Epanaqoqa
Naviqasiyaya keç
Axtarışa keç
Epanaqoqa (yun. επαναγωγη τοΰ νόμου) — IX əsrin sonlarına (879-cu ildən sonra) aid Bizans qanunları külliyyatı.
İmperator I Vasilinin, onun oğulları Lev və Aleksandrın adından tərtib olunmuşdu. Epanaqoqanın kompilyativ səciyyəli böyük hissəsi Roma və Şərq hüququna əsaslanan Proxiron və Ekloqanın bir çox normalarını ehtiva edirdi. Dövlətlə kilsə münasibətlərini müəyyənləşdirən yeni müddəalar sonralar kilsə hüququnda geniş istifadə olundu.