Hacı Cabbar Kömək
Hacı Cabbar | |
---|---|
Hacı Cabbar Kömək | |
Doğum tarixi | |
Doğum yeri | Yengicə Şərur Naxçıvan |
Vəfat tarixi | |
Vəfat yeri | Qars Türkiyə |
Hacı Cabbar Kömək (1869, Yengicə, Şərur-Dərələyəz qəzası – 1948, Qars, Qars ili) — Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi. Çanaqqala zəfərinə və Türkiyə ordu quruculuğuna verdiyi töhfələrə görə Atatürk tərəfindən "Kömək" ləqəbini 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal medalı" alıb.
Həyatı
[redaktə | mənbəni redaktə et]1869-cu ildə Şərur rayonunun Yengicə kəndində doğulub. Azərbaycanda və eləcə də Türkiyədə xeyriyyəçilik işləri görüb. Türkiyə İstiqlaliyyət Müharibəsinə dəstək məqsədilə könüllü dəstələrin təşkilində böyük xidmətləri olub. 1919-cu ilin 23 iyul-7 avqust tarixində keçirilən Ərzurum konqresində Hacı Cabbar Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgəsinin müsəlman əhalisinin səlahiyyətli nümayəndəsi olur. Onun nümayəndə kimi Ərzurum Milli Müdafiə Cəmiyyətinə göndərdiyi teleqramlardan ikisi Türkiyə arxivlərində hələ də qalır. Ticarətlə məşğul olduğundan bir müddət Türkiyənin Uşak şəhərində yaşayır. Milli Mübarizə dövrünün qanununa görə gəlirin 10 faizini vermək əvəzinə 40 faizə qədər vergi ödədiyinə görə və eləcə də gələcəkdə qaytarılmaq şərti ilə imkanı çatan qədər pulunu orduya verdiyinə görə Təqdirnamə almışdır. Sonradan Atatürkün təklifi ilə ona "Kömək" soyadı verilir. 1921-ci ildə Qarsa köçür. Mustafa Kamalın tapşırığı ilə Kazım Qarabəkir tərəfindən ona böyük bir mülk verilir və Kazım Qarabəkir şəxsən özü onun nikahında iştirak edir. 1925-ci ildə TBMM tərəfindən ən yüksək dövlət mükafatı olan "İstiqlal Medalı" ilə təltif edilir. Bu medal Qurtuluş Savaşı ərzində ön və arxa cəbhədə qəhrəmanlıq və fədakarlıq göstərənlərə verilir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Mustafa Yaşar adlı oğlu, İsmət və Mürvət adlı iki qızı olur. Qızları İsmət İnönünün yavərləri olmuş Bakıda doğulan Boyu soyadlı iki qardaşla ailə qurmuşlar.
Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov Hacı Cabbar Köməyin qohumudur.
Ölümü
[redaktə | mənbəni redaktə et]1948-ci ildə Qarsda dünyasını dəyişmişdir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Həsən Zeynalov. Diplomatın tale yolu. Şərq-Qərb. 2017. səh. 280-285.