39°15′ şm. e. 46°23′ ş. u.HGYO

Hunud

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Hunud
39°15′ şm. e. 46°23′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sünik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.157 m
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Hunud xəritədə
Hunud
Hunud

Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı[1].Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi.[2]

Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir.[3]

Toponim qədim türk mənşəli hun etnoniminə[4][5][6] türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir"[7]. "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir.

1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur[8][9]. Eranın əvvəllərində Cənubi Qafqaza gəlmiş hunların məskunlaşması nəticəsində yaranmışdır. Albaniyada hunlar haqqında mənbələrdə mə'lumat çoxdur. Favst Buzand IV əsrin ikinci yarısına aid hadisələrdə Albaniyada hunlar barədə yazmışdır (Favst Buzand, III kitab, 6-cı fəsil). Belə mə'lumat "Alban tarixi"ndə də vardır (II kitab, 35-ci fəsil). V əsr müəllifi Yelişe (VII fəsildə) Sasanlar şahlarının İndiki Beşbarmaq qayası ilə dəniz arasındakı səddini "Hunlardan müdafiə səddi" adlandırır. Həmin əsr müəllifi Lazar Parbetsi isə bu səddi "albanlarla hunlar arasında istehkam" kimi səciyyələndirir. Muğanda hunların yaşadığını V əsr Bizans müəllifi Feofilakt Simokatta (Феофилакт Симокатта. История. Пер. С.Р. Кондратъева, M. 1957, стр. 222). IV–VII əsrlərdə Albaniya ərazisində Hunlar barədə Bizans və Suriya mənbələrində də mə'lumatlar vardır. Bu barədə S. S. Əliyarovun və T. M. Məmmədovun əsərlərində ətraflı danışıldığına görə təkrar etmirik. Hun etnonimindən və qədim türk dillərində cəm bildirən -ut şəkilçisindən ibarətdir.

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һунуд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.37–38
  5. 174, s.49–66
  6. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.124–126, 351–352
  7. 174, s.52
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. .
  9. Эфендиев О. Азербайджанское государства Сефевидов. Баку, 1978. .