Fərman Eyvazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
FƏRMAN EYVAZOV
Fərman İsgəndər oğlu Eyvazov
Digər adı Fərman Eyvazov
Doğum tarixi
Doğum yeri Astara
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Bakı

Fərman İsgəndər oğlu Eyvazov – şərqşünas alim, filosof[1]

Fərman İsgəndər oğlu Eyvazov 19 yanvar 1936-cı ildə Astarada anadan olmuşdur. 1943-1954 illərdə Astara rayonunda orta məktəbdə təhsil almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) kiçik elmi işçi işləmişdir. 1963-1967 illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildən Fərman Eyvazov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır.

1971-1973 illərdə İranda referent-tərcüməçi işləyən Fərman Eyvazov İranda çalışan sovet mütəxəssislərinin işini asanlaşdırmaq məqsədilə rusca-farsca texniki lüğət hazırlamış 1972-ci ildə orada çap etdirmişdir. İrandan qayıtdıqdan sonra yenə də müəllimlik fəaliyyətilə məşğul olmuş, 1977-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir.

Fərman Eyvazov Respublika Təhsil Nazirliyi tərəfindən Əfqanıstana göndərilir. O, 1982-1988-ci illərdə bu ölkədə Nəqliyyat Nazirliyində referent-tərcüməçi, sonra keçmiş SSRİ səfirliyində müşavir işləməklə, Əfqanıstan İctimai Elmlər Akademiyasında mühazirələr oxumuşdur. Alim burada “Rusca-dəricə texniki terminlər lüğəti”ni (“Словарь технических терминов (русско-дари)”. Соста-ви¬тели: к.ф.н. Эйвазов Ф.И., Джунусова А.В. ( Афганистан – Кабул, 1985, Изд. в Минтрансе ДРА, 55 с.)) nəşr etdirmişdir. Əfqanıstandan qayıtdıqdan sonra yenidən müəllimlik fəaliyyətilə məşğul olmuşdur.

Fərman Eyvazov 9 yanvar 1996-cı ildə Bakıda vəfat etmişdir.

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Fərman Eyvazov 1969-cu ildə “Nəsirəddin Tusinin ictimai-siyasi və etik görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nəsirəddin Tusi irsinin tədqiqatçısı kimi Fərman Eyvazov 3 kitab və 50-dən çox məqalə çap etdirmişdir. Alimin Nəsirəddin Tusi irsi ilə əlaqədar çap etdirdiyi elmi əsərləri haqqında “Xacə Nəsirəddin Tusi. (biblioqrafiya)” (Bakı, 2004) kitabında məlumat verilir.

Fərman Eyvazov Əfqanıstanda işlədiyi illərdə orada yaşayan əfşar tayfaları, onların adət-ənənələri, folkloru ilə maraqlanmış, bu barədə “Əfqanıstanda yaşayan əfşarların atalar sözləri” məqaləsini (“Lənkəran” qəzeti, 26 aprel 1994-cü il; “Filologiya məsələləri. Nəzəriyyə və Metodika”. VIII buraxılış. Bakı, 1997. səh. 3-6) yazmışdır.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Nəsirəddin Tusinin etik görüşləri. Bakı, 1976
  • Dahi alim və filosof. Bakı, 1981
  • Nəsirəddin Tusi (fəlsəfə, ictimai-siyasi görüşləri). Bakı, 1981
  1. "Tarixi günlər". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-28.

В.Жямайтис.Этика. Библиографический справочник. Институт философии, социологии и права АН Литвы Отдел этики. Литовское общество этической культуру «Этос». Вильнюс, 1990. Эйвазов Фарман Искендер оглы. səh. 261

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]