Hanyang Universiteti
Hanyang Üniversiteti 한대, HYU | |
---|---|
37°33′23″ şm. e. 127°02′40″ ş. u.HGYO | |
Əsası qoyulub | 1939 |
Ölkə | |
Sayt |
hanyang.ac.kr hanyang.ac.kr/web/eng hanyang.ac.kr/web/chn |
Vikianbarda əlaqəli mediafayllar |
Hanyang Universiteti (Koreya: 한양대학교) — Cənubi Koreyanın Ansan və Seul şəhərində yerləşən özəl tədqiqat universiteti.[1]
Hanyang (한양, 漢陽) Çoson krallığı dövründə istifadə edilən paytaxt Seulun keçmiş adından irəli gəlir.[2] Universitet 1939-cu ildə mühəndislik məktəbi kimi yaradılıb və ölkədə mühəndislik və memarlıq proqramları təklif edən ilk kollec olub.
Hanyang Universiteti ardıcıl olaraq Cənubi Koreya universitetləri arasında STEM[3] sistemi üzrə ən yaxşı universitetlər arasında yer alır.
Universitet hər il 3000-dən çox xarici tələbə qəbul edir və hər il 3300-dən çox tələbəni xaricə oxumağa göndərir. 2018-ci ilə kimi Hanyang Universitetinin 76 ölkədə 777 tərəfdaş universiteti var idi.[4]
Universitet təsiri, zənginliyi və reytinqlərinə görə Cənubi Koreyanın ən prestijli universitetlərindən biri hesab olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hanyang Universiteti 1 iyul 1939-cu ildə Yaponiya Koreyanı işğalı zamanı Dong-A Mühəndislik İnstitutu olaraq təsis edilmişdir. Dong-A İnstitutu Seulun Jongno rayonunda 630 tələbə və 35 fakültə ilə başlamışdır. 1941-ci ildə ilk məzunlarını yetişdirdikdən sonra Dong-A özünü kollec statusuna yüksəltməyə çalışdı, lakin heç bir nəticə vermədi.
1941-ci ilin mayında İnstitut köçürüldü və orta məktəbi bitirmiş 100 tələbəyə mühəndislik və texnologiya ixtisası üzrə təhsil təklif edildi. 1944-cü il martın 15-də, Koreya hələ Yaponiya işğalı altında olanda məktəb müvəqqəti bağlandı.[5][6]
1945-ci ilin avqustunda ölkə müstəqilliyini bərpa etdikdən sonra Dong-A İnstitutu özünü Milli Mühəndislik İnstitutu adlandırdı. İnstitutun rəhbəri doktor Kim Leung-cun Koreyanın yenidən qurulmasında sənayenin vacibliyini qabaqcadan görüb və məhkəmə və akademik orqanı kimi Hanyang Universitetini təsis etmişdir.
1948-ci ilin iyulunda məktəb Koreyada ilk dördillik mühəndislik kolleci kimi akkreditə olundu və ilk dekan Kim Lyun-cun oldu. Altı mühəndislik şöbəsi, habelə orta məktəb yaradıldı.[5][6]
1953-cü ildə Hanyang Universitetinə Təhsil Nazirliyi tərəfindən aspiranturaya icazə verildi.[5][6]
Kampusları
[redaktə | mənbəni redaktə et]Seul kampusu
[redaktə | mənbəni redaktə et]Seul kampusunda 15 kollec və 60 fakültə yerləşir.[7] Bu, fərqli akademik sahələrə əsaslanan müxtəlif tədqiqat mərkəzlərindən ibarətdir. Seul kampusunda Hanyang Qadın Universiteti və Hanyang Kiber Universitetinin binaları da daxil olmaqla 60-dan çox bina var.
2009-cu ildə Hanyang Universitetinin 70 illik yubileyini qeyd etmək üçün yeni inzibati bina tamamlandı.[8] Həmən il əlil tələbələr üçün Mərkəz tikildi.[9]
Kitabxanası
[redaktə | mənbəni redaktə et]Universitetin 1.5 milyon kitab kolleksiyası, 12.500 seriyalı nəşr, 83.000 elektron jurnal və 50 akademik məlumat bazası olan kitabxanası var.
ERİKA kampusu
[redaktə | mənbəni redaktə et]Seuldan təxminən 40 km cənubda, Ansan şəhərində yerləşir.[10]
ERIKA kampusunda 9 kollec və 42 fakültə var.[11] Kampus peşəkar bacarıqları inkişaf etdirmək üçün nəzərdə tutulmuş Təhsil Tədqiqatları Klaster Proqramı kimi tanınan proqramla tanınır.[12][13] ERIKA kampusunun 3 yataqxanası[14], 5 məktəb yeməkxanası[15] və Ekoloji parkı var.
Magistratura
[redaktə | mənbəni redaktə et]Hanyang Universitetinin magistr proqramları 3 məktəbə bölünür:
- Ümumi magistratura — sahə ilə bağlı tədqiqatlara diqqət yetirir
- Peşəkar magistratura — peşə bacarıqlarına daha çox diqqət yetirir
- Xüsusi magistratura — 87 magistratura və 85 doktorantura proqramı təklif edir.[16]
Proqramları
[redaktə | mənbəni redaktə et]Seul şəhərciyi[17]
Hanyang Universitetinin Seul şəhərciyi bakalavr proqramlarını təklif edir:
- Mühəndislik
- Memarlıq / Memarlıq Dizaynı
- Kompüter elmləri
- Avtomobil mühəndisliyi
- Tibb
- Humanitar elmlər
- İctimai elmlər
- Təbiət Elmləri
- Siyasət Elmləri
- İqtisadiyyat və Maliyyə
- Biznes
- Təhsil
- İnsan Ekologiyası
- Musiqi
- İncəsənət və İdman
- Beynəlxalq Tədqiqatlar
- Tibb bacısı
- Sənaye Konvergensiyası
ERIKA şəhərciyi
Ansandakı ERIKA kampusu aşağıdakı sahələrdə bakalavr proqramları təklif edir:[18]
- Mühəndislik Elmləri
- Tibb
- Elm və Konvergensiya Texnologiyası
- Dil və Mədəniyyət
- Kommunikasiya və Sosial Elmlər
- Hesablama
- Biznes və İqtisadiyyat
- Dizayn
- İdman və İncəsənət
- Marketinq
Ali məktəbi
Hanyang Universitetinin Ali Məktəbi aşagıda göstərilən magistr proqramlarını təklif edir:
- Şəhərşünaslıq
- Beynəlxalq Tədqiqatlar
- Qlobal Biznes
- Tibb
- Hüquq
- Biotibbi Elm və Mühəndislik
- Texnologiya və İnnovasiyaların İdarə Edilməsi
- Mühəndislik
- Dövlət Siyasəti
- Təhsil
- Jurnalistika və kütləvi kommunikasiya
- Beynəlxalq turizm
- Məlumat və klinik qayğı
- İnnovasiya
- Biznesin idarə edilməsi
Beynəlxalq proqramları[11][19]
İlk dəfə 2016-cı ildə təqdim edilən G2 Dil Təhsili Proqramı həm ingilis, həm də çin dillərində kursun bitirilməsini tələb edir. Hər iki dilin rəsmi qiymətləndirilməsi ilkin şərtdir.
Tədqiqat və inkişafı
[redaktə | mənbəni redaktə et]Hanyang Universiteti biologiya elmləri, təbiət elmləri, tibb, təbii sərvətlər və ətraf mühit, media və kommunikasiya və biznes idarəçiliyi sahələrində fəal tədqiqat proqramlarını inkişaf etdirir. Hanyang Yeni Hanyang 2020 planı çərçivəsində “Tədqiqat Rəqabət Qabiliyyətinin Təminatı”nı özünün əsas strateji istiqamətlərindən biri kimi təyin etmişdir.[20] Öz növbəsində, Sənaye-Universitet Əməkdaşlıq Fondu universitetdə daha çox fərdi və birgə tədqiqatları təşviq etmək üçün tədqiqat layihələri üçün ilkin mərhələdən maliyyə təmin etmək və tanınmış beynəlxalq jurnallarda tədqiqat məqalələrinin dərc edilməsinə köməklik təklif etmək üçün çalışır.
Əsas tədqiqat nailiyyətləri
[redaktə | mənbəni redaktə et]Hanyang Universitetinin tədqiqat üçün nüfuzu aşağıdakı əsas nailiyyətlərlə nəticələndi:[21][22][23][24]
Hanyang hazırda ERIKA kampusunda beynəlxalq standartlara uyğun komponentlər və materiallar üçün R&D klasterini idarə edir. Bu təyin edilmiş “Klaster Sahəsi”ndə rezident dövlət tədqiqat institutlarına KITECH, KTL və KERI daxildir. Burada LG Innotek və LG Mikron kimi özəl şirkətlərin tədqiqat mərkəzləri də var.
Reytinqi
[redaktə | mənbəni redaktə et]Hanyang Universiteti ardıcıl olaraq ölkədə №1 mühəndislik məktəbi seçilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Hanyang Univ, Erica Campus introduction". hanyang University. December 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
- ↑ "Arxivlənmiş surət". 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-22.
- ↑ "Arxivlənmiş surət". 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-22.
- ↑ "Hanyang at a Glance 2018". Hanyang University. March 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
- ↑ 1 2 3 "Hanyang University Chronology". Hanyang University. October 1, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
- ↑ 1 2 3 "Hanyang University History". Hanyang University. April 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
- ↑ "Hanyang University Seoul Campus". Hanyang University. August 14, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
- ↑ "Administrative Organization". Hanyang University. January 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
- ↑ "Affiliated/Auxiliary Facilities". Hanyang University. January 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
- ↑ "Hanyang University ERICA Campus". Hanyang University. March 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
- ↑ 1 2 "Hanyang University Official Brochure". THE World University Rankings. March 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
- ↑ "안산시, 한양대 혁신파크 착공…카카오 데이터센터 건립". 이데일리 (koreya). 2021-03-10. October 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
- ↑ "Home – 학연산클러스터 교육". erica.hanyang.ac.kr (koreya). March 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.
- ↑ "한양대학교 창의인재원". hydorm.hanyang.ac.kr. September 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-15.
- ↑ "교직원식당 – 한양대학교". www.hanyang.ac.kr. June 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
- ↑ "Hanyang Graduate Program List". Hanyang University. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
- ↑ "Hanyang University Seoul Campus College and Department". Hanyang University. August 6, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 11, 2018.
- ↑ "ERICA Campus College/Department Info". Hanyang University. August 6, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 12, 2018.
- ↑ "Hanyang University". www.dic.hanyang.ac.kr (koreya). May 24, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
- ↑ "New Hanyang 2020 Plan". Hankyung News. 2011-05-15. March 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-15.
- ↑ "Hanyang Research Capabilities". Hankyung News. March 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.
- ↑ "2015 Hanyang Research Achievements". Hanyang University. March 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
- ↑ "Article – 2015 Hanyang Research Achievements". Hanyang University. March 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
- ↑ "2012–2015 Research Achievements". Hanyang University. March 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.