Federiko Qarsiya Lorka
Federiko Qarsiya Lorka | |
---|---|
isp. Federico García Lorca | |
Doğum adı | Federico del Sagrado Corazón de Jesús García Lorca |
Doğum tarixi | 5 iyun 1898[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1936[3][4][…] (38 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d][6] |
Dəfn yeri |
|
Milliyyəti | ispan |
Təhsili |
|
Fəaliyyəti | teatr rejissoru, söz yazıçısı[d], dramaturq, şair |
Əsərlərinin dili | ispan dili |
Janrlar | teatr, poeziya, incəsənət |
Tanınmış əsərləri | |
Federiko Qarsiya Lorka Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Federiko Qarsiya Lorka (isp. Federico García Lorca; 5 iyun 1898[1][2][…], Fuente-Vakeros[d], Əndəlüs[1][5][…] – 19 avqust 1936[3][4][…]) — İspaniya şairi, rəssamı, pionisti və bəstəkarı. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.
Həyatı
[redaktə | vikimətni redaktə et]1898-ci ildə, İspaniyanın Qranada bölgəsindəki Fuente Vaqueros şəhərində doğulan Lorka, əsrin ən böyük iki ispan şairindən biri olaraq qəbul edilir. Lorkanın müvəffəqiyyətində uşaqlığının böyük payı vardır. Qranada nın Fuentevaqueros qəsəbəsində, varlı bir ailənin uşağı olaraq dünyaya gələn Lorkanın atası şən bir adam; anası isə səssiz və ciddi bir qadın idi. 1928-ci ildə yazdığı "Romancero Gitano" (Qaraçı Balad) ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın çağdaşlaşması üçün çalışan sənət adamlarından biri olmuşdur.
Şeirdə, siyasətdə və əxlaq anlayışında müasirliyin müdafiəçisi olan Lorka homoseksual olduğu üçün Katolik kilsəsi ilə münaqişədə idi. 1918-ci ildə, burjuaziya sinfini, yer üzünü şeirlə doldurmuş olan İsanı qətl etməklə günahlandıran Lorka, keçdiyimiz günlərdə gəlmiş keçmiş ən müvəffəqiyyətli ədəbiyyat əsəri seçilən Migel de Servantesin bir İsa fiquru olaraq ələ salanlara qatılır. Lorka İsanın həm qətlini qınayar, həm də qanının axmalı olduğunu ifadə edir.
Şeirlə yanaşı teatr üçün yazdığı və səhnələşdirdiyi dram əsərləri də məşhur olan Lorka, Qanlı Toy (Bodas de sangre, 1931), Yerma (1934), Bernarda Albanın evi kimi dramlarıda uğurlu nəticə göstərmiş; ölüm - həyat, sonsuzluq kimi ziddiyyətlər arasındakı enişli-yoxuşlu xətti vurğulamışdır.
19 avqust 1936-cı ildə doğulduğu bölgədə Frankonun adamları tərəfindən öldürülən Lorka, beynəlxalq ictimaiyyətdə - xüsusilə də bir dövr yaşadığı Argentinada olduqca böyük bir yas və öldürülməsinə verilən reaksiya ilə - peşə sahəsində ideallaşmış, hörmətli lakin marjinal bir ədəbiyyat adamı olaraq xatırlanır.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Şeir
[redaktə | vikimətni redaktə et]- Impresiones y paisajes (1918)
- Poema del cante jondo (1921)
- Libro de poemas (1921)
- Oda a Salvador Dali (1926)
- Canción de jinete (1927)
- Primer romancero gitano (1928)
- Poeta en Nueva York
- Llanto por Ignacio Sánchez Mejías (1935)
- Seis poemas gallegos (1935)
- Diván del Tamarit ( 1936)
- Sonetos del amor oscuro (1936)
- Primeras canciones (1936)
Teatr
[redaktə | vikimətni redaktə et]- El maleficio de la mariposa (1919–1920)
- Los Títeres de Cachiporra (1922–1925)
- Mariana Pineda (1923–1925)
- La zapatera prodigiosa (1926–1930)
- Amor de Don Perlimplín con Belisa en su jardín (1928–1933)
- El público (The Public, 1929–1930)
- Así que pasen cinco años (1931)
- Retablillo de Don Cristóbal (1931)
- Bodas de Sangre (1931)
- Yerma (1934)
- Doña Rosita la soltera (1935)
- Comedia sin título (1935) (yarım)
- La casa de Bernarda Alba
Səhnəciklər
[redaktə | vikimətni redaktə et]- El paseo de Buster Keaton (1928)
- La doncella, el marinero y el estudiante (1928)
- Quimera (1928)
Ssenari
[redaktə | vikimətni redaktə et]- Viaje a la luna (Trip to the Moon, 1929)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Frederico Garcia Lorca // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Itaú Cultural Federico García Lorca // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 Federico García Lorca // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ Preston P. El holocausto español: Odio y exterminio en la Guerra Civil y después. 2011. S. 248. ISBN 978-84-672-4533-2
- ↑ https://equltura.com/personajes/federico-garcia-lorca-la-eterna-busqueda-de-los-restos-del-poeta/.