Kollegiallıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kollegiallıq (lat. collegiumbirlik, yoldaşlıq) — ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən ümumi (kollegiya) müzakirəsi və həlli; kollegial orqanın həyata keçirdiyi rəhbərlik metodu; təkbaşına idarəetmənin alternativi.

Kollegiallıq tapşırılan iş üçün kollegiya (büro, komitə, məclis və s.) üzvünün ümumi və şəxsi məsuliyyətinin uzlaşdırılmasını tələb edir. Onun məqsədi atılan addımın, fəaliyyətinin mütarazlığını təmin etməkdən ibarətdir. Kollegiallıq məsələyə dərin və hərtərəfli düşünərək yanaşmağı təmin edir. Bir sıra orqanlar (partiyalar) məhkəmələr (o cümlədən: beynəlxalq məhkəmələr), parlamentlər (o cümlədən, beynəlxalq parlamentlər) və s. məhz kollegiallıq prinsipi üzərində fəaliyyət göstərirlər.

  • B.S.Atakişiyev, İnzibati hüquq və terminlər, Bakı-2008, s. 194.