Kendrik Lamar
Kendrik Lamar | |
---|---|
ing. Kendrick Lamar | |
Ümumi məlumatlar | |
Doğum adı | Kendrick Lamar Duckworth |
Ləqəbləri | K.Dot[4], Kung Fu Kenny, Oklama, King Kunta, King Kendrick[5] |
Doğum tarixi | 17 iyun 1987[1][2] (37 yaş) |
Doğum yeri | |
Uşağı | 2[3] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d], direktor[d], sahibkar, xeyriyyəçi, kinorejissor, musiqi prodüseri, müğənni, pop müğənnisi |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janrlar | Qərb Sahili hip-hopu[d], proqressiv rep[d], caz rep[d], hardkor hip-hop[d], alternativ hip-hop, qenqsta-rep[d] |
Albom şirkətləri | Top Dawg Entertainment, Interscope Records, Aftermath Entertainment |
oklama.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kendrik Lamar Dakvort (ing. Kendrick Lamar Duckworth; 17 iyun 1987[1][2], Kompton, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[6][2]) — amerikalı repçi, müğənni-mahnı yazarı. Çoxları tərəfindən repin korifeyi olaraq görülən Kendrik, musiqi üzrə təqdim edilən prestijli "Pulitzer" mükafatını qazanan yeganə rep sənətçisi kimi tarixə düşüb. Bir çox qəzet və jurnallar hesab edir ki, onun mahnılarında verdiyi mesajlar gənclərin maariflənməsinə, ictimai-siyasi məsələlərdən daha çox xəbərdar olmasına təsir edib. Kendrik Lamar on yeddi "Qremmi" mükafatı laureatıdır.
Lamar orta məktəb illərində musiqi istedadını üzə çıxarmağa başlayıb. O, K.Dot təxəllüsündən istifadə edərək mahnı-yazıb buraxırdı. 2005-ci ildə Lamarın bacarıqları Top Dawg Entertainment (TDE) şirkəti tərəfindən fərq edilir və bu müqavilə ilə yekunlaşır. TDE ilə işlədiyi müddət zamanı o, şirkətin rosterində olan daha üç istedadlı hip-hop sənətçisi ilə tanış olur. 2008-ci ildə onun əsas rol oynadığı “Black Hippy” hip-hop superqrupu formalaşır. 2011-ci ildə Lamar öz solo debüt albomunu — alternativ rep janrı ilə diqqətçəkən “Section.80”ı təqdim edir. Albom müsbət nəticə göstərir, böyük şirkətlər Aftermath Entertainment və Interscope Records Kendrik Lamar ilə müqavilə təmin edirlər.
Lamar 2012-ci ildə özünün sayca ikinci, qanqsta rep elementlərini daşıyan “Good Kid, M.A.A.D City” albomunu yayımlayır. Albomdan üç sinql hit olur və musiqi cərgələrinin üst sıralarına düşür: “Swimming Pools (Drank)”, “Poetic Justice” və “Bitch, Don't Kill My Vibe”. Albom eyni zamanda Billboard 200 cərgəsində ən uzun müddət qalan hip-hop albomu kimi rekord qırır. Ardıcıl on ildən artıqdır ki, albomdakı mahnılar hit olaraq qalır.
Kendrik Lamar 2015-ci ildə üçüncü albomu olan “To Pimp a Butterfly”ı buraxıb. O, Cənubi Afrikaya səfəri zamanı bu ölkənin müxtəlif musiqi ənənələri ilə, o cümlədən caz və G-funk ilə tanış olub və bu üslubları öz yeni albomunda sınayıb. Bu albom onun yaracıcılıq uğurudur — ABŞ-də bir nömrə olub və 2010-cu illərin ən yaxşı albomlarından biri hesab olunur. Lamarın 2014-cü ildə Teylor Svift ilə birgə ifa etdiyi “Bad Blood” mahnısının remiksi Billboard Hot 100 cərgəsində birinci pilləyə yüksəlib. Kendrik Lamar 2017-ci ildə dördüncü albomu olan “Damn”ı dinləyiciləri ilə bölüşüb. Albomdan “Humble” sinqlı böyük hitə çevrilib. Lamar 2018-ci ildə “Qara pantera” filminin saundtrek albomunu hazırlamaqda iştirak edib. Özünün sayca beşinci — “Mr. Morale & the Big Steppers” albomunu 2022-ci ildə çıxarıb və TDE şirkəti ilə yollarını ayırmaq qərarına gəlib. 2024-cü ildə repçilər Future və Metro Boomin ilə birgə səsləndirdiyi “Like That” sinqlını təqdim edib. Bu onun üçüncü bir nömrəli sinqlı olub.
Diskoqrafiyası
[redaktə | mənbəni redaktə et]Studiya albomları
- Section.80 (2011)
- Good Kid, M.A.A.D City (2012)
- To Pimp a Butterfly (2015)
- Damn (2017)
- Mr. Morale & the Big Steppers (2022)
Filmoqrafiyası
[redaktə | mənbəni redaktə et]- Lennon or McCartney (2014)
- Quincy (2018)
- Kendrick Lamar Live: The Big Steppers Tour (2022)
- Renaissance: A Film by Beyoncé (2023)
Konsert turları
[redaktə | mənbəni redaktə et]- Good Kid, M.A.A.D City World Tour (2013)
- Kunta's Groove Sessions (2015)
- The Damn Tour (2017–2018)
- The Big Steppers Tour (2022–2024)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Kendrick Lamar // Musik-Sammler.de (alm.). 2005.
- ↑ Kendrick Lamar’s 2 Kids: All About Uzi and Enoch.
- ↑ Graham N. Kendrick Lamar: The West Coast Got Somethin' To Say (ing.). HipHopDX, 2011.
- ↑ https://genius.com/1104271.
- ↑ 1 2 Kendrick Lamar Biography.