Gecə yarısı
Naviqasiyaya keç
Axtarışa keç
Gecə yarısı bir gündən digərinə keçid vaxtı – hər hansı xüsusi yurisdiksiya üçün yerli rəsmi saat vaxtı ilə tarixin dəyişdiyi an. Saat vaxtına görə gecə yarısı günortanın əksinədir, ondan 12 saat fərqlənir.
Günəş gecəyarısı günəş günortasına əks olan vaxtdır, bu zaman Günəş nadirə ən yaxın, gecə isə alatoranlıq və şəfəqdən bərabər məsafədədir . Bir sıra meridianlar üzrə vaxtı nizamlayan saat qurşaqlarının yaranması və yay vaxtı ilə günəş işığının gecə yarısı çox az hallarda saat 12 ilə üst-üstə düşür. Günəş gecə yarısı saat qurşağından çox uzunluq və ilin vaxtından asılıdır. Qədim Romada zaman hesablanmasında gecə yarısı gün batması ilə günəşin doğması arasında (yəni, günəşin gecə yarısı) götürülürdü və fəsillərə görə dəyişirdi.