IX Lüdovik
IX Lüdovik | |
---|---|
fr. Louis IX[1] fr. Saint Louis[1] | |
8 noyabr 1226 – 25 avqust 1270 | |
Əvvəlki | VIII Lüdovik |
Sonrakı | III Filipp |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1214[2] |
Vəfat tarixi | 25 avqust 1270[2] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dizenteriya, sinqa[4] |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər, monarx |
Anası | Kastiliyalı Blanka[d][3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Kapetinqlər sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
IX Lüdovik (fr. Louis IX; 25 aprel 1214[2] – 25 avqust 1270[2], Tunis[2]) — Fransa kralı. Kapetinqlər sülaləsindəndir.
Həyatı
[redaktə | mənbəni redaktə et]1248-ci ildə Fransa kralı IX Lüdovik öz qardaşları və vassalları ilə birlikdə yeddinci səlib yürüşünə çıxdı. Səlibçilər Damiyetta şəhərini ələ keçirdilər, lakin Mənsuriyyə uğrunda döyüşlərdə kralın qardaşı Robert öldürüldü. Müsəlman ordusu səlibçilərin geriyə yolunu bağladı. Tezliklə xristianların düşərgəsini aclıq və xəstəlik bürüdü. 1250-ci ilin aprelində səlibçilər dəhşətli məğlubiyyətə uğradılar, IX Lüdovik əsir düşdü, Damiyettanı geri qaytarmaq və iri məbləğdə təzminat ödəmək müqabilində azad edildi.
Səlibçilərin yaratdığı Antakiya knyazlığı 1268-ci ildə süqut etdi. 1270-ci ildə Fransa kralı IX Lüdovik Tunisdəki müsəlman Həfsi əmirliyinin üzərinə hücuma keçdi. Tunisə çatdıqdan az sonra kral, onun oğlu və papanın nümayəndəsi xəstələnib öldülər. Siciliya və Neapol kralı Anjulu Karl qoşuna başçılıq etməyi öz öhdəsinə aldı. Müsəlmanlarla sülh bağladıqdan sonra səlibçilərin bir hissəsi Avropaya qayıtdı, bir hissəsi də Müqəddəs Torpağa getdi. Lakin artıq uğur onlardan üz döndərmişdi. Bir-birinin ardınca şəhərlər səlibçilərin əlindən çıxırdı. Avropa monarxları artıq papanın çağırışı ilə İsa Məsihin məzarını xilas etmək arzusunda deyildilər. Müqəddəs Torpaqdakı səlibçilər də hakimiyyət uğrunda bir-biri ilə didişirdilər. 1289-cu ildə Tripoli qraflığı müsəlmanların hücumu qarşısında süqut etdi. 1291-ci ildə səlibçilər Yerusəlim krallığının son dayaq nöqtəsi olan Akra şəhərini itirdilər. Tir, Sidon, Beyrut şəhərləri müsəlmanlara tabe oldu. Səlibçilərin böyük bir hissəsi döyüşlərdə öldürüldü, sağ qalanlar Kipr adasına qaçdılar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.larousse.fr/encyclopedie/personnage/Louis_IX/130421.
- ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118729411 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 5 Kindred Britain.
- ↑ https://www.pourlascience.fr/sd/archeologie/saint-louis-serait-mort-du-scorbut-17282.php.