Jorje Amadu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jorji Amadu
br-port. Jorge Leal Amado de Faria[1]
Doğum adı Jorji Leal Amadu di Fariya
Doğum tarixi 10 avqust 1912(1912-08-10)[2][3][…]
Vəfat tarixi 6 avqust 2001(2001-08-06)[2][4][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d][5]
Fəaliyyəti yazıçı, jurnalist, şair, romançı, siyasətçi
Fəaliyyət illəri 1931-ci ildən
Əsərlərinin dili braziliya portuqal dili
İstiqamət modernizm
Üzvlüyü
  • Berlin İncəsənət Akademiyası[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Grand Officer of the Military Order of Saint James of the Sword Grand Officer of the Order of Prince Henry
"Lenin" sülh mükafatı International Stalin Prize for Peace
"Mədəniyyət xidmətlərinə görə" ordeni
İmza
jorgeamado.com.br
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912[2][3][…]6 avqust 2001[2][4][…], Salvador) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nümayəndəsi.

Jorje Amadu 1912-ci il avqustun 10-da Brazilyanın Baiya ştatının İtabuna qəsəbəsində, xırda kakao plantatorunun ailəsində dünyaya gəlmişdir. Braziliya Kommunist Partiyasının aparıcı simalarından biri kimi tanınmış, 1956-cı ildə Braziliya Milli Konqresinə deputat seçilsə də, iki il sonra ölkədə Kommunist partiyasının fəaliyyəti qadağan edildiyindən sürgün edilmişdir. XX əsrin 30-cu illərində kommunist partiyasının rəhbərlik etdiyi milli azadlıq alyansının mübarizəsində iştirak etmişdir. 1948–52-ci illər arası o, FransaÇexoslovakiyada yaşamağa məcbur olmuş, həmin illərdə Jorje Amadu Şərqi və Qərbi Avropa, eləcə də AsiyaAfrika ölkələrinə səyahət etmişdir. P. Pikasso, P. Elyuar, P. Neruda kimi mədəniyyət xadimləri ilə görüşən və 1952-ci ildən sonra, vətənə qayıdan Amadu ömrünü yaradıcılığa həsr etmişdir. Dünya Sülh Şurasının üzvü olan Jorje Amadu 1951-ci ildə "Beynəlxalq Stalin Sülh" mükafatına, 1984-cü ildə isə Fransanın "Fəxri Legion" ordeninə layiq görülmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Jorje Amadu yaradıcılığa 14 yaşından başlamış, 1931-ci ildən isə mətbuatda öz imzası ilə tanınmışdır. İlk romanı "Karnaval ölkəsi"dir (1931). Onun ilk romanlarında ictima mövzular üstünlük təşkil edirdi. "Kakao" (1933), "Tər" (1934), "Ölü dəniz" (1936), "Qum kapitanları" (1937) romanlarında melodramatizm, məişət təsviri mühüm yer tutur. 1937-ci ildə həbs olunmuş sonra, mühacirət etmişdir. Mühacirətdə olarkən "Ucsuz-bucaqsız torpaqlar" (1943), "San Jorje dos İlheus" (1944), "Qırmızı cücərti" (1946) romanlarını yazmışdır. Braziliyaya qayıtdıqdan sonra "Sülh dünyası" (1950) və "Gizli azadlıq" (1952) kitablarını çap etdirmişdir. "Qabriela, mixək və darçın" (1958), "Qoca dənizçilər" (1961), "Gecə keşişləri" (1964), "Möcüzələr köşkü" (1969), "Böyük tələ" (1983) və s. romanların müəllifidir. "Su Kinkasın qeyri-adi ölümü" satirik povesti, bir sıra şeirləri Azərbaycan dilinə tərcümə edilmişdir.

1950-ci illərin axırlarından öz əsərlərinə mistik fantastika elementlərini daxil edərək, sürrealizm ədəbi cərəyanının ən parlaq nümayəndələrindən birinə çevrilmişdir. O, həm də "Nəhayətsiz torpaqlar" (1942), "Gecə keşişləri" (1964), "Dona Flor və onun iki əri" (1966), "Möcüzələr dükanı" (1969), "Müharibə etməkdən yorulmuş Tereza Batista" (1972), "Pusqu" (1984) kimi əsərlərin də müəllifidir. Yazıçının indiyə kimi əsərləri 49 dildə, 55 ölkədə çap olunmuşdur. 1987-ci ildə Salvador şəhərində Jorje Amadu Fondu yaradıldı.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.actualidadliteratura.com/jorge-amado-vida-y-obras/.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 73. ISBN 978-2-221-06888-5
  4. 1 2 Jorge Amado // Encyclopædia Britannica (ing.).
  5. https://www1-folha-uol-com-br.translate.goog/folha/ilustrada/ult90u16249.shtml?_x_tr_sl=pt&_x_tr_tl=ca&_x_tr_hl=ca&_x_tr_pto=nui,op,sc.
  6. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 407–408. ISBN 978-9952-441-02-4.