- Qanad qolayı: 16.94 m (55 ft. 7 in)
- Hündürlüyü: 5.64 m (18 ft. 6 in)
- Qanad sahəsi: 170 m² (1,800 ft²)
- Boş çəkisi: 30,617 kq (67,500 lb)
- Tam yüklənmiş (yanacaq və yük ilə) çəkisi: 68,946 kq (152,000 lb)
- Maksimum qalxma çəkisi: 78,018 kq (172,000 lb)
- Mühərrik: 2 ədəd "Pratt & Whitney J58" ("JT11D-20J" və ya "JT11D-20K" model) davamlı ardyanmalı (Afterburner) turboreaktiv mühərrik
- İtələmə gücü: hər bir mühərrik üçün 25,000 lbf (110 kN və ya 11,340 kqQ (kiloqram×Qüvvə))
Performans
[redaktə | vikimətni redaktə et]- Sürət: 3.3 Mach (2.200+ mph, 3540+ km/saat, 1910+ knot)
- Mənzil: 5.400 km (2.900 nmi)
- Xidmət tavanı: 25.900 m (85.000 ft)
- Yüksəlmə dəyəri: 11.820 fit/dəqiqə (60 m/san)
- Qanad yüklənməsi: 410 kq/m²
- Çəkici güc/Ağırlıq miqdarı: 0.44
Rekordları
[redaktə | vikimətni redaktə et]1976-cı ildə 61-7958 seriya nömrəli SR-71 təyyarəsi 25.929 m hündürlüyə qalxaraq maksimum yüksəlmə rekordunu, ayrıca olaraq saatda 3529.6 km/saat sürət yığaraq “Mütləq sürət rekordu”nu qırmışdır. Bundan başqa SR-71 ABŞ-nin Nyu-York şəhərindən Böyük Britaniyanın London şəhərinə əvvəlcədən müəyyənləşdirilmiş rotada 1 saat 54 dəqiqə 56 saniyəyə çataraq bir daha rekord qırmağı bacarmışdır.
- ↑ https://airandspace.si.edu/collection-objects/lockheed-sr-71-blackbird/nasm_A19920072000.
- ↑ https://www.smithsonianmag.com/smithsonian-institution/why-sr-71-blackbird-epitome-cold-war-spycraft-180953402/.
- ↑ https://www.lockheedmartin.com/en-us/news/features/history/blackbird.html.
- ↑ https://www.codeonemagazine.com/article.html?item_id=153.
- ↑ https://web.archive.org/web/20140718101752/https://www.nasa.gov/centers/armstrong/news/FactSheets/FS-030-DFRC.html.
- ↑ 1 2 3 https://www.codeonemagazine.com/article.html?item_id=154.
- ↑ 1 2 3 https://appel.nasa.gov/wp-content/uploads/2013/03/Blackbird-FAQ.pdf.