Dioskurlar
Dioskurlar | |
---|---|
Mifologiya | qədim yunan mifologiyası, Qədim Roma mifologiyası |
Yunanca adı | q.yun. Διόσκοροι |
Latınca adı | lat. Dioscuri |
Cinsi | kişi |
Funksiyaları | səyyahların və dənizçilərin himayəçiləri |
Atası | Zevs və Tindarey |
Anası | Leda |
Bacısı | Klitemnestra və Gözəl Yelena |
Arvadı | Levkippin qızları Feba və Gilayera |
Atributlar | dan və axşam ulduzu, bənövşəyi xlamida, yumurta qabığı şəklində iti pilos-papaqları |
Astroloji simvol | Əkizlər bürcü |
Vikianbarda əlaqəli mediafayllar |
Dioskurlar (q.yun. Διόσκοροι, Διόσκουροι və ya Διὸς κοῦροι sözbəsöz mənası "Zevsin yeniyetmələri") — qədim yunan və Roma mifologiyalarında Kastor (Κάστωρ "qunduz", lat. Castor) və Polidevk (Πολυδεύκης, lat. Pollux [Polluks]) adlı əkiz qardaşlar. Ledanın iki ata Zevs və Tindarayedən olan uşaqları.
Həyatları boyu bir sıra döyüşlərdə iştirak etdilər. Arqonavtlar yürüşündə və Kalidon ovunda iştirak etmişdilər, qaçırılmış bacıları Yelenanı geri qaytarmışdılar. Kastorun döyüşdə ölməsindən sonra Polidevk qardaşına qovuşması üçün dua etdi. Bu cür səmimi qardaş sevgisinin mükafatı olaraq Zevs, Dioskurlar obrazını göyə Əkizlər bürcünə yerləşdirdi. Qədim Yunanıstanda qardaşlar səyyahların və dənizçilərin himayəçiləri sayılırdılar. Onlar ehtimal olunan vətənləri Spartada xüsusi hörmətə malik idilər və orada onlar onları dövlət havadarları hesab olunurdular. Dioskurlar kultu qədim Romada qəbul edilmişdir. Burada onlar ilk növbədə hərbi şücaətin təcəssümü hesab olunurdular. Antik inanclara görə, onlar ekvitlər atlıları təbəqəsinin havadarları idilər.
Dioskurlar ilə əlaqəli mifoloji süjetlərə Leonardo da Vinçi, Mikelancelo, Rubens və s. kimi İntibah və Müasir dövrün ən böyük sənətkarlarının əsərlərində rast gəlmək olar.