Danil Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Danil Quliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
12 mart 1971 – 1976
Birinci katibHeydər Əliyev
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri
24 avqust 1970 – 12 mart 1971
ƏvvəlkiZüleyxa Hüseynova
SonrakıQurban Əliyev
Bakı Ali Partiya Məktəbinin rektoru
1961 – 1970
Şəxsi məlumatlar
Doğum tarixi 17 sentyabr 1923(1923-09-17)
Doğum yeri
Vəfat tarixi 2001
Vəfat yeri
Dəfn yeri
  • Şimal qəbiristanlığı (Düsseldorf)[d]
Partiya
Atası Piri Quliyev
Hərbi xidmət
Döyüşlər

Təltifləri "Qırmızı bayraq" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Quliyev Danil Piri oğlu (17 sentyabr 1923, Əmircan, Bakı qəzası2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı.[1]

Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub.

1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.

1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub.

O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.

  1. "Arxivlənmiş surət". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.