Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi.
Məzmununa görə holavarlar üç qrupa ayrılır:
- Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar;
- İş heyvanlarını tərənnüm edən holavarlar;
- Cütçünü tərənnüm edən holavarlar.
Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur:
Torpağa atdım tumu, broy, Göyər səmənim, broy. Döyək səməni, broy, Broy, broy, broy... |
Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir:
Öküzlər qoşa getdi,
Güc vurdu, daşa getdi.
Cütün macı qırıldı,
Zəhmətin boşa getdi.
Qara öküz aranda,
Çıxar gün qızaranda,
Hodaq murada çatar,
Torpaqdan bar alanda.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri Arxivləşdirilib 2008-01-23 at the Wayback Machine
- Şifahi xalq ədəbiyyatı Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine
- Azərbaycan türklərinin xalq yaradıcılığı